Uşaq musiqi məktəbinin açılışı olub
34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Məlumata görə, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.
Açılışda çıxış edən Ə.Qarayev musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Ə.Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov musiqi məktəbində yaradılan şəraitin rayon ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib. Bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.
Daha sonra nazir məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, qonaqlar məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 1985–ci ildən fəaliyyətə başlayan məktəb 7 otaqdan, 1987–ci ildən isə 16 sinif otağı, zal, qəbul otağı, direktor otağından ibarət olub. 2017-ci ildə məktəb binasında aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi çəkilib, akt zalı, otaqlar genişləndirilib, yeni otaqlar və zəruri musiqi ədəbiyyatı ilə təchiz olunmuş kitabxana yaradılıb. Məktəbin bütün avadanlığı və inventarı təzələnib.
Məktəbdə 16 ixtisas üzrə ( fortepiano, skripka, klarnet, violonçel, fleyta, saksafon, qoboy, vokal, tar, kamança, qanun, balaban, qarmon, nağara, xanəndə, saz ) 300 - ə yaxın şagird təhsil alır. 4 şöbə fəaliyyət göstərir ( fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, nəzəriyyə ) və 77 müəllim çalışır.
Sonda musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında
Nazir: "Bəzi musiqi məktəblərində müəllimlər cəzalandırılıb, direktorlar işdən azad edilib"
Uşaq musiqi və incəsənət məktəbləri ilə bağlı müşavirə keçirildi
Musiqi müəllimləri attestasiyadan keçiriləcək
Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib
Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA
Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib
Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
İlham Əliyev Masazırda məktəb açılışında olub
Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi
Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib
Prezident Gəncədəki orta məktəbdə oldu
Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu
“İstedad sorağında” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Gəncə Tibb Kolleci əsaslı təmir olunub-FOTOLAR
Səbail rayonunun məktəblərində təmir işləri aparılır
Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib
Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB
Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi
Magistraturaya sənəd verənlərin nəzərinə
Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib
Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO