Xəbərlər
26 dekabr 2017
10 173


Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

3-6 yaş dövrü uşaqların beyin hüceyrələrinin artması ilə müşayiət olunur. Bunun nəticəsində yaradılan məqsədyönlü inkişaf şəraitində uşağın dərketmə qabiliyyətləri çoxalır.


Aparılan müşahidələr göstərir ki, uşağın gələcək uğurları məktəbəqədər dövrdə qoyulmuş düzgün təməldən asılıdır.


Uşaqların ümumi inkişaf sahələrini özündə əks etdirən məktəbəqədər təhsil (kurikulum), intellektual, fiziki, psixoloji və sosial dinamikanın, potensial imkanlarının, məktəbə hazırlanmasında sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik formalaşmasında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hislərin və həyati bacarıqların yaranmasında mühüm rol oynayır.


Azərbaycan Respublikasının məktəbəqədər təhsil proqramında (kurikulumunda) qeyd edilir: "… məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:


* Ailədə və məktəbəqədər müəssisələrdə uşaqların təhlükəsizliyinin qorunması;


* uşaqlarda sağlam həyat tərzinə aid müvafiq bacarıq və vərdişlərin formalaşdırılması;


* uşaqların fiziki, psixi, emosional, intellektual inkişafının təmin edilməsi;


* uşaqlarda vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının mili-mənəvi dəyərlərinə hörmət hissinin yaranması və inkişafı;


* uşağın tələbat və maraqlarının müəyyən edilməsi, təhsildə bu amillərin nəzərə alınması;


* uşaqların məktəb təliminə hazırlanması;


Məktəbəqədər təhsil proqramında qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün hər bir tərbiyəçinin üzərinə böyük məsuliyyət düşür. 17 illik pedaqoji fəaliyyətim illərində həmişə yeniliyi öyrənməyə çalışmışam.

 

İndi tərbiyəçi ənənəvi prinsiplərdən fərqli olaraq kurikulumda təsbit olunan aşağıdakı tələblərdən pedaqoji prosesdə istifadə etməklə uşaqların ümumi inkişafını təmin etməyə nail olmalıdır:


* uşaqyönümlülük;


* nəticəyönümlülük;


* inkişafyönümlülük, inteqrativlik;


* hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması;


* millilik və dünyəviliyin nəzərə alınması;


* uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi.


Bu prinsiplərin hər birinin mahiyyətini bilmədən təlim prosesində onlardan səmərəli faydalanmaq mümkünsüzdür.


Məktəbəqədər təhsilin məzmunu ümumi inkişaf sahələrini özündə əks etdirir. Bura daxildir: fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf.


Hər bir yaş qrupu üçün inkişaf sahələrinin təlim nəticələri tərbiyəçilər tərəfindən reallaşdırılmalıdır. Bunun üçün tərbiyəçi proqramda "İnkişaf və təlim standartları”nda əks olunan tələbləri izləməyi bacarmalıdır.


İndi məktəbəqədər təhsil proqramı bizdən standartlar əsasında uşaqlara bələdçilik etməyi tələb edir. Aparılan müşahidələr göstərir ki, metodik seminarların təşkili, müvafiq kurslarda, elmi-praktik müzakirələr, konfranslar tərbiyəçilərin peşəkarlıq səviyyəsini artırır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL

Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası”  mövzusunda təlimlər davam edir

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Estetik tərbiyə

Estetik tərbiyə

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...