Xəbərlər, Layihə
14 dekabr 2017
662

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ +FOTOLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


ADU-da "Bir günlük xəlifə" layihəsi çərçivəsində universitetin əksər vəzifəli şəxslərini bir günlük tələbələr əvəzləyib və onlara əməkhaqqı yazılıb. 

 

Aztəhsil.com xəbərverir ki, modern.az-ın əməkdaşı Azərbaycan Dillər Universitetində (ADU) keçirilən"Bir günlük Xəlifə” layihəsini izləyib. 


Bizi ilk olaraq həmin gün mətbuat katibi vəzifəsini icra edən Şahin Sərdarlı qarşıladı. Öncə rektorun qəbul otağına yollandıq. Rektor vəzifəsinə seçilmiş 3-cü kurs tələbəsi Nicat Aşurovla həmsöhbət olduq.


Tələbə rektor dedi ki, universitet rəhbəri Kamal Abdulla tərəfindən əsası qoyulan bu layihə tələbələrin özünüinkişafında böyük rol oynayır: 


"Bizim bu gün iş qrafikimiz çox çətin və gərgindir. Nəzərə alsaq ki, günlərlə görülməli olan işləri biz bir günə görmək istəyirik. Bu gün universitetimizdə xarici səfirliklərdən qonaqlarımız oldu, müxtəlif tədbirlərimiz keçirildi”.

Nicat Aşurovun fikrincə, rektor olmaq hər kəsin istəyidir, amma bu vəzifənin öhdəsindən hər kəs layiqincə gələ bilməz. Çox həyəcanlı olduğunu vurğuladı: 

 

"Mən sadəcə, bu vəzifəni bir gün yerinə yetirəcəm, bunu bilirəm. Amma artıq iş saatın başlamasından kifayət qədər keçməsinə baxmayaraq, öz üzərimdə hələ də ağır yük, məsuliyyət və stress hiss edirəm. Hələ də həyəcanım keçməyib”. 


Nicat həm də bir il ərzində bu layihənin "Kölgə kabineti”nin rəhbəri olacaq. O. bizə rəhbərlik edəcəyi "Kabinet” barəsində məlumat verdi:

 

"Sabahdan etibarən universitetdə mənim rəhbərlik etdiyim "Kölgə kabineti” fəaliyyət göstərməyə başlayacaq. Bir il ərzində seçilmiş bütün xəlifələr yerinə seçildikləri vəzifəli şəxslərin, necə deyərlər, bir il "kölgəsi” olacaqlar. Universitetimizdə keçirilən tədbirlərdə, iclaslarda iştirak edəcəklər”.

 

Tələbə rektorla sağollaşıb yollandıq elmi işlər üzrə prorektor kürsüsündə əyləşən Səma Məmmədzadənin yanına. "Prorektor” dedi ki, xaricdən daha çox tələbənin  məhz Azərbaycan Dillər Universitetində təhsil almasını,universitetdə keçirilən dəyirmi masalarda, elmi seminarlarda iştirak etmələrini arzulayır.

 

Eyni zamanda ADU-da təhsil alan tələbələrin xaricdə təhsil almasına da şərait yaradılmasını istədiyini bildirdi: 


"Elmi işlər üzrə prorektor elmi tədqiqat laboratoriyalarının da işinə nəzarət edir. Bu laboratoriyalar sentyabr ayından fəaliyyət göstərir. Mən düşünürəm ki, onların daxilində biz daha müntəzəm tədbirlər keçirməliyik. Məsələn, mədəniyyət və incəsənət üzrə müntəzəm tədbirlər keçirmək çox vacibdir”. 


Tələbə prorektor dedi ki, təhsilalanların kitabxanayla bağlı fikirlərini, iradlarını öyrənib həll etməyə səy göstərəcək.


Həmsöhbətimiz dedi ki, qıraqdan bu vəzifə asan görünür, amma əslində belə deyilmiş "Bir günlük də olsa, bu vəızifəni yerinə yetirərkən görürəm ki, iş çox çətindir”.


Səma Məmmədzadə elm sahəsində ixtisaslaşmaq istəyir. "Prorektor” seçilməyi onun üçün bir töhfədir və bu günü heç vaxt unutmayacaq.


Tədris işləri üzrə prorektor vəzifəsinə seçilən tələbə Oruc Nəsirov növbəti həmsöhbətimiz oldu: "Tələbələrin mənə etimad göstərməsinin əsas səbəblərindən biri qaib məsələsilə bağlı oldu. Bəzən elə olur ki, tələbələrin arayışlarına çox əhəmiyyət verilmir. Bu məsələlərin həll edilməsi üçün müəyyən addımlar atmağı planlaşdırıram”.  


"Prprektor” ADU-nun həmişə tələbəyönümlü olduğunu söylədi. Deyir ki, universitet rəhbərliyi həmişə tələbələri dinləyir, onların problemlərini həll etməyə çalışır.

"Beynəlxalq əlaqələr üzrə prorektor” Hüseyn Xənməmmədov bu vəzifə kürsüsündə keçirdiyi hissləri modern.az-la paylaşdı:


"İlk saatlarda həyəcanlıydım. Amma ümumən işimin öhdəsindən layiqincə gəlirəm. Bizə bu fürsəti verdiyi üçün rektorumuz akademik Kamal Abdullaya öz minnətdarlığımı bildirirəm”. 


Hüseynin fikrincə, bu layihə tələbələr üçün böyük təcrübədir. Onları məsuliyyətli olmağı vadar edir. 

Mətbuat katibi vəzifəsini icra edən Şahin Sərdarlı da layihə barədə fikirlərini söylədi. Bildirdi ki, bu layihədə 250-yə yaxın tələbə iştirak edib ki, onlardan 32 nəfər bu gün xəlifə vəzifəsini icra edir. O etiraf etdi ki, rəqibləri çox güclü olub, amma sonda 46 səslə qalib namizəd seçilib:


"Mən bu gün təkcə özümü yox, Azərbaycan Dillər Universitetinin tələbələrini təmsil edirəm. Bu vəzifəyə layiq görüldüyüm üçün ilk növbədə tələbələrə borcluyam və bundan qürur duyuram”. 


Müsahibimiz deyir ki, seçkilər şəffaf, açıq səsvermə yolu ilə keçirilib və bunu hərkəs təsdiqləyə bilər ki, heç kimə qarşı haqsızlıq edilməyib.

Son olaraq universitetdə keçirilən bir tədbirdə iştirak etdik.Yaponiya araşdırmaları mərkəzinin müdiri Böyükxanım Hüseynzadə keçirilən tədbir haqqında bizə məlumat verdi. Tədbir Yaponiyada məşhur olan çay mərasimi və orqamiylə bağlıydı. Orqami dedikdə Yaponiyada "kağız qatlama” sənəti, həmçinn çay hazırlaması nəzərdə tutulur. Tələbələr Fəridə Mirzəzadə və Zibeydə Süleymanlı çay mərasiminin tarixi haqda danışdılar. Sən demə, çay mərasimləri təşkil etmək əvvəllər Yaponiyada sadəcə varlı təbəqəyə aid edilirmiş, ancaq sonradan bütün ölkəyə yayılıb. 


Biz də 1gün ərzində göstərəcəkləri fəaliyyətdə bütün xəlifələrə uğurlar arzulayaraq ADU-nu tərk etdi.







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

ADU-da rektor, prorektorlar və dekanlar dəyişdi - Universitetdə nə baş verir? - VİDEO

ADU-da rektor, prorektorlar və dekanlar dəyişdi - Universitetdə nə baş verir? - VİDEO

Dillər Universitetində rektor əvəzlənir

Dillər Universitetində rektor əvəzlənir

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Kamal Abdullanı gənc rektor əvəzləyəcək

Kamal Abdullanı gənc rektor əvəzləyəcək

Prorektor:

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

“Siz universitetimizin ən layiqli tələbələrisiniz

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

AzMİU-da

AzMİU-da "Açıq qapı" günü keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib