Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı


reklam

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu gün ümumtəhsil məktəbində idarəedicilər arasında əsas funksiyalardan birini daşıyan, tədris hissəsini idarə edən və ona nəzarət edən şəxs təlim-tərbiyə işləri üzrə direktor direktor müavinidir. Sovet məktəbində bu vəzifə tədris işləri üzrə direktor müavini adlanırdı.


Hal-hazırki dövlət sənədlərində dərs hissə müdiri təlim – tərbiyə işləri üzrə direktor müavini kimi qeyd edilir. Şagird sayı 400 – dən aşağı olan məktəblərdə dərs hissə müdiri, 400 və ondan artıq şagirdi olan məktəblərdə isə təlim – tərbiyə işləri üzrə direktor müavini kimi qeyd edilsə də bu vəzifənin adı mübahisə doğurur.


Nəzərə alsaq ki, məktəbin əsas vəzifəsi şagirdlərin təlim – tərbiyəsi ilə bağlıdır və haqqında söhbət açdığımız idarəedici yalnız tədris işləri üzrə cavabdeh şəxsdir. Bu zaman həmin vəzifənin tədris işləri üzrə direktor müavini adlandırmaq daha doğru olardı. Ona görə də bu vəzifənin adını bu vəsaitdə bundan sonra tədris işləri üzrə direktor müavini kimi təqdim edəcəyik.


Sözün əsl mənasında tədris işləri üzrə direktor müavini, məktəbdə tədrisin təşkilatçısı, nəzarətçisi və əlaqələndirici rolunu oynamaqla məktəb kollektivinin əsas funksionerlərindən biridir.


Ümumtəhsil məktəbində təlim – tərbiyə prosesesinin düzgün təşkil edilməsi, məktəbinin ikişafı direktorun düzgün seçilməsi qədər həmin məktəbdə tədris işləri üzrə direktor müavininin düzgün təyin olunmasından asılıdır.


Çox təəssüf ki, tədris işləri üzrə (o cümlədən, digər sahələr üzrə olan) direktor müavinlərini direktorlar özləri birbaşa seçə və ya təyin edə bilmirlər Direktor müavininin təyin edilməsi üçün . formal olaraq təqdimatı direktorlar versə də, namizədlər hal-hazırda RTŞ (ŞRŞ) tərəfindən seçilir və təyin olunur, Bu hal məktəb idarəetməsində çoxsaylı problemlərə yol açır.Fikrimcə tədris işləri üzrə direktor müavinin təyin edilməsi səlahiyyəti məktəb direktorunda olmalıdır.


Tədris işləri üzrə direktor müavini kimdir, kim olmalıdır, onun məktəbdə mövqeyi və rolu nədən ibarətdir? Bu və digər suallara cavab tapmaq üçün hazırkı qanunvericiliyə və təlimatlara üz tutduq. Direktor və məktəbin digər idarəediciləri, həmçinin işçiləri haqqında məlumatlar yalnız 1997 – ci ildə qəbul edilmiş "Təhsil Sahəsi işçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası” nın XVII bölməsində, 2011 – ci ildə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” ndə çox bəsit şəkildə verilmişdir.


TSTQVVTİSK XVII bölməsində təlim – tərbiyə işləri üzrə (biz tədris işləri üzrə oxuyaq) direktor müavininin əmək funksiyası haqqında bildirilir:


 təlim-tərbiyə və metodiki işləri təşkil edir;

 tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir;

 həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır;

 zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir;

 təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ,fakültativ saatlarının və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur; 

 şagirdlərin meyl-maraqları əsasında təmayül istiqamətlərini müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir;

 tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; 

 fənn kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir;

 təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir; 

 pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində iştirak edir, onların təkmilləşmələrinə, ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb olunmalarına, eləcə də kadrların peşə ustalıqlarının artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur;

 təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyır, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, KSQ və BSQ-lərin təlimata müvafiq keçirilməsini təşkil edir; 

 təlim keyfiyyətinin idarə olunması məqsədilə vaxtaşırı monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

Bilməlidir: 

 gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, 

 "Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; 

 təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; 

 tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri;

 qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; 

 yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni;

 təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; 

 hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını. 

 

Ödəniş dərəcələrinə ixtisas tələbləri:


1. Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;

2. Ən azı 3 il pedaqoji staj, təhsilin təşkili və idarə olunması üzrə diplom (sertifikat).

 

Direktorun vəzifə maaşından 10-15% aşağı vəzifə maaşı müəyyənləşdirilir”.


Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin 8-ci bəndində ümumi olaraq təhsilverənlərin hüquqları göstərilsə konret olaraq tədris işləri direktor müavinin hüquq və vəzifələri göstərilməmişdir.


Bu iki hüquqi-normativ sənəddən başqa biz məktəb rəhbərliyinin, işçilərinin əmək funksiyaları, hüquq və vəzifələri haqqında ətraflı məlumat ala bilmirik. Sizə təqdim etdiyimiz bu layihədə tədris işləri üzrə direktor müavininin əmək funksiyaları, hüquq və vəzifələrini qismən də olsa əhatə etməyə çalışmışıq.


Ümumtəhsil məktəbinin təlim-tərbiyə ( tədris ) işləri üzrə direktor müavininin 20--/20---ci tədris ili üçün Vəzifə Təlimatı

Tarix ____________

Təsdir edirəm ____________________ Direktor _______________________


1. Ümumi müddəalar


1.1. Tədris işləri üzrə direktor müavininin vəzifə səlahiyyətləri, əmək funksiyası və hüquqları Təhsil Qanununa, TSİQVVTİSK – sına, ümumtəhsil Məktəbinin Nümunəvi Nizamlanması və təhsil haqqında digər hüquqi – normativ aktlar əsasında tənzimlənir.

1.2. Tədris işləri üzrə direktor müavini məktəb direktorunun təqdimatına əsasən RTŞ (ŞTŞ) tərəfindən təyin edilir, işdən azad edilir.

1.3. Tədris işləri üzrə direktor müavini birbaşa məktəbin direktoruna tabedir.

1.4. Tədris işləri üzrə direktor müavini, ən azı 3 il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olan, qabaqcıl sinif rəhbəri və ya metodbirləşmə rəhbəri və ya məktəbdə təşkil olunmuş digər kollegial oranlarının rəhbəri olmuş müəllimlər arasından seçilir.


1.5. Tədris işləri üzrə direktor müavininə tabedir:

 İbtidai sinif müəllimləri;

 Fənn müəllimləri;

 Metodbirləşmə rəhbərləri;

 Kabinet rəhbərləri


1.6. Tədris işləri üzrə direktor müavini bilməlidir:


 Pedaqoji bilikləri;

 Psixologiyanı;

 Yaş fiziologiyasını və gigiyenası;

 Tədris proqramlarını və dərsliklərini;

 Tədris – metodiki işi;

 Məktəbşünaslıqla bağlı nəzəri bilikləri;

 Tədris (fənn) kabinetlərinin qurulmasına olan tələbləri;

 Tədris materiallarını və onlara olan əlavələri;

 Təhsilin inkişaf istiqamətlərini;

 Əməyin mühafizəsi ilə bağlı norma və qaydaları;


1.7. Tədris işləri üzrə direktor müavininin əsas vəzifəsi:


 məktəbdə tədris prosesini və metodiki işi təşkil etmək, ona rəhbərlik etmək ;

 tədris prosesinə və metdoiki işə nəzarət etmək, onun inkişafını təmin etmək;

 Dərs Bölgüsü zamanı konkret təkliflərini məktəb direktoruna təqdim etmək;

 məktəb üzrə Dərs Cədvəlini metodiki tələblərə uyğun qurmaq ;

 məktəb üzrə dərsdənkənar məşğələ və dərnək məşğələlərinin cədvəlini hazırlamaq


2. Tədris işləri üzrə direktor müavininin əmək funksiyaları:


2.1. Tədris – metodiki işi, onun gedişatını və inkişafını analiz edir, dərs məşğələlərinin məzmun və keyfiyyətinə nəzarət edir;.


2.2. Tədris işləri üzrə direktor müavini fəaliyyətində planlayır və təşkil edir:


 Tədris prosesini və tədris prosesində tərəflərin müəllim – şagird (valideyn) əməkdaşlığını;

 Pedaqoji kollektivin cari və perspektiv planını;

 Vacib tədris – metodiki sənədləri;

 Tədris prosesinə, şagirdlərin nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə, dərnəklərin, fərdi və fakültətiv məşğələlərin, dərsdənkənar məşğələlərin, məktəbdə digər pedaqoji fəaliyyətlərin keyfiyyətinə;

 Pedaqoji heyyətin peşəkarlığının inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə;

 Müəllimlərin sinif jurnalının və digər məktəb sənədləşməsinin düzgün yerinə yetirməsinə;

 Fənn kabinetlərinin tədris materialları ilə təmin edilməsinə və həmin materialların tədris prosesi zamanı düzgün istifadə edilməsinə, məktəb kitabxanasının metodiki vəsaitlərlə, bədii ədəbiyyat, təhsil ilə bağlı qəzet və jurnallarla təmin edilməsinə;

 Tədris prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına və normalarına ciddi əməl edilməsinə;

2.3. Tədris işləri üzrə direktor müavini, müəllimlərin tədris proqramlarının və planlarının həyata keçirilməsinə, tədris – metadoki planların tədris ilə bağlı vacib sənədlərin hazırlanmasına nəzarət edir;

2.4. Tədris prosesinin iştirakçılarının işinin rəğbətləndirilməsini, sağlam tədris mühitinin yaradılmasını, ümumilikdə tədris prosesinə rəhbərlik edir;

2.5. Tədris işləri üzrə direktor müavini nəzarət edir:


 Vaxtaşırı olaraq sinif jurnallarının,müəllimlərin tədris planları və proqramları ilə bağlı sənədlərinin düzgün yazılmasına;

 Şagirdlərin tələb edilən sahələr üzrə texniki təhlükəsizik qaydaları ilə müəllimlər tərəfindən tanış edilməsinə;

 Müəllimlərin pedaqoji fəaliyyətinə, etik – davranış qaydalarına əməl etməsinə;

 Şagirdlərin məktəbdaxili intizam qaydalarına əməl etməsinə;

 Dərs məşğələlərinə, dərnəklərə, fakültətiv və fərdi qrup məşğələlərinə, dərsdənkənar məşğələlərə, məktəbdə fəaliyyət göstərən digər tədris sahələrinə;


3. Tədris işləri üzrə direktor müavininin hüquqları:


 İstənilən dərs məşğələlərində, dərnək, fakültətiv və fərdi qrup məşğələlərində, dərsdənkənar məşğələdə iştirak etmək, dinləmək, müşahidə etmək;

 Pedaqoji heyətə vəzifə səlahiyyətləri çərçivəsində tapşırıqlar vermək;

 Pedaqoji şurada iştirak etmək, hesabatlar, təkliflərlə çıxış etmək;

 Pedaqoji işçilərin, işini analiz etmək, manitorinqini aparmaq, qiymətləndirmək və nəzarət etmək;

 Peşəkarlığı üzərində işləmək;


4. Tədris işləri üzrə direktor müavini məsuliyyət daşıyır:


 Mövcud qanunvericilik və normativlər əsasında əmək funksiyasını yerinə yetirməməyə;

 vəzifə səlahiyyətləri çərçivəsində əmr, tapşırıq və göstərişlərini yerinə yetirməməyə görə;

 Məktəb direktorunun vəzifə səlahiyyətləri çərçivəsində əmr, tapşırıq və göstərişlərini yerinə yetirməməyə görə;

 Əmək intizamını, məktəbdaxili intizam qaydalarını, etik – davranış qaydalarını yerinə yetirməməyə görə;

 Məktəbdə yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə;

 Öz fəaliyyətində, qanunvericiliyi, təhsil ilə bağlı üst qurumların verdiyi əmr, göstəriş və tapşırıqların, təlimatların yerinə yetirilməsinə görə;

 Məktəbə tədris zamanı dəymiş maddi ziyana görə;

5. Tədris işləri üzrə direktor müavininin iş rejimi:

 Tədris işləri üzrə direktor müavininin iş rejimi onunla bağlanan əmək müqaviləsinə görə müəyyən edilir;

 Tədris işləri üzrə direktor müavini həftəlik 40 saat iş rejimi işlə işləyir;

 Sinif komplekslərinin sayı 40 – a qədər olan məktəb

 Bir neçə tədris işləri üzrə direktor müavini olan məktəblərdə tədris ilinin əvvəlində məktəb direktorunun müvafiq əmri ilə onlar arasında iş bölgüsü aparılır. Həmin əmrə əsasən hər bir tədris işləri üzrə direktor müavini ona tədris ili ərzində tapşırılmış sahə üzə işini qurur.

 

Hazırladı: Elşən Qafarov




Aztest.info





Müzakirə:



Keçidlər:





Reklam yeri:

loading...

Həmçinin oxuyun:

90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub

90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi

Məktəblərdəki vakant vəzifələrə təyinatlar olacaq

Məktəblərdəki vakant vəzifələrə təyinatlar olacaq

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Direktor müavinlərinin seçim imtahanı başladı

Direktor müavinlərinin seçim imtahanı başladı

Bu vəzifələri tutmaq istəyənləri, DİQQƏT! - FOTOLAR

Bu vəzifələri tutmaq istəyənləri, DİQQƏT! - FOTOLAR

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Məktəb direktorunun əsas bacarıqlarından biri   Direktorun stolüstu kitabından....

Məktəb direktorunun əsas bacarıqlarından biri Direktorun stolüstu kitabından....

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ