Xəbərlər
22 dekabr 2017
3 263


Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Son günlərdə sosial şəbəkələrdə geniş müzakirə edilən mövzulardan biri də ötən həftələrdə Bakı Qızlar Universitetində tələbə və müəllim arasında yaşanan qalmaqaldır.

 

Hadisənin təfərrüatlarını öyrənmək üçün universitetin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılova ilə əlaqə saxladıq.


Aztəhsil.com xəbər verir ki, sözügedən tələbə publika.az-a bildirib ki, təhsil aldığı Bakı Qızlar Universitetinin rəhbərliyi bir gün dərsə gəlmədiyi üçün onu dərsə buraxmayıb və 6 ay universitetdən uzaqlaşdırılacağı bildirilib.

 

Tələbə iddia edir ki, qaib limitini keçmədiyi halda rəhbərlik tərəfindən təhqir və təzyiqlərə məruz qalıb və bu günə qədər də dərsə buraxılmır.


Bu məqamda maraqlı bir sual yaranır. Ali təhsil müəssisəsi qaib limitini keçməyən tələbəni, bir gün dərsə gəlmədiyi üçün 6 ay təhsildən uzaqlaşdıra bilərmi? Ümumiyyətlə tələbələr hansı şərtlər altında ali təhsil müəssisələrindən xaric edilə bilərlər?


Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirdilər ki, tələbə qaib limitini aşması səbəbindən heç bir halda təhsildən uzaqlaşdırıla bilməz.

 

Ali təhsil müəssisələri tələbəni aşağıdakı hallarda universitetdən xaric edə bilər:


- öz arzusu ilə;


- başqa ali təhsil müəssisəsinə köçürüldükdə;


- ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;


- səhhətinə görə (həkim-məsləhət komissiyasını arayışına əsasən);


-növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda.


Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirdi ki, hadisə həqiqətən də tələbənin iddia etdiyi kimi baş veribsə, bu məsələ tələbənin lehinə həll ediləcək:


"Təhsil Nazirliyinin ali təhsil müəssisələrindən tələbələrin xaric edilməsi ilə bağlı qanun normaları var. Qeyri səbəblərdən tələbənin təhsildən uzaqlaşdırılmaq niyyətilə universitetdən xaric edilməsi yolverilməzdir. Həmin tələbə Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət etsin. Hadisə həqiqətən də tələbənin iddia etdiyi kimi baş veribsə, bu məsələ onun xeyrinə həll olunacaq”.


Məsələ ilə bağlı Bakı Qızlar Univeristetinin də mövqeyini öyrənmək istədik. Amma təəssüf ki, bütün cəhdlərimiz uğursuz alındı. Ünvanladığımız sualların heç birinə cavab vermədilər.







Загрузка...
Həmçinin oxuyun:
Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..