Xəbərlər / Abituriyent / Bakalavr
04 yanvar 2018
2 655


700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

"Yaxşı ki, gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim” – 700 bal toplayan Jalə.


- Jalə, bu il qəbul imtahanlarında 700 bal toplayan daha bir fəxrimiz sənsən. Özünü qısa oxucularımıza tanıt.


- Mən Jalə Məmmədova, 10 iyul 2000-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2006-cı ildə Xirdalan şəhərində 5 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Oxuduğum illər ərzində bütün fənlər üzrə seçilmişəm, 2017-ci ildə eyni adlı məktəbi Fərqlənmə attestatı ilə bitirmişəm.


- Jalə, indiyədək əldə etdiyin uğurların arasında hansı sənə daha qürurverici olub?


- Həyatımda fəxr etdiyim anlar təbii ki, çox olub. Ümumiyyətlə, 2017-ci il mənim üçün həm çox həyəcanlı, həm də çox qürurverici bir il oldu. Düzü, may ayında keçirilən qəbul imtahanında 695 bal topladım. Amma həvəsdən düşmədim, 2-ci yay qəbul imtahanına daha əzmlə hazırlaşdım. Nəhayət, ikinci imtahanda 700 bal toplayaraq, Prezident təqaüdçüsü adına layiq görüldüm. Bax bu ən çox fəxr etdiyim uğurdur.


- Maraqlıdır, necə oldu ki, məhz Bakı Ali Neft Məktəbini seçdin?


- Təbii ki, mən də imtahandan sonra seçdiyim ixtisas üzrə harada daha yaxşı təhsil ala biləcəyimi araşdırdım. Öyrəndim ki, ikili diplom, ingilis dilində təhsil, istehsalat təcrübə proqramları, məzun olduqdan sonra işə düzələ bilmək imkanları – bunların hamısının bir ünvanda ola biləcəyi yer yalnız BANM-dir. Ona görə də çox düşünmədim, seçimimi etdim. İndi artıq BANM ailəsinin bir üzvüyəm. Düşünürəm, elə yaxşı ki, gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim.


- Jalə, nəticələrin göstərir ki, sən öz məqsədinə nail ola bilirsən, ona görə de görək, bir tələbə öz məqsədinə nail olmaq üçün nə etməlidir?


- Məncə, hər birimiz üçün məqsədə çatmaqda ən böyük dəstək ailəmizdən gəlir. Həmçinin, yaxşı dostlarımız və bizi dəstəkləyən müəllimlərimiz də irəliyə doğru addımlamaqda kömək edirlər. Ona görə də düşünürəm ki, tələbə öz məqsədinə nail olmaq üçün yaxınlarından daim məsləhət almalıdır.


- İnsanının irəliləməsi üçün mütləq motivasiya lazımdır, bəs Jaləni adətən kim və ya nə motivasiya edir?


- Məni ən çox motivasiya edən amil məqsədimə nail olduqdan sonra yaşadığım hisslərdir. Zəhmətinin bəhrəsini görmək, bununla da həm özünü, həm də yaxınlarını sevindirmək bir bilsəniz, necə gözəl hissdir.


- Jalə əminəm ki, sənin bu müsahibəni çoxlu sayda abituriyent oxuyacaq, bəs sən onlara nə məsləhət verərdin?


- Düzdür, indiyədək mənə çox abituriyent sual verib və mən demək olar ki, hamıya eyni sözləri deyirəm. Hesab edirəm ki, hər bir abituriyent ali məktəbə sənəd verməzdən əvvəl öz maraqları ilə oxumaq istədiyi ali təhsil ocağının imkanlarını müqayisə etməlidir. Özünə uyğun yeri tapmaq uğura gedən yolda ilk addımdır. Bu gün mən çox rahatam ki, ilk addımımı BANM ilə atmışam.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

695 bal toplayan abituriyent müəllimlik ixtisasını seçdi - VİDEO

695 bal toplayan abituriyent müəllimlik ixtisasını seçdi - VİDEO

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Rektor Prezident təqaüdçüləri ilə görüşüb