Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO
Göyçayda Nar bayramına görə məktəblərdən pul yığılır?
Göyçay rayonu Qaraməryəm kənd sakini Səbuhi Quliyev prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
O, müraciətin bir surətini də mətbuata ünvanlayıb.
Səbuhi Quliyev iddia edir ki, Göyçay rayonunda fəaliyyət göstərən 7 saylı tam orta məktəbin Adil adlı direktoru sözügedən təhsil ocağını korrupsiya yuvasına çevirib.
Onun sözlərinə görə, bir ildən artıqdır yaxın qohumunu 7 saylı tam orta məktəbə işə düzəltmək üçün direktora müraciət edib. "Adil müəllim də müraciətin nəzərə alınacağına, qohumumu işə götürəcəyinə söz verdi.
Eyni zamanda bildirdi ki, "Nar bayram”ı üçün məktəblərdən pul yığılır, siz də bu işdə mənə kömək edin.
Onun sözlərinə görə, bizim yardımımız barədə rəhbərliyə məlumat verəcək və qısa müddətdə qohumum işə düzələcək.
Adil müəllim bizdən 7 min manat istədi. Bildirdi ki, müəllimə düzələcək qohumumun hər ay 440 manat maaş alacağını bildirdi. Biz həmin məbləği ona verdik. Amma bir idən artıq vaxt keçməsinə baxmayaraq hələ də vədinə əməl etməyib”.
Səbuhi Quliyev məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib:
"Adil müəllimlə söhbətlərimin birində onu videoya çəkdim. Həmin videoada Adil müəllim bizdən 7 min manat rüşvət aldığını etiraf edir. Həmin vdeonu da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etimişəm. Lakin hansısa səbəbdən Adil müəllim hələ də öz işindədir və heç narahat da deyil. O, qohumlarından birinə deyib ki, evini satıb özünü qurtaracaq. Eyni zamanda söhbətlərindən aydın olur ki, Təhsil Nazirliyində himayədarı var. Çünki oradan özü ilə bağlı müsbət arayış alacağını iddia edir”.
Səbuhi Quliyev İlham Əliyev və Mehriban Əliyevadan bu məsələni nəzarətə götürmələrini xahiş edir.
4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB
Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...
Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...
Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi
Göyçayda tarix müəlliməsi şagirdin başını partaya vuraraq üz-gözünü qaraldıb-rəzalət
Göyçayda müəllim özünü asdı
Heydər Əliyevi Bakıya çağıran müraciəti imzalayan 91 nəfər ziyalı- SİYAHI
Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...
Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI
Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO
Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI
Təhsil naziri Mikayıl Cabbarova müraciət
Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"
Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı
Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"
Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib
Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi
"SON SÖZ HƏLƏ DEYİLMƏYİB"
20 NÖMRƏLİ MƏKTƏBDƏ -KORRUPSİYA-VİDEO
Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur
Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında