DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) 14 və 15 dekabr 2017-ci il tarixlərində Respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
Aztəhsil.com xəbər verir ki, bu haqda DİM-dən məlumat verilib.
Regionlarda keçiriləcək monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə 8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
Azərbaycan (rus) dili fənni üzrə imtahan 14 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.
Riyaziyyat fənni üzrə imtahan 15 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 20 və 21 dekabr 2017-ci il tarixlərində keçiriləcək.
Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.
XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Azərbaycanda 3000-dən çox şagird imtahan verəcək
Bakı və Sumqayıtın XI sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçiriləcək
Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək
DİM bu rayonlarda buraxılış imtahanı keçirib
Bu gün 37 min şagird buraxılış imtahanı verir
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK
Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb
Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb
57 910 şagird bugün buraxılış imtahanı verir
Mayın 27-i I və IV kurslar sınaq imtahanı verəcəklər
Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb
Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər
30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə
“Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində iştirak edəcək rus bölməsi abituriyentlərinin sayı açıqlanıb
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir
Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib
İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək
DİM iyunun 11-də sınaq imtahanı keçirəcək
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.
İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur