Xəbərlər, D.Qulluğu
25 dekabr 2017
1209

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulun müsabiqə mərhələsi üzrə müsahibə elan edib.


Aztəhsil görə, inzibati rəhbər vəzifələr (A növü) üzrə 198 vakant vəzifə Səhiyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer), Kənd Təsərrüfatı Nazirliyi (171 vəzifə üzrə 171 yer), Təhsil Nazirliyi (1 vəzifə üzrə 1 yer), Mədəniyyət və Turizm Nazirliyi (10 vəzifə üzrə 10 yer), Energetika Nazirliyi (1 vəzifə üzrə 1 yer), Gənclər və İdman Nazirliyi (2 vəzifə üzrə 2 yer), Əmlak Məsələləri Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (4 vəzifə üzrə 4 yer), Dövlət Statistika Komitəsi (1 vəzifə üzrə 1 yer) və Dövlət Mülki Aviasiya Administrasiyası (4 vəzifə üzrə 4 yer) tərəfindən dövlət qulluğuna qəbulun müsabiqə mərhələsi üzrə müsahibəyə təqdim olunub.


Vakant vəzifələr arasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsi, şöbə müdiri (1 yer), Sumqayıt, Xaçmaz, Şəki, Gəncə, Bərdə, Masallı və Lənkəran Regional Mədəniyyət və Turizm İdarələri, rəis müavinləri (hər birində ayrılıqda 1 yer), Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi, Enerji müfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı regional bölməsi, bölmə rəisinin müavini (1 yer), Göyçay və Qobustan rayon Gənclər və İdman İdarələri, idman sahəsi üzrə rəis müavinləri (hər birində ayrılıqda 1 yer), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı, Sumqayıt, Ucar və İmişli bölgələri üzrə şöbələri,  şöbə müdiri (hər birində ayrılıqda 1 yer) və Dövlət Mülki Aviasiya Administrasiyasının Uçuşların təhlükəsizliyinə nəzarət şöbəsi, şöbə müdiri (1 yer) yer alıb.


Müsahibədə test imtahanından keçmiş və DİM tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.

 

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 26 dekabrdan 24 yanvaradək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

 

Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.







Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

İmtahanın nəticələri - AÇIQLANDI

İmtahanın nəticələri - AÇIQLANDI

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Bəzi dövlət orqanlarında vakant vəzifələr barədə DİM-ə məlumat verilmir

Bəzi dövlət orqanlarında vakant vəzifələr barədə DİM-ə məlumat verilmir

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək

Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ