Xəbərlər / Saglam həyat
04 yanvar 2018
3 181


Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

Koliforniya Universitetinin araşdırmasına görə, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəngə yoluxma riski yüksəkdir.


Aztəhsil.com xəbər verir ki, ginekoloq Betül Görgen cib telefonlarını bacardıqca bədəndən uzaq tutmağın vacibliyini vurğulayıb. Mobil telefonlar məlumatı çatdırmaq üçün radiotezliklərdən istifadə etdiyi üçün insan daimi olaraq şüaya məruz qalır. Bu da müxtəlif xəstəlik risklərini artırır.

 
Araşdırmaya görə, telefonları bədəndən 5 mm uzaqda tutmaq lazımdır.

Daha öncəki araşdırmalarda mobil telefonların daha çox beyin ya da qulaqda xərçəng şişlərinin meydana gəlməsinə səbəb olduğu açıqlanıb. Son araşdırmalara görə, mobil cihazlar gənclərdə yuxu və diqqət pozulmalarına səbəb olur. Həmçinin, kişilərdə sperma sayını azaldır.
Məqalə Göndər








Загрузка...