Xəbərlər / Psixoloq / Valideyn
21 dekabr 2017
3 160


İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Azərbaycanda uşaqların internet fəaliyyəti nəzarətdə saxlanılmır. Hələlik bu istiqamətdə önəmli addımlar da atılmayıb. Bir çox xarici ölkələrdən fərqli olaraq ölkəmizdə uşaqlar internetə daxil olmaqda sərbəstdilər.

 

Bəs, görəsən, internet sərbəstliyinin uşaqlar üçün zərərləri nədən ibarətdir?


Uşaqlar üçün internetdə ən zərərli məlumatlardan biri də pornoqrafik informasiyalardır. Yeniyetməlik dövründən fərqli olaraq psixoloq bəzən erkən, 6-7 yaşda olan uşaqların da açıq-saçıq kadrlara meyili olduğunu söyləyir:

 

"Bu gün Azərbaycanda internet nəzarəti təəssüflər olsun ki, çox zəifdir. Bu istiqamətdə müvafiq qanunvericiliyin, internet paketlərinin olmaması uşaqların internetdən zərərli məlumatlar alması ilə nəticələnir. Valideyn yalnız evdə övladının internet qarşısındakı fəaliyyətini tənzimləyə, onu nəzarətdə saxlaya bilər. Əlbəttə ki, internet klublarda, digər yerlərdə bu mümkünsüzdür. Uşaqlar istər-istəməz ətrafdan zərərli məlumatlar ala bilərlər. Azyaşlıların maraq dairəsində olan mövzulardan biri də xoşagəlməz videolardır. Yeniyetməlik dönəmində uşaqlar bu məlumatlara daha çox maraq göstərir, bu tip informasiyaları araşdırır. Bu normaldır. Lakin erkən, hələ 6-7 yaşlarında olan uşaqlarda da bu cür kadrlara maraqlar oyanması müşahidə edilir. Bu problem valideyni narahat etməlidir”.


Uşaqların erkən yaşlarda açıq-saçıq videolara maraq göstərməsinin səbəbini cizgi filmləri ilə də əlaqələndirir.

 

O deyir ki, bu gün yayımlanan cizgi filmlərində öpüşmə, qucaqlaşma səhnələri açıq-aşkar nümayiş edilir:

 

"Bu yaşlarda uşaqların öpüşmə və s. bu kimi səhnələrə maraq göstərməsi həm də onların böyüdükləri, sevə-sevə izlədikləri cizgi filmlərinin təsirindən də ola bilər. Bu gün yayımlanan cizgi filmləri uşaqlara əyləncə bəxş etməklə yanaşı, həm də onlara yaşlarına uyğun olmayan məlumatları ötürür. Uşaq Tom və Cerriyə baxarkən görür ki, Tom yanındakı qızı öpür, onlar qucaqlaşmağa başlayır. Əlbəttə, bu zaman istər-istəməz uşaqda maraq oyanacaq. Ondan da artığını əldə etmək üçün internetə daxil olub müxtəlif videoları izləyəcək. Övladlarının yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış olmasının qarşısını almaq üçün valideynlər də diqqətli olmalıdır. O, övladının hər cizgi filmə baxmasına şərait yaratmamalıdır. Baxdığı cizgi filmləri də uşağın yaşına uyğun məlumat verməlidir”.


Valideyn pis işlə məşğul olan, xoşagəlməz videoları izləyən uşağın bu hərəkətini açıq-aşkar qabartmamalı, bu davranışa görə onu təhqir etməməlidi:

 

"Valideynlər bir çox hallarda övladlarının pis işlə məşğul olmasını öyrəndikdə bunu üzə vurur, onları təhqir edir, şəxsiyyətlərini aşağılayırlar. Əslində bu, düzgün davranış modeli deyil. Bu zaman uşaq müəyyən müddət çərçivəsində valideynin istəklərini yerinə yetirir. Müddət bitdikdən sonra onda yenidən həmin şeylərə maraq yaranır. Yeniyetməlik dönəmində uşaqlara həssas yanaşılmalıdır. Bu dövrdə uşaqlara çox da təzyiq göstərmək olmaz. Valideynin 18 yaşına qədər övladının nə işlə məşğul olmasını araşdırmaq hüququ var. Lakin valideyn bu işi çox ustalıqla etməlidir ki, övladının xəbəri olmasın. Övlada nəzarət lazımdır, çalışmaq lazımdır ki, bunu aşkar bir formada biruzə verməyəsən.

 

Məsələn, uşaq evdə olmadıqda ana kompüteri açıb övladının qovluqlarda nə yerləşdirdiyini öyrənə bilər. Əgər bu qovluqların içində onun yaşına görə zərərli olan məlumat varsa belə, ana bu işdən xəbər tutduğunu biruzə verməməlidir. Nə vaxtsa uşaq kompüteri açdıqda ona yaxınlaşıb, aç bu qovluğa da baxaq, görək içində nə var, deyə bilərsiniz. Uşağın bir o qədər də üstünə getmək lazım deyil. Sadəcə olaraq, uşaqda həyəcan oyatmalısınız ki, o da davranışlarına nəzarət edə bilsin. Bu zaman siz onun yanından ayrıldıqdan sonra uşaq fikirləşəcək ki, görəsən, anamın, atamın bunlardan xəbəri var, ya yox”.


İndiki uşaqlar gözlədiyimizdən daha çox ustalıq nümayiş etdirirlər. Beləki, "Uşaqlar bəzən belə faylları çox peşəkarlıqla gizlədə bilirlər. Mənim yanıma gələn azyaşlılardan birinin valideyni deyir ki, telefondakı videonu izləyirdi. Uşaq iki videonu bir-birinə calaşdırıb. Nə cür yollasa onu montaj edərək adi bir kadra bitişdirib ki, kimsə açanda həmin videonu görməsin. Yalnız videonu izlədikdən sonra valideyn övladının bu çoxbilmişliyindən xəbər tutub. Nəzarət təzyiqi olduqda uşaqlar hər yola əl atırlar”.


"Valideynlər övladlarının zərərli saytlara daxil olmasına da nəzarət etməlidir. Birbaşa onun timsalında deyil, bir başqa tanış adamın timsalında çatdıra bilər ki, filankəs pis saytlara daxil olur. Bu cür saytlar çox zərərlidir, və s. və ilaxır. Və bu yolla valideyn övladını baş verə biləcək təhlükədən xəbərdar edə bilər. İnternetdə uşaqlar üçün zərərli məlumatlar çoxdur. Burada yaşından, cinsindən asılı olamayaraq insanlara ədəbsiz təkliflər verilir, onları pis yollara sürükləyirlər”.


Uşaq, valideynləri tərəfindən düzgün informasiya almadıqda uşaqların internetdə axtarışlar apardıqlarını, bu zaman daha təhlükəli məlumatlarla tanış ola biləcəklərini söyləyir:

 

"Verdiyi sualları valideyn düzgün cavablandırmazsa, təbii ki, uşaq məlumatı başqa yolla almağa cəhd edəcək. Uşaq soruşanda ki, mən necə dünyaya gəlmişəm, valideyn bu sualı cavablandırmaqdan yayınır, ya da ki səni dükandan almışıq, zibillikdən tapmışıq deyir. Təbii ki, valideyn informasiyaları bu tərzdə verdikdə övladda onlara qarşı güvənsizlik yaranacaq. Çox yaxşı olardı ki, valideyn gerçəyi çatdırsın. Əlbəttə ki, məlumatı da onun yaşına uyğun verməlidir. Valideyn övladının suallarını düzgün, maraqlı, nağılvari bir tərzdə çatdırarsa, uşaq artıq internetdən bu haqda araşdırma aparmağa ehtiyac duymaz. Əks halda uşaq özünə lazım informasiyanı almaq üçün mövzunun daha da dərinliklərinə gedəcək. Bu zaman onun qarşısına daha təhlükəli və zərərli məlumatlar çıxa bilər. Bu zaman oxuduğu məlumatlar onda travma da yarada bilər. Zorlanma ilə bağlı məlumatlar alan uşaq elə düşünəcək ki, ətrafında olan əks cinsin nümayəndələri onu zorlamaq istəyir. Yeniyetməlik dövründə bu cür qorxular özünü daha aydın biruzə verməyə başlayır. Yeniyetmə oğlanlarda da bu tip qorxular yaranmağa başlayır. Onlar da ana-bacıları, qohumları üçün narahat olurlar. Universitetə hazırlıq dönəmində də uşaqlarda internetin təsirindən stress və gərginlik daha da artır”.


Nəzarət mexanizminə baxmayaraq uşaqlar kənar təsirlə özlərinə aid olmayan məlumatları əldə edə bilirlər. Bu baxımdan psixoloq qeyd edir ki, valideyn, ilk növbədə, övladında ata-anasına güvən yaratmalı, ona ilkin cinsi biliklər verməli, bəzi sədləri gözləməlidir:

 

"Nə qədər istəsək də, övladlarımıza tam nəzarət edə bilmərik. İstər-istəməz məktəb yoldaşları, məhəllə uşaqları, çöldə gördükləri ona təsir edəcək. Onlar məktəbə getdikdə, internet kluba getdikdə hər hansı informasiyanı öyrənə bilərlər. Çalışmaq lazımdır ki, uşaqda valideyninə güvən olsun. Valideyn gərək düşünsün ki, niyə oğlu davamlı olaraq lazım olmayan saytlara daxil olur. Ya özü, ya da ki atası düzgün informasiya verə bilmir ki, uşaqda bu cür informasiyalara, kadrlara maraq oyanır. Müəyyən bir dövrdə uşağın bu tip məlumatlara marağını başa düşmək olar. 2 yaşdan sonra uşaq ana-atası ilə birgə yatmamalıdır. Valideyn bunlara nəzarət etməlidir. Valideyn var ki, 11 yaşlı övladını özü çimizdirir. Əlbəttə ki, belə olduqda erkən yaşlarda uşaqda cinsi maraq yaranır. Övlad bunu dərk etmədikdə ana onu başa salmalıdır ki, bu vəziyyətdə valideynin qarşısına çıxa bilməz. Valideynlər övladlarının xoşagəlməz mövzulara maraqlı olduğunu müşahidə etdikdə onun pozulduğunu güman edir.

 

Bəzən valideyn övladının davranışından özündə paranoid düşüncələr də yaradır. Valideyn daha çox qadağalar tərtib edərsə, uşağın cinsi mövzuda verdiyi sualları cavablandırmazsa, belə problemlər daha çox olacaq. İnsan nə zaman axtarır, özündə bu mövzuda bir boşluq hiss etdikdə. Valideyn erkən yaşlardan düzgün informasiya verərsə, bu problemlə daha az rastlaşar”.


"Bu gün internetdə uşaqlar üçün təhlükəli, zərərli oyunlar da var, hansı ki fiziki və mənəvi şiddət görən uşaqlar daha çox buna meylli olurlar. Bu cür oyunlar uşaqları yönləndirir, onlar kompüterdə kimisə vurur, döyür, güllələyir. Məkirli insanlar xoşagəlməz videoları paylaşaraq uşaqları tora salır, öz məqsədlərinə görə istifadə edirlər. Valideyn övladının kiminlə dostluq etməsinə də nəzarət etməlidir.

 

Ümumiləşdirsək, deyə bilərik ki, internetin uşaq təfəkkürü üçün faydalı və zərərli tərəfləri var. Uşaq elə bir oyun oynaya bilər ki, bu, onun hafizəsinə müsbət təsir edər. Elə oyunlar var ki, uşaqda diqqəti cəmləşdirər, ona faydalı təsir edə, təxəyyülünü inkişaf etdirə, şahmat oynaya bilər. Faydalı informasiyalar da ala bilər”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...