6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 dekabr 2017-ci il tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
Aztəhsil.com xəbər verir ki, DİM-dən bildirilib ki, bu şəhərlərdə keçiriləcək monitorinq imtahanlarında 49 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 3609, rus dili fənni üzrə 2454, riyaziyyat fənni üzrə isə 3635 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
Azərbaycan (rus) dili fənni üzrə imtahan bu gun keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.
Riyaziyyat fənni üzrə imtahan 21 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.
DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək
XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək
Bakı və Sumqayıtın XI sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçiriləcək
Azərbaycanda 3000-dən çox şagird imtahan verəcək
38 şəhər və rayonda monitorinq imtahanları keçirildi
“Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində iştirak edəcək rus bölməsi abituriyentlərinin sayı açıqlanıb
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb
Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq
DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib
Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb
Kolleclərə tələbə qəbulu elan edilib
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO
Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib
DİM bu rayonlarda buraxılış imtahanı keçirib
Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq