Xəbərlər
29 dekabr 2017
2 663


Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

2017-ci ilin başa çatmasına 2 gün qalır. Artıq bəzi ali məktəblərdə qış imtahanlarına start  verilib. Bəziləri isə 2018-ci ilin yanvarından etibarən imtahanlara başlayacaqlar.


Bəs, tələbələrin qış imtahan sessiyasına universitet rəhbərliyi necə hazırlaşıb?


Tələbələr qarşısında hansı tələblər qoyulub?


İmtahanların şəffaf keçirilməsi üçün hansı addımlar atılıb?


Aztəhsil.com xəbər verir ki, modern.az saytı bir neçə universitetlə əlaqə saxlayaraq, qış imtahan sessiyasına hazırlığın vəziyyətini xəbər alıb.


Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova deyir ki, imtahanlarda obyektivliyin qorunması həmişə olduğu kimi, bu dəfə də təmin olunub.


"Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ilində universitetin bakalavriat və magistratura səviyyələri üzrə qış imtahan sessiyasının keçirilməsi məqsədi ilə əmr verib. Yanvarın 4-dən 31-dək keçiriləcək imtahanlar bir qayda olaraq yazılı formada aparılacaq, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında olacaq. Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər, tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. Semestr ərzində seminar və laboratoriya dərslərində, kollokviumlarda tələbələrin bilik səviyyəsinin fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər. Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb.

 

Bu məqsədlə universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılacaq. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. Onu da qeyd edək ki, imtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb”.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, imtahanlara nəzarət etmək üçün bir qrup işçi formalaşıb.


"Azərbaycan Memarlıq və İnşaat Universitetində, o cümlədən İnşaat kollecində tələbələrimiz qış imtahan sessiyasına hazırlaşır, son kollokviumlarkeçirilir. Dekabrın 25-dək bu proses yekunlaşmalıdır, tələbələrin həm aylıq balları, həm də sərbəst işlərdən, laboratoriya işlərindən aldıqları ballar elektron jurnala yazılır. Dekabrın 26-dan tələbələr şəxsi kabinetlərinə girib imtahana giriş balları ilə tanış ola bilirlər. Eyni zamanda hansı tələbələrin qayıb limitini keçdiyi üçün avtomatik olaraq imtahana buraxılmadığı da bilinir.


Bütün fənlərdən imtahan sualları dekabrın birinci on günlüyündən tələbələrə verilib. Artıq onlar suallar üzərində hazırlaşaraq şəxsi kabinetlərindən daxil olub sınaq imtahanlarında iştirak edib, imtahanda yığacaqları balları təxmini də olsa, müəyyənləşdirə bilirlər.


Bizim universitetdə imtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçirilir.Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup artıq formalaşdırılıb”. 


Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyir ki, imtahanları bu dəfə də media əməkdaşları izləyə biləcək.


"İmatahana hazırlıq prosesi Təhsil Nazirliyinin akademik təlimatlarına uyğun olaraq aparılır. İmtahan sessiyası dekabrın 29-da başlayacaq və fevralın 5-dək davam edəcək. Azərbaycan Dillər Universitetində imtahanlar açıq keçirilir. İmtahan prosesinə valideynlər və media əməkdaşları da dəvət olunur və onlar prosesi sona qədər izləyə bilirlər”.


Azərbaycan Dövlət  Neft və Sənaye  Universitetinin mətbuat katibi Bəhruz Nəzərov qeyd edib ki, tələbələrin imtahan zamanı mobil vasitələrdən istifadəsi qadağan olunub.


"Azərbaycan Dövlət  Neft və Sənaye  Universitetində qış imtahan sessiyasına hazırlıq gedir. Bununla bağlı qərar qəbul olunub. Dekabrın 17-də qərar qəbul olunub və dekabrın 22-dən etibarən imtahanlara start verilib. Tələbələrin imtahanlarda sərbəst şəkildə öz biliklərini nümayiş etdirməsi üçün münbit şərait yaradılıb. İmtahanlar yazılı və yazılı-şifahi formada həyata keçirilir. Tələbələrin imtahanların şəffaflığının təmin olunması üçün geniş şərait yaradılıb. Tələbələrin imtahanda iştirakı zamanı üzərlərində hər hansı mobil cihazdan istifadə etməsi qadağan olunub”. 


Azərbaycan İqtisad Universitetinin (UNEC) mətbuat katibi Vüsalə Məmmədovanın sözlərinə görə, rəhbərlik 2017/18-сi tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyətini müzakirə edib.


"UNEC-in rektorunun sədrliyi ilə keçirilən toplantıda aidiyyatı struktur bölmələrin rəhbərləri və UNEC İctimai Nəzarət Şurasının sədri, "XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev iştirak edib.


Rektor, professor Ədalət Muradov tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyinə diqqət çəkərək, bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarətin UNEC İctimai Nəzarət Şurasına həvalə edildiyini bildirib.


Şura üzvləri təhsil sahəsində fəaliyyət göstərən hər hansı QHT-nin iqtisadyönümlü ixtisas fənləri üzrə yazılı keçirilən imatahanlar ilə əlaqədar anonim sorğu keçirilməsini təşkil edəcəklər. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri "Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.


Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılacaq. Komissiya sessiya müddətində yaranan problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görəcək. Tələbələrin sorğuları operativ olaraq "UNEC imtahan” Facebook səhifəsi ilə də cavablandırılacaq.


Sessiya dövründə tələbə və valideynlərin imtahanların gedişi ilə bağlı suallarını rektora da ünvanlamaq imkanları olacaq. Belə ki, UNEC-in rektoru yanvarın 12-də Radio UNEC-in canlı efirində qonaq olacaq.


Sessiya dövründə 146-1-3 "Qaynar xətt” xidməti ilə yanaşı, bütün tədris binalarında imtahan qərargahları da fəaliyyət göstərəcək. Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar ayrılacaq və oxu zallarının iş saatı uzadılacaq”.


Bakı Mühəndislər Universitetinin mətbuat katibi Rəcəb Rza tələbələrin qış sessiyasına ciddi hazırlşadıqlarını söyləyib.


"Bakı Mühəndislər Universitetində tələbələrə hər cür şərait yaradılıb. İmtahanların həmişə olduğu kimi şəffaf keçirilməsi təmin olunur. Hər hansı mobil cihazla imtahana girmək qadağandır”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"

Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

Yanvarın 18də ADU-da mediatur təşkil olunub

Yanvarın 18də ADU-da mediatur təşkil olunub

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

SDU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olundu

SDU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olundu

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir