Xəbərlər
05 yanvar 2018
1107

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

"Dörd il müddətində həmin təhsil ocağına bir dəfə belə getmədən aldığı diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir".

 
Son zamanlar sosial şəbəkələrdə xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında diplomlarının ölkəmizdə tanınmaması ilə bağlı müzakirələr gedir. Dağıstan, Ukrayna və Rusiya universitetlərində təhsil alan həmyerlilərimiz diplomlarının Azərbaycanda tanınmamasından narahat olsalar da, ekspertlər hesab edir ki, bu, düzgün qərardır.

Bu fikrin tərəfdarları əsas gətirirlər ki, həmin ölkələrdəki universitetlərdə Azərbaycanda imtahanlarda iştirak edib, ancaq heç 12 bal belə toplamayan tələbələr təhsil alır. Çox zaman da təhsil aldıqları ölkəyə getmədə, ancaq təhsil haqqını ödəyib, hazır diplom əldə edirlər.
 
Ekspertlərin fikrincə, Ukraynanın bir çox universitetinin azərbaycanlılara verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır:
 
"Çünki Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar".

"Bu diplomların tanınması sadəcə təhsil haqqı ödəmiş, cəmi bir neçə dəfə universitetdə görünmüş şəxslərin həmin sahələr üzrə mütəxəssis olmalarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan kəsərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz" — ekspert deyib.

Ölkədə xaricdə təhsil alanların təqaüdlərinin azaldılması məsələsi də var.
 
Xaricdə təhsil alanların təqaüdlərinin azaldılması Azərbaycanın iqtisadi vəziyyəti və xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər:
 
"Neftin qiymətinin aşağı olduğu dövrdə iqtisadiyyatı neftdən asılı olan ölkə digər bir çox səmərəsiz investisiya layihələrini, büdcə xərclərini azaldıb, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır. Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına ayrılan daha çox vəsait ölkədə qalar".

Azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər:
 
"İlk olaraq diqqət etməlidirlər ki, gedəcəkləri universitetin xaricdən tələbə qəbul etmək icazəsi varmı? Digər tərəfdən, təhsil alacaqları xarici ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu göndərilməlidir".

"Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetlərinin diplomları isə ölkəmizdə birmənalı olaraq tanınmır. 4 il müddətində həmin təhsil ocağına bir dəfə belə getmədən aldığı diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan, tövsiyə edirik ki, əhali xaricdə təhsil almaqla bağlı ciddi məlumatlanmalıdır" — müsahibimiz vurğulayıb.

Ekspert əlavə edib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş, lakin Azərbaycanda tətbiq edilməyən distant təhsil almaq, ümumiyyətlə tanınmır:
 
"Bu, həm də "Təhsil haqqında" Qanunda nəzərdə tutulmuş və hazırda Azərbaycanda tətbiq edilən əyani və qiyabi şəkildə təhsil almalara aiddir. Məsələnin kökü ondadır ki, distant təhsil almaq ilə bağlı ölkəmizdə hansısa qanunvericilik bazası hazırlanmayıb. Buna görə də, eyni hüquqa malik, lakin müxtəlif formalarda təhsil alan tələbələr arasında diplomlarının tanınması ilə bağlı ciddi problemlər var".




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomların tanınması...

Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomların tanınması...

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Nazir:

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

Diplomlarının təsdiqlənməsini arzulayan tələbələr sadalanan qaydalara əməl etməlidirlər/VİDEO

Diplomlarının təsdiqlənməsini arzulayan tələbələr sadalanan qaydalara əməl etməlidirlər/VİDEO

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? – AÇIQLAMA

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? – AÇIQLAMA

Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri