Xəbərlər / Valideyn / Məktəbə qədər və məktəbdən kənar
20 dekabr 2017
6 603


Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

2-3 yaşına çatmış uşaqlarımız üçün hər gün yeni əyləncə, yeni dostlar tapmaq maraqlı olur. Valideyn kifayət qədər vaxt ayırsa da, uşaqlar həmişə öz yaşıdları ilə daha çox oynamaq istəyirlər. Həm bu səbəbdən, həm də məktəböncəsi təlim-tərbiyə alması üçün uşaqlarımızı məktəbəqədər təhsil müəssisələrinə - bağçalara göndəririk.


Sovet dövründə az qala bütün uşaqlar bağçaya qəbul olunurdular. Lakin indi bu məsələdə problem yaranıb. Belə ki, mövcud bağçalar uşaqların sayından xeyli geri qalır. Düzdür, Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir və köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir.


Valideynlər hər bağçaya etibar etməlidir?


Öncəliklə qeyd etməliyik ki, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla bir başlanğıcdır. Pedaqoqlar bildirirlər ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca lazımlıdır. Ona görə də onların məktəb öncəsi təhsil alacağı yeri, daha doğru ifadə etsək, bağçaları doğru seçməyimiz önəmlidir.

 

"Təhsil, təlim və tərbiyə doğum ilə başlayıb həyat boyu davam edən bir prosesdir. Övladlarımızın məktəb öncəsi təhsilinə erkən başlamasını istəyirik. Bunun üçün də ilk öncə övladımızı əmanət edə biləcəyimiz isti bir mühitə, güvənilən bir bağçaya və ya uşaq mərkəzinə ehtiyacımız olur".


Pedaqoq deyir ki, uşaqlıq təhsili öncə ana bətnindən, sonra ailədən, daha sonra bağçalardan başlayır:

 

"Bağçaların əsas təyinatı uşağın ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün bəsit bilgiləri vermək, normal ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaqdır. Məhz bu səbəbdən UNICEF də məktəbəqədər təhsil təşkilatlarını həyata ən yaxşı başlanğıc olaraq görür".


Bağçaya gedən uşaqların böyük əksəriyyəti şəhərdə yaşayanlardır


Bizim ölkədə uşaq bağçaları əsasən 2 yaşından uşaq qəbuluna başlayır. Amma daha kiçik yaşda övladını bağçaya əmanət edən valideynlər də az deyil. Onların bəzisi işləyir, bəzisinin səhhətində problem var. Amma valideynlər də var ki, uşağın çox dəcəllik etməsindən bezərək onu bağçaya verir.


Hazırda Azərbaycanda 107954 uşağın təhsil aldığı 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 103157 uşağı əhatə edən 1571 məktəbəqədər təhsil müəssisəsi Təhsil Nazirliyinin sistemindədir.


Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi və ümumi təyinatlı 13 məktəbəqədər müəssisədə 22 xüsusi təhsil qrupu fəaliyyətdədir.

 

Qeyd edək ki, hazırda paytaxtda 309 uşaq bağçasında 30 mindən artıq uşaq tərbiyə alır. Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorundan aldığımız məlumata görə, son 15 ildə Azərbaycanda 85 uşaq bağçası bağlanıb ki, onların da 45-i Bakının payına düşür. İndi şəhərlərdə uşaqların 28,4, rayonlarda isə 9,7 faizi bağçaya gedir.


Amma uşağın bütün gününü bağçada keçirməsi də doğru deyil. Pedaqoqlar bunun uşağın ailədən uzaqlaşması, valideynlərlə münasibətində yadlaşma ilə nəticələnəcəyini deyirlər. Azərbaycanda bağçalar adətən səhər saat 9-dan sonra açılır. Hətta daha tez açılsa belə, çox az valideyn erkən saatda uşağı bağçaya gətirir. Adətən, saat 9-dan 18-ə qədər tərbiyəçilərin və pedaqoqların nəzarətində olan uşaq gün ərzində normal qidalanma ilə təmin edilir. Amma bəzən allergik xəstəliyi olan, xüsusi qida rejimi olan uşaqlar üçün valideyn evdən bağçaya yemək aparır və uşağının bu yeməklə qidalanmasını istəyir.


Nahardan sonra uşaqlar ən az bir saat yatırlar. Yuxudan əvvəl və oyandıqdan sonra da gündəlik proqrama uyğun tədris edilirlər.

 

Uşağın səhər saat 9-dan 18-dək bağçada, valideynindən ayrı olması düzgün deyil:

 

"İşləməyən valideynlər, ən çox da analar, övladları ilə mümkün qədər çox vaxt keçirməlidirlər. Buna görə də çalışıb uşağı saat 15-16-da  götürmək lazımdır. Səhərin sübh çağında yuxulu-yuxulu bağçaya aparılan, axşam evə qaçıb-oynamaqdan yorğun düşərək gələn və gələn kimi də yatan uşağın ruhi durumunda problem ola bilər. Bu hal davam etsə, o tezliklə valideynlərindən uzaqlaşacaq".

 

Bəs, bağça seçimi edərkən valideynlər nələrə diqqət etməli, nəyi daha çox göz önündə tutmalıdırlar?

 

Aztəhsil.com diqqət ediləcək məqamlardan bir neçəsini təqdim edir:


1. Müəllim seçimi - bağça seçərkən diqqət edilməsi vacib olan məsələlərin ən birincisi pedaqoq məsələsidir. Tədris müəssisəsinin maddi imkanı nə qədər yaxşı olursa, olsun, tədris proqramı mükəmməl də olsa, uşaqlarla bütün gün birlikdə olan, proqramı tətbiq edən müəllimdir. Uşaqların durumuna görə davranan da pedaqoqdur. Uşağa şəfqətlə yanaşan, hər ehtiyaclarını ana qədər ürəklə qarşılayacaq bir müəllim əsasdır. Müəllimdə diqqət yetirilməsi vacib olan əsas amillər: uşaqla ünsiyyəti, iş yoldaşları ilə münasibəti, təhsili, təcrübəsi və şəxsiyyəti.


2. Uşaq sayı - indi bağçalarda yer çatışmazlığına görə 15 nəfərlik qrupda 20-25 nəfər uşaq tərbiyə edilir. Bu da təbii olaraq müəllim üçün əlavə iş və əziyyət deməkdir. Belə olduqda zaman darlığından pedaqoq uşaqlara yetəri qədər diqqət ayıra bilmir. Hazırda pedaqoqlar məsləhət görürlər ki, bağçalarda 2-3 yaşlı uşaqların qrupunda hər 5 uşağa bir müəllim nəzarət etməlidir. Yəni 15 nəfərlik qrupun 3 pedaqoqu olmalıdır. 3-6 yaşlı uşaqlara nəzarət edən müəllimin öhdəsinə isə 12 uşaq vermək olar, amma köməkçi müəllimin olması şərti ilə.


3. Proqramın keyfiyyəti və inkişafı - məktəbəqədər tədris ocaqlarında müxtəlif təhsil proqramları var. Bunlar uşaqların yaşına və əqli inkişafına görə təyin edilir. Son zamanlar bağçalarda Avropa modeli tədris edilir. Bu, bir tərəfdən uşaqların zamanla ayaqlaşmasına kömək etsə də, digər tərəfdən bəzi uşaqların zehni və fiziki yüklənməsinə səbəb olur. Proqram hər uşağa görə fərdilik xüsusiyyətinə də malik olmalıdır. Zehni və əqli cəhətdən inkişaf etmiş bir uşaqla nisbətən sakit və gec qavrayan uşağın dərs proqramı eyni olmamalıdır. Mümkün qədər bəsit, eyni zamanda dolğun dərs proqramı tədris edilən bağça seçin.


4. Əməkdaşlıq - valideynlər mütləq qaydada pedaqoqlarla əməkdaşlıq etməlidirlər. Uşağın gün ərzində nə etdiyini, nə yediyini, nə dediyini hər gün müəllimindən soruşmaq lazımdır. Güc birlikdədir deyiblər, valideynlə pedaqoqun təcrübəsi birləşdikdə uşağın təlim-tərbiyəsi daha mükəmməl olacaq.


5. Məktəbin normal qaydalara cavab verməsi - valideynlər övladlarını bağçaya qoymazdan öncə mütləq tədris müəssisəsi ilə yaxından tanış olmalı, şərtləri öyrənməlidirlər. Bağça gigiyenik qaydalara cavab verməli, təhlükəsiz yerdə yerləşməli, otaqların və həyətin quruluşu uşağa zərər verməməli, oyuncaqlar keyfiyyətli olmalı, otaqda yıxılacaq stol, şkaf olmamalı, kəsici, deşici və iti əşyalar olmamalıdır. Normal idman zalı, oyun meydançası olmalıdır. Magistral yol kənarında yerləşməməlidir. Yanğın təhlükəsizliyi və zəlzələyə davamı olmalıdır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə