Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24.129 uşaq təhsil alır. Həftədə dörd gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışmaları və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Ötən il ilk dəfə məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin online qeydiyyatı aparılmaqla həyata keçirilib.
Aztəhsil.com xəbər verir ki, BŞTİ-dən bildiriblər ki, məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə 5 yaşlıların 65 faizi həddinə çatdırılıb.
Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha peşəkar və peşəkar ibtidai sinif müəllimləri seçilib, onlar üçün "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları keçirilib. Təlimlərdə 870 ibtidai sinif müəllimi iştirak edib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil olunub.
Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb
Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb
Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq
Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb
Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq
Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq
Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ
Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI
Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib
Müəllimlər üçün mentor xidməti təşkil edilib
Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir
Məktəbəhazırlıq qruplarında ilk açıq məşğələ keçirilib
Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib
Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB
Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib
Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.
Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI
Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib
Məktəbəhazırlıq qruplarında dərslər yekunlaşdı.
Övladı gələn il 1-ci sinifə gedəcək valideynlərin diqqətinə - VİDEO
Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı