Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
26 dekabr 2017
32 301


Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Dərsə verilən müasir tələblərə əsasən şagird də müəyyən mənada tədqiqatçı olmalıdır.

 

Şagirdin tədqiqatçılığı nədir və müəllimin tədqiqtaçılığından nə ilə fərqlənir?

 

Müəllim təlim materialını saf-çürük edir, dolaşıq və mübahisəli məsələləri aydınlaşdırır, şagirdlərə düzgün variantlar öyrədir. Şagird isə müəllimdən fərqli olaraq, tədqiq olunmuşları tədqiq edir; yəni o (şagird) təlim materialı üzərində düşünür, axtarış aparır, əlverişli variant seçir, öyrənilənləri şüurlu mənimsəyir.

 

Təfəkkürün fəallığı təlim materialının dərk edilməsi prosesini sürətləndirir, mənimənilməni xeyli asanlaşdırır. Bu yolla əldə əldə edilən biliklər möhkəm olur və uzun müddət yadda qalır.


Tədqiqatçılıq qabiliyyətinin formalaşmasında alqoritmlərin rolu böyükdür. Alqoritmlər mühakiməni düzgün qurmağın yaxşı örnəyidir. Bu fikri priyom şagirdlərə başqa təfəkkür pryomlarından dəqiq istifadə etməyi öyrədir, qrammatik anlayışlar üzərində müstəqil əməliyyat aparmağı və beləliklə də, uyğun tədqiqatçılıq bacarıqlarına yiyələnməyi təmin edir.


Tədqiqatçılıq qabiliyyəti yüksək olan şagird müstəqillik, sərbəst mühakimə, mükəmməl qrammatik hazırlıqla birlikdə ədəbi material barədə dolğun, aydın və sistemli məlumata yiyələnməlidir. Bu amil çox vacibdir.


Xüsusi qabiliyyətli uşaqlarla işin gerçəkləşdirilməsi mexanizminin yaradılmasında xüsusi qabiliyyətli uşaqların axtarışı; uşaqların yaradıcılıq tələbatlarının təminatının təşkili; şagirdlərin öz qabiliyyətlərini gerçəkləşdirilməsi kimi amillər nəzərə alınmalıdır.

 

Məlumdur ki, elmi iş yazmaq, özündən müəyyən mövzuda inşa-esse hazırlamaq üçün şagird böyük lüğət ehtiyatına malik olmalıdır.


Müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran ən mühüm vəzifələrdəndir. Ona görə ki, müstəqil ölkəyə qabiliyyətli, istedadlı şəxslər lazımdır. Onlar cəmiyyətin aparıcı qüvvələri sayılır. Tədqiqatçılıq qabiliyyəti, öncə, fəaliyyət prosesində təşəkkül tapır. Təlim prosesi nə qədər məqsədəuyğun qurularsa, şagirdin istedadı, tədqiqatçılıq qabiliyyəti bir o qədər də tez üzə çıxacaq və inkişaf edəcəkdir. Demək, hər bir şagirdin sirli, qəribə dünyasına ilkin olaraq müəllim daxil olur. Müəllim şagirdin tədqiqatçılıq bacarığını düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaşmaqda, inkişafına düzgün istiqamət verməkdə yardım göstərir. Müəllim şagirdin elmi işə marağında, düşüncə tərzində böyük dönüş yarada bilən fərddir.


Dilimizi öyrənərkən ayrı-ayrı bəhslərə yaradıcı yanaşmaq üçün fənn müəllimlərindən tədris prosesini canlı qurmaq tələb olunur.

 

Bu gün istedadlı şagirdləri üzə çıxarmaq onlardakı bu və ya digər qabiliyyəti (tədqiqatçılıq qabiliyyətini) inkişaf etdirmək üçün müxtəlif metodlardan istifadə olunur. Bunların içərisində şagirdlərin tədqiqatçılığa cəlb edilməsi xüsusi önəm daşıyır. Bunun üçün, öncə, hər şagirdin istedadının, qabiliyyətinin məhz hansı sahəyə olduğunu müəyyən etmək lazımdır. Şagirdlərin bütün xüsusiyyətlərini nəzərə alaraq onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün tədqiqatçılığa cəlb olunması son dərəcədə faydalıdır.


Tədqiqatçılıq qabiliyyətinin düzgün istiqamətdə inkişafı gələcəkdə şagirdi böyük uğurlara aparıb çıxara bilər. Ancaq nəzərə almaq lazımdır ki, hər şagirdi tədqiqatçılığa, axtarışa cəlb etmək düzgün deyil. Ümumiyyətlə, şagirdlərdə tədqiqatçılıq qabiliyyətini inkişaf etdirməkdən ötrü hansı yollardan, metodlardan istifadə faydalıdır. Təcrübə göstərir ki, bu işdə interaktiv təlim metodlarından istifadə etmək uğurlu nəticələrə gətirib çıxarır.

 

Bizə elə gəlir ki, tədqiqatçı şagird müstəqil olmalıdır. Şagird öz düşündüyünü sərbəst deməli, səhv olacağından çəkinməməlidir. Müstəqil şagirdin gələcəkdə sərbəst söz, fikir demək qabiliyyəti üzə çıxır. Bu həm Azərbaycan dili, həm də riyaziyyat dərslərində tədqiqatçılıq imkanlarına geniş yol açır.


Fənlərarası əlaqə şagirdlərin tədqiqatçılıq qabiliyyətini ya hər iki fənn istiqamətində inkişaf etdirə bilər, ya da şagird özü üçün hansı fənnə dərindən yiyələnmək istəyini, hansı fəndə özünü daha çox təsdiq edə biləcəyini kəşf edər.


Tədqiqatın mərhələləri vardır. Şagirdlər tədricən tədqiqatın mərhələlərini mənimsəməlidirlər. Onlar bilməlidirlər ki, birinci mərhələdə materialları toplamaq, ikinci mərhələdə toplanan materialları ümumiləşdirmək və qruplaşdırmaq, üçüncü mərhələ də isə müəyyən bir nəticəyə gəlmək lazımdır. Məsələn, 3-cü sinif şagirdlərindən biri bir hekayədə ya nağılda cümlənin məqsəd və intonasiyaya görə növləri mövzusu üzrə tədqiqat aparmış, materiallar toplamış, müəyyən qruplaşdırmalar etmiş və nəticəyə gəlmişdir ki, nağıl və hekayələrdə ən çox nəqli cümlələrdən istifadə olunur.

 

Dərs prosesində tanıdan, onun hansı qabiliyyətə, istedada malik olduğunu müəyyənləşdirdikdən sonra onu sinifdənxaric tədbirlərdə iştirak etməyə cəlb etmək lazımdır. Belə tədbirlərin əsasını isə yaradıcılığa stimul yaradan şeir dərnəkləri, müxtəlif yazılar və müsabiqələr təşkil edir.


Sinif müəlliminin özü tədqiqatçı olmalıdır. Qeyd olunan qabiliyyətlərin inkişaf etdirilməsi dərslərdə şagirdlərin fəallığını necə, hansı yollarla artırmasından, yüksəldilməsindən birbaşa asılıdır. Fikir və düşüncələrini hər yerdə və hər zaman sərbəst şəkildə ifadə etməyi bacaran, müstəqil mühakimə yüdüdə bilən insan formalaşdırmaq məktəb və müəllimin qarşısında duran ən ümdə vəzifədir. Bu gün dərslər elə qurulmalıdır ki, şagirdlər maksimum fəallığa nail olsun.


Müəllim – biliklərin əldə edilməsi yolunun bələdçisi -şagird- tədqiqatçı, bilikləri kəşf edəndir.


Tədqiqatçılığın inkişaf etdirilməsi prosesində interaktiv metodlar üçün başlıca xüsusiyyətlər bunlar müəyyənləşdirilmişdir:


- Şüurlu surətdə dərkolunmalı problemli vəziyyətin yaradılması;


- Problemli vəziyyətin həll olunması prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;


- Şagirdlər üçün yeni olan əhəmiyyətli biliklərin sərbəst əldə olunması, açılması və mənimsənilməsi üçün şəraitin yaradılması.


«İnteraktiv» sözünün lüğəvi mənası qarşılıqlı fəaliyyətə əsaslanan deməkdir. Pedaqoji anlayış kimi interaktiv metodlar əslində qarşılıqlı fəaliyyətə əsaslanan metodları ehtiva edir. Burada müəllimin istiqaməti ilə şagirdin yaradıcı, sərbəst araşdırmaq, tədqiqat aparmaq və öyrənmək fəaliyyəti nəzərdə tutulur. İnteraktiv təlim şagirdlərin yaddaşının yeni elmi biliklərlə (məlumatlarla) zənginləşdirməklə yanaşı, həm də onların düşünmə, yaradıcı təfəkkürünün, tədqiqatçılıq qabiliyyətinin, yeni bilik əldə etmək və mənimsəmək, eləcə də araşdırma aparmaq bacarığının müntəzəm inkişaf etdirilməsinə əsaslanır. Biliklərin mənimsənilməsi prosesində təfəkkür və tədqiqatçılıq fəallığı təmin olunur.


Araşdırmalar onu göstərir ki, interaktiv təlim və istedalı şagirdlərlə iş zamanı aşağıdakılara istinad edilir:


- təfəkkürün inkişafı;


- biliklərin yaradıcı tətbiqi;


- təfəkkürün müstəqillik və sərbəstliyi və s.


Məktəbdə şagirdlərin tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün digər vasitələrdən -müxtəlif yollardan, üsullardan istifadə olunur. Bugün təlim-tərbiyə prosesi yeni fənn proqramları, daha doğrusu, kirikulumları tələbləri əsasında qurulur. Bu tələblərə əsasən tədris prosesində şagirdlərin yaradıcı düşüncəsinin və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi məsələləri də önə çəkilir.


Təfəkkür dil materialları əsasında formalaşır. İnsan fikirləşəndə də, düşünəndə də sözlər və cümlələrdən istifadə edir. Təfəkkürün təzahür forması dildir. Şagirdin də fikirləşmə dili var. O, fikri başqasına çatdırmaq üçün istifadə olunan dilin də əsasında təfəkkür dayanır. Şagirdlər eyni fikirləri düşünə bilərlər, lakin o fikirlərin ifadəcisi olan sözlər və cümlələr hər şagirdin özünəməxsus söz və cümlələri ola bilər.


Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması və inkişafı üçün öncə təfəkkür qanunları haqqında onlara bilgi vermək lazım gəlir. Təfəkkür qanunlarını «məntiq» elmi öyrənir. Bununla yanaşı, dil qanunlarını da şagirdlərə aydınlaşdırmaq gərəkdir. Bu da qrammatikadır. Təfəkkürün inkişafı üçün bu sahələrdən şagirdlər baş çıxarmalıdırlar.Bu məqsədlə son illər sinif şagirdlərinə də kiçik həcmli esselər yazdırılır. Esse- şagirdin təfəkkürünü, onun yaradıcı bacarığını üzə çıxaran yazı növlərindən biridir. Essedə hər hansı bir mövzu ətrafında düşünmək, mühakimə yürütmək, öz məqsəd və niyyətini kağız üzərinə köçürmək xüsusiyyəti vardır. Şübhəsiz, esse yazıların necə yazılması üçün stimul yaradılır.


Öncə, şagirdlərdə ilkin tədqiqatçılıq vərdişləri yaratmaq lazımdır. Hansı mövzuda yaradıcılıq işləri aparmaq şagirdi daha çox maraqlandırır? «Azərbaycan», «Çörək», «Vətən», «Təbiət», «Dağlar» və s.


Şagirdlərin təfəkkürünü fəallaşdırmaq, təfəkkürünü daha da inkişaf etdirmək üçün bu və ya digər aktual mövzular müzakirə olunmalıdır.


Qeyd etdiyimiz kimi, təfəkkür şagirdlərin yaradıcı fəaliyyətinin əsasını təşkil edir. Ona əsaslanan şagird yaşına uyğun əsərlər yarada bilir və özünəməxsus fəaliyyətini idarə edir.


Şagirdin təfəkkür və düşüncəsi onun şərəfidir, desək səhv etmərik.


Yaradıcı təfəkkür xüsusi bir zəminədə yeni layihə qurmağa səbəb olan düşüncələrdir. Bu anlamda yaradıcı surətdə düşünməyi, şagirdlərin müstəqil axtarışlar aparmasına şərait yaratmaq ümdə vəzifələrdəndir. Onlarda ilkin tədqiqatçılıq vərdişləri yaratmaq və bu vərdişi inkişaf etdirmək gələcəyin alimini formalaşdıra bilər.


Bizə elə gəlir ki, məktəblilər tədris edilən bilikləri yalnız qavramağı deyil, həmçinin də onları öz şüurlarında möhkəmləndirməyi və nitqləri vasitəsilə aydın, məntiqi şəkildə ifadə etməyi bacarmalıdırlar. Hər bir şagirdin ümumi dünyagörüşünə, geniş təfəkkürə və aydın nitq vərdişlərinə yiyələnməsində aşağı siniflərdə başlanan və icra edilən inşa yazıların rolu böyükdür.


Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, ilk növbədə onların bilik səviyyəsini nəzərə almaq lazımdır. Çünki belə inşalar (sərbəst) xüsusi yaradıcılıq qabiliyyəti və müstəqillik tələb edir. Mövzu şagird tərəfindən düzgün dərk olunmalıdır. Şagirdləri yaradıcılığa düzgün istiqamətləndirmək lazımdır. Qarşılıqlı fəaliyyətə əsaslanan intraktiv metodun tələblərinə əsaslanaraq, onları istiqamətləndirmək, sərbəst, yaradıcı və müstəqil fəaliyyətə imkan yaradır. Fikri əsaslandırmaq üçün sitatlara istinad edilir. «Qurub-yaratmaq» verən yaradıcılıq, sərbəstlik, şəxsi fikir daha əsas sayılır. Fikir aydın və sadə dildə ifadəsini tapmalıdır.


Yaradıcılıq, öncə, şagirdin öz işinə yaradıcı yanaşması ilə əlaqədar meydana çıxır.


Bu gün müəllim istiqamətverən, şagird isə tədqiqatçıdır. Şagirdlərdə tədqiqatçılığın inkişaf etdirilməsinə nail olmaq üçün ilk növbədə kitabxana fondundan düzgün istifadəyə istiqamətləndirmək lazımdır. Müxtəlif kitablarla işlənmək bacarığı və vərdişlərinin normal qaydada formalaşması tədqiqatçının inkişafında mühüm rol oynayır. Şagirdlərin tədqiqatçılıq fəaliyyəti aşağıdakıları nəzərə almaqla həyata keçirilir.


Tədqiqatçılıq- yeni biliklər almaq, onları ümumilçəşdirmək, qazanılmış bilikləri təibiq etmək məqsədilə aparıla bilər. Bu zaman tədris prosesində elmi tədqiqat elementləri daxil olur. Şagirdlər nəzəri təhlilin aparılması metodundan istifadə edir, fərziyyələr irəli sürür və onu yoxlamaq üçün eksprementdən istifadə edirlər.


Beləliklə, tədqiqat və müşahidələr göstərir ki, müasir təlim şagirdlərin idrakını, tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Müəllimin pedaqoji ustalığı həm də şagirdlərin elmi təfəkkürünü, tədqiqatçılıq qabiliyyətini inkişaf etdirməsindədir. Şagirdlər üçün elə şərait yaradılmalıdır ki, onlar öz fikirlərini davam etdirsinlər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Kurikulumdan 20 TEST

Kurikulumdan 20 TEST

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prosesində məsələ və ondan istifadə formaları

Təlim prosesində məsələ və ondan istifadə formaları

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti