Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
25 dekabr 2017
16 278


Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL

Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

 

"Məktəbəhazırlığın təşkili Qaydaları” 8 yanvar 2010-cu ildən qüvvəyə minmişdir.Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb və məktəbəhazırlığın təşkili məsələlərini tənzimləyir.

 

Beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir ("Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən 2020-ci ilədək mərhələli şəkildə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə cəlb edilməsi 90 faizə çatdırılmalıdır).

 

16 iyun 2017-ci ildə Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

 

Beşyaşlıların məktəbə hazırlığı "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir. (Sənəd təhsil nazirinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib.) 2017-ci ildə Məktəbəqədər Təhsil Kurikulumunun təkmilləşdirilmiş variantı Təhsil Nazirliyinə təqdim 3 Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası edilmişdir.

 

Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər.

 

Məktəbəhazırlığın məqsəd və vəzifələri 


Məktəbəhazırlığın əsas məqsədibeşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. 


Məktəbə hazırlığın vəzifələri:  


- uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, 

- uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

 
Fiziki hazırlıq: 
 
- uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi (yəni bədən hissələrinin öz funksiyasını yerinə yetirmək qabiliyyəti); 
 
- hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın (xırda motorika əllər və barmaqların dəqiq və xırda hərəkətlər toplusudur; sinir, əzələ, dayaq-hərəkət və görmə sistemlərinin birgə fəaliyyəti nəticəsində yaranır) koordinasiyasının inkişafı; 
 
- fiziki qabiliyyətlərin inkişafı.
 
Şəxsiyyətyönümlü hazırlıq:  

- müstəqillik, məsuliyyətlilik, fəallıq, təşəbbüskarlıq;
 
- başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;
 
- müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;
 
- ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması.
 
İntellektual hazırlıq:  
 
- obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;
 
- idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya (ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlara) yiyələnmək;  prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq,
 
- əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.
 
Məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı aşağıdakı cədvələ əsasən 12 olmalıdır. 

Hər məşğələnin müddəti 30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən sonra idman məşğələsi keçirilir. Həftədə 4 gün olmaqla gündə 3 məşğələ planlaşdırılır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası”  mövzusunda təlimlər davam edir

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb