Xəbərlər, MÜƏLLİM
06 yanvar 2018
866

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Leyla Məmmədəliyeva: "Tarixi romanların "Sinifdənxaric oxu” kimi çap edilməsi vacibdir”


Qiymət Məhərrəmli: "Bu romanlar ayrıca "Sinifdənxaric oxu” kitabları kimi çap edilərsə, bu, tariximizin təbliğatına təkan olar”


Tarixi roman dünyada çox böyük maraqla oxunan əsərlər sırasında yer tutur. Elə bir kitabsevər tapılmaz ki, o, tarixi romanları mütaliə etməkdən yan qaça. Tarixi hadisələri, prosesləri, tarixi şəxsiyyətləri daha yaxından tanımaq, araşdırıb öyrənmək baxımından tarixi romanların yeri əvəzsizdir.


Məlumdur ki, tariximizi ancaq tarix kitablarından öyrənmirik, eyni zamanda tarixi roman janrında yazılan əsərlər də bizə tariximiz haqqında ətraflı bilgilər verir.


Qeyd edək ki, tarixi şəxsiyyətlərlə, onların həyat və fəaliyyətinin təsviri ilə bağlı olan romanlar tarixi roman adlanır. Azərbaycanda tarixi roman janrının maraqlı nümunələri sayılan Məmməd Səid Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatdan bəhs edən "Dumanlı Təbriz”, Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqifdən bəhs edən "İki od arasında” (yaxud "Qan içində”), İsa Hüseynovun İmadəddin Nəsimidən bəhs edən "Məhşər” əsərləri tarixi roman janrının ən dəyərli nümunələridir.

 

Tarixi romanların gənc nəslə çatdırılması sahəsində sözsüz ki, müəyyən boşluqlar var. Həm əvvəlki dövrdə yazılan, həm də hazırda qələmə alınan tarixi romanların təbliğ edilməsi üçün müxtəlif yollar aranır, təkliflər irəli sürülür. Məlum olduğu kimi, son illər müxtəlif nəşriyyat və mətbəələr Azərbaycan ədəbiyyatına mənsub olan tarixi romanların çapını həyata keçirirlər. Bu olduqca müsbət hadisədir. Lakin əsas məsələ tarixi romanları gənclərə sevdirmək, bu əsərləri onların stolüstü kitabına çevirməkdir. Azərbaycan ədəbiyyatının maraqlı nümunələrindən olan tarixi romanların təbliğ edilməsi bizi tariximizə qaytarır.


Mütəxəssislərə görə, istər Sovet illərində, istərsə də müstəqillik dövründə yaradılan tarixi romanlar Azərbaycanın tarixi şəxsiyyətlərinin, dövlətçilik tarixinin, mədəniyyətinin, milli ideologiyasının təlqin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

 

Hətta bəzi mütəxəssislər təklif edirlər ki, həm klassik, həm də çağdaş tarixi romanlar "Sinifdənxaric oxu” kimi çap edilməlidir. Bu fikirdə olanlar hesab edirlər ki, son illər yaranan tarixi romanların gənclərə çatdırılması, onların diqqətinin bu əsərlərə yönəldilməsi baxımından əsərlərin "Sinifdənxaric oxu” seriyasında nəşr edilməsi zəruridir.


Ədəbiyyatşünas Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra tariximizə, tarixi şəxsiyyətlərimizə yeni baxış formalaşıb. Onun sözlərinə görə, biz bu gün tariximizə yenidən qayıdıb tarixi şəxsiyyətlərimizi onların özlərinə layiq təbliğ etməyə başlamışıq: "Tarixi romanlar olduqca əhəmiyyətlidir. Gənclərdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında, tarixi şəxsiyyətlərimizin tanıdılmasında, dövlətçilik tariximizin öyrədilməsində tarixi romanların yeri əvəzsizdir. Tarixi romanlar imkan verir ki, vaxtilə tarix kitablarında bizdən gizlədilən hadisələrlə tanış olaq. Bəzən deyirlər ki, bədii əsər tarixi necə əks etdirə bilər? Tarixi roman faktları bir qədər bədiiləşdirərək insanlara çatdırır. Deyim ki, tarixi tarix kitabından öyrənərkən çətin qavrayırıq, ancaq onu bədii əsərdən oxuyanda faktlar asanlıqla yadımızda qalır. Tarixi romanları gənc nəslə sevdirmək vacibdir. Onlar tariximizin formalaşmasında, dövlətçiliyimizin inkişafında rolu olan şəxsiyyətləri tanımalıdırlar.

 

Bu baxımdan tarixi romanların "Sinifdənxaric oxu” kimi çap edilməsi vacibdir. Bu gün "Sinifdənxaric oxu” nümunələrinə o qədər qondarma hekayələr, şeirlər salırlar ki, adam oxumaq istəmir. Ancaq bu seriyadan olan kitablar sırasında tarixi romanlar da çap edilsə, bunun daha böyük əhəmiyyəti ola bilər.


Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim”, "Yad et məni”, "Bakı-1501” və digər tarixi romanlarının "Sinifdən xaric oxu” kimi çap edilməsi çox müsbət olardı. İnandırım sizi, bu kitaba məktəblilər, yeniyetmələr böyük maraq göstərərlər. Eləcə də Yusif Səmədoğlunun "Qətl günü”, Elçinin "Ölüm hökmü”, İsa Hüseynovun (Muğanna) "Məhşər”, Fərman Kərimzadənin "Xudafərin körpüsü”, ”Çaldıran döyüşü”, Elçinin "Mahmud və Məryəm”, Əlisa Nicatın "Qızılbaşlar” romanları "Sinifdənxaric oxu” seriyasında çap edilməlidir. Deyim ki, Əzizə Cəfərzadənin "Bakı-1501”, Fərman Kərimzadənin "Xudafərin körpüsü”, Əlisa Nicatın "Qızılbaşlar” əsərləri Şah İsmayıl Xətai mövzusunda yazılan əsərlərdir. Bu əsərlərdə Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarixi hadisələr, eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti, sərkərdəliyi ön plana çıxıb. Yazıçılar Şah İsmayıl Xətai obrazını, həm vətəninin mövcud vəziyyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edirlər. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunur. Bu romanlar, həmçinin, Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərir. Mən bir böyük dövlət xadimi, tarixi şəxsiyyət, ədib haqqında yazılan əsərlərdən danışdım. Bu əsərlər gənc nəslə çatdırılmalıdır. Azərbaycan tarixinin elə hadisələri var ki, onların bədii dillə ifadə edilməsi daha yaxşıdır”.


Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də bizimlə söhbətində qeyd etdi ki, tarixi romanların "Sinifdənxaric oxu” seriyasından çap edilməsi vacibdir.

 

O hesab edir ki, bu gün əsasən çağdaş tarixi romanların təbliğatına ehtiyac var. Sovet illərində yazılan tarixi romanların əksəriyyəti orta nəsil və yaşlı nəsil oxucularına tanışdır, müasir yazarların çoxunu isə oxucular elə də tanımırlar:

 

"Sovet dövründə yaranan tarixi romanların kifayət qədər təbliği vardı. Əsasən də bu romanlardan hissələr "Ədəbiyyat müntəxabatı” kitablarına salınırdı. Bu baxımdan yuxarı sinif şagirdlərinin, eləcə də tələbələrin bu əsərlərdən xəbəri olurdu. Bu gün isə tarixi romanların təbliği sahəsində bir qədər boşluq var. Hesab edirəm ki, bu gün müasir dövrdə yaranan tarixi romanların geniş təbliğinə ehtiyac var. Bu gün çox istedadlı tarixi roman müəllifləri var. İllər əvvəl tanınmış yazıçımız Aqil Abbasın "Batmanqılınc” tarixi romanı vardı, o roman əl-əl gəzirdi. Bu gün o roman da "Sinifdənxaric oxu” kimi çap edilməlidir. Daha sonra çağdaş tarixi romançılığımızda yazıçı Yunus Oğuzun əsərləri maraqlıdır. Yazıçının "Atilla” pyesi, "Nadir Şah”, "Təhmasib Şah”, "Əmir Teymur zirvəyə doğru”, "Əmir Teymur dünyanın hakimi”, "Sultan Alp Arslan”, "Atabəy Eldəniz”, yazıçı Elçin Hüseynbəylinin "Şah Abbas” tarixi romanları "Sinifdənxaric oxu” kimi çap edilməlidir. Özü də çalışmaq lazımdır ki, bu kitablar respublikanın uşaq kitabxanalarına və məktəb kitabxanalarına verilsin. Hesab edirəm ki, belə olarsa, uşaqlar o kitabları asanlıqla əldə edib oxuya bilər”.


Q.Məhərrəmli hesab edir ki, çağdaş tarixi romanlar bizi tariximizə yenidən qaytarır. Bu tarixi romanların azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynadığını deyən Q.Məhərrəmlinin sözlərinə görə, tarixi romanlar təbliğ edilməlidir:

 

"Son dövrlər yazılan tarixi romanlarla müasir tarixi romanlar arasında fərqlər böyükdür. Birincilərdə qeyri-ixtiyari olaraq sovet ruhu duyulur, ikincilərdə isə daha çox tariximizin milli maraqlar, dövlətçilik, azərbaycançılıq nöqteyi-nəzərdən öyrənilməsi diqqəti çəkir. Müasir tarixi romanların daha əhatəli şəkildə təbliğatına böyük ehtiyac var. Bu romanlar ayrıca "Sinifdənxaric oxu” kitabları kimi çap edilərsə, bu, tariximizin təbliğatına təkan olar”.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

İdarəetmə bir elmdir- Bəs, Azərbaycanda?

İdarəetmə bir elmdir- Bəs, Azərbaycanda?

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Alim:

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

İran dərsliyində Ermənistanla bağlı biabırçı yalan - FOTO

İran dərsliyində Ermənistanla bağlı biabırçı yalan - FOTO

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Təhsil Naziri Mikayıl Cabbarova müraciət

Təhsil Naziri Mikayıl Cabbarova müraciət

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Direktoryanı müşavirələrdə müzakirə   etmək üçün hazırlanan məsələlər

Direktoryanı müşavirələrdə müzakirə etmək üçün hazırlanan məsələlər

Direktoryanı müşavirələrdə müzakirə   etmək üçün hazırlanan məsələlər

Direktoryanı müşavirələrdə müzakirə etmək üçün hazırlanan məsələlər