Xəbərlər / Psixoloq / Valideyn
11 dekabr 2017
8 497


Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Cəmiyyətin sağlam olması ailələrin sağlam olmasından, ailələrin sağlam olması isə fərdlərin sağlam olmasından birbaşa asılıdır. Söhbət təbii ki, mənəvi-psixoloji sağlamlıqdan gedir. Bəli, ayrı-ayrı fərdlərin cəmiyyətdə sağlam mənəvi duruma sahib olması istər-istəməz bütöv cəmiyyətə sirayət edir. Və bu zaman sağlam, cəmiyyətdəki dəyərləri, prinsip və əxlaq normalarını qavrayan, onu öz fəaliyyətində tətbiq edən fərd artıq şəxsiyyətə çevrilir.

 

Fərdin mənəvi-psixoloji sağlamlığı nədən başlayır? Uşaq, körpə yaşlarından hansısa hallar, hadisələr ola bilərmi ki, sonradan fərdin şəxsiyyət kimi yetişməsində problemlər yaratsın? Uşaq olarkən fərd hansı mənəvi travmalar ala bilər ki, sonradan bütün həyatı boyu bunlardan qurtula bilməz, onlarla yaşayar? Mənəvi travmalardan necə qurtulmaq olar?


Elnur Rüstəmov, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


Belə bir deyim var: "Biz 16 yaşdan o tərəfə böyümürük”. Əslində bu deyimdə həqiqət payı çoxdur. Diqqət etsəniz, görərsiniz ki, yaşam boyu biz uşaqlığımızdan qopa bilmirik. Uşaqlıq şəklini dəyişmiş formada bugünümüzə təsirini göstərir. Ona görə də bu dövr həm uşağın özü, həm də birmənalı olaraq valideynlər tərəfindən diqqətə alınmalıdır. Travmanı yaradan faktorlara biz natamam ailədə böyüyən uşaqlarda, konkflikt yaşanan ailələrdə olan problemləri qabarda bilərik.

 

Fikir versəniz, görərsiniz ki, atası olmayan (vəfat edən, yaxud da ayrılan) uşaqlarda özgüvən hissi çox zaman aşağı olur. Kökündə yatan faktor isə daha çox ananı hifz etmək olur. Bu travmatik olay bütün yaşam boyu fərdi müşayət edir. Eləcə uğursuz ilk sevgi. Bu haldan sonra da diqqət etsəniz, görərsiniz ki, sevilməmək qorxusu, güvənməmək və psixoloji travmalara səbəb olur. Zorakılıq olan ailələrdə böyüyən uşaqlar zaman keçdikcə yaşadıqları psixoloji travma onlarda assosial şəxsiyyət tipini (buna bəzən psixopat da deyilir) formalaşdırır. Yəni əsas övladlarınıza düzgün tərbiyə verməkdir; təməl necə qoyulacaqsa, fərdin sonrakı inkişafı da əsasən o istiqamətdə davam edəcək.

 

Yəni ümumiləşdirsək, onu qeyd edə bilərik ki, fərdin şəxsiyyət kimi formalaşmasına uşaqlıqda yaşamış olduğu psixoloji travmalar birbaşa təsirini göstərir. Ona görə də valideynlər uşaqlarını bu kimi hallardan sığortalamaq üçün diqqətli olmalı, temperament və xarakterlərinə uyğun olaraq düzgün tərbiyə üsulları seçməlidirlər.


Nuriyyə Quliyeva, Peşəkar Psixologiya Mərkəzinin rəhbəri


Fərdin mənəvi-psixoloji sağlamlığı ən əsas sağlam psixoloji mühitdən başlayır. Psixoloji travma şəxsdə gərginlik, stress, narahatlıq yaratdığı kimi onun özünü çarəsiz, gücsüz və bəzən də tənha hiss etməsinə gətirib çıxara bilər. İstənilən yaşda travmalar şiddətindən, davamlılığından və şəxsin fərdi-psixoloji xüsusiyyətlərindən asılı olaraq təsiredici və uzunmüddətli ola bilər. Lakin erkən yaşlarda alınan travmalar daha ciddi və qalıcı olur. Bu cür psixoloji travmalara tez və vaxtında müdaxilə olunmalıdır.

 

Əks halda bu, şəxsin bütün həyatına təsir edə və digər travmalar üçün şəraitin yaranmasına gətirib çıxara bilər. Uşağın bütün həyatına təsir edə biləcək travmalardan bir neçəsini sadalaya bilərik: ailədaxili münaqişələr, fiziki və cinsi istismar, zorakılıq halları, qəzalar, itki və ölüm, müharibə və təbii fəlakətlər. Bütün bu travmalar şəxsin düşüncələrinə, həyat tərzinə, seçimlərinə və bütövlükdə şəxsiyyət kimi formalaşmasına təsir edir. Bəzən alınan psixoloji travmalar şəxsdə gələcəkdə mənfi davranışlara və vərdişlərə meyil etməsinə də təsirsiz ötüşmür. Məsələn, münaqişəli ailədə böyüyən və ya istismara məruz qalan yeniyetmə mənfi meyilli qruplara qoşula bilər. Bir çox hallarda bu cür psixoloji travmalar intihar hallarına da gətirib çıxara bilir.


Mənəvi travmalardan necə qurtulmaq olar?

 

Qeyd etdiyim kimi, psixoloji travmalar vaxtında və tez aşkarlanaraq müdaxilə olunmalıdır. Psixoloji travmanın xarakterindən asılı olaraq müdaxilə metodu seçilməlidir. Ən əsası travma alan şəxs üçün uyğun mühiti təşkil etməkdir. Özlərini təhlükəsiz, etibarlı bir yerdə və əhatədə hiss etmələri önəmlidir. Mümkün qədər həmin travmatik situasiya və onu xatırladan mühitdən uzaqlaşdırılmalıdır. Hisslərini ifadə etmələrinə imkan yaradılmalıdır. Əgər bütün bunlar kömək olmursa, mütəxəssislə görüş təyin edilməlidir.


Esmira Ağayeva, ailə psixoloqu


Uşaq yaşlarında yaşanan psixoloji travmalar müxtəlif səbəblərdən baş verə bilər. Buna əsasən uşağa lazımi diqqətin, sevginin verilməməsi, eyni zamanda ailədə baş verən bir çox problemlər aid edilə bilər. Ailədaxilində valideynlərin ayrılması, onların bir-birlərinə qarşı kobudluğu, bir və ya hər iki valideynini itirmə, ailə başçısının alkaqollu içkilərdən aşırı dərəcədə istifadə etməsi, maliyyə probleminin yaşanması, uşaqlarla zalım davranış və s. kimi neqativ hallar uşaqların psixikasına öz mənfi təsirini göstərir. İnsan doğulduğu andan sevgiyə, diqqətə ehtiyac duyur.

 

Əgər bunlar həyatında yetərincə olmazsa, onun bir fərd kimi, daha sonra şəxsiyyət kimi formalaşmasına çox mənfi təsir göstərir. Bəzən olur ki, müəyyən səbəblərdən ailədə uşağın dünyaya gəlməsi arzu edilmədən baş verir. Bu zaman uşaq diqqətdən, sevgidən haradasa uzaq qalır. Və şəxsiyyət kimi formalaşdıqda artıq onda müəyyən komplekslər özünü göstərir. Hətta deyərdim ki, insanın hazırkı dövrdə yaşadığı mənəvi travmalar keçmişdə - uşaqlıq dövründə yaşadığı travmalarla qarşılıqlı rabitədədir. Bu, özünə qarşı diqqətsizlik, şəxsiyyət pozuqluğu, özünəəminsizlik, hər şeyə şübhə hissi, cəsarətsizlik, özünəqapanma və s. kompleksləri yaradır.

 

Uşağa qarşı şiddət tətbiq edən valideyn sabah onun ətrafdakı uşaqları, özündən kiçik bacı və qardaşını döydüyünü görərsə, buna heç də təəccüblənməməlidir. Çünki uşaqların ən həssas yaş dövrlərini hər bir valideyn bilməli və buna uyğun davranış qaydalarını tətbiq etməlidir. Belə ki, uşaqlarda 5-7, yeniyetmələrdə isə bu hədd 13-15 yaş arasında baş verir. Əgər uşaq məktəbdə dostları tərəfindən xarici görünüşünə, yaxud valideynlərinin ona uğursuz ad seçiminə görə lağ obyekti olarsa, bu, onlarda dediyimiz mənəvi travmaya gətirib çıxara bilər. Valideynlər xüsusilə bu hallarda diqqətli olmalı, hər zaman mənəvi dəstəklərini əsirgəməməli və vəziyyətdən çıxış yollarını düşünməlidirlər.


Bəzən valideyn özü də bilmədən uşağın psixikasına mənfi təsir göstərir. Buna valideynlərin "əmr” və "göstərişləri” səbəb olur. Hansı ki bu, özündə gizli, üstüörtülü məqamlar daşıyır. Və biz böyüdükdə də həmin bu əmr və tapşırıqlar bizi normal yaşamdan ayırır. Bunlar aşağıdakılardan ibarətdir:


-  Travma - "Yaşama”. Bəzi valideynlər uşaqlarına daima onun dünyaya gəlməsi ilə bağlı nə qədər problemlərin yarandığını, nə qədər yuxusuz, stresli gecələr keçirdiyini,  tez-tez xəstələndiyini, öz hərəkətləri ilə onları nə qədər incitdiyini və s. kimi sözləri beyninə yeridirlər. Belə sözləri eşidən uşaq birmənalı olaraq bu cür düşünür: " Valideynlərim üçün mənimlə yaşamaq çətindir. Kaş ki, mən heç dünyaya gəlməzdim, onlar da bu problemlərdən xilas olardılar”. Valideynlərindən bu tip "əmrlər”  alan  uşaq böyüdükdə bir çox mənfi vərdişlərə - alkoqolizmə, narkomaniyaya, yaxud da idmanın ən ekstremal növlərinə meyil edə bilər.


- Travma - "Özün kimi olma”. Bu cür insanlar heç vaxt özlərindən məmnun qalmırlar. Hər zaman başqalarına bənzəmək istəyirlər. Buna səbəb olan vadiyenlərin " bax, filankəsin uşağı səndən kiçikdir, lakin səndən daha fərasətli, ağıllıdır. Ona oxşasaydın, yaxşı olardı”, "bir o qıza (oğlana) bax və nümunə götür” kimi dediyi sözlərdir. Beləliklə, həmin insanlar hər zaman özünü başqalarından əskik sayır və oxşamağa çalışdığı insanın maskasını özünə taxmağa çalışır. Bu travmaya başqa bir olay isə valideynin şüuraltı verdiyi mesajlar da səbəb ola bilər. Tutaq ki, valideynlər qız yox, oğlan uşağının düyaya gəlməsini istəyirmişlər. Və çəkinmədən dəfələrlə bunu öz övladlarına deməklə ona necə mənəvi travma vurduqlarının fərqində olmurlar.


- Travma - "Uşaq olma”. Valideynlər tez-tez övladlarına bu cür deyirlər: "Bir az ciddi ol, axı sən artıq böyük uşaqsan, balaca deyilsən”.  Bu, uşaqlarda paxıllıq hisslərinin yaranmasına gətirib çıxara bilər ki, niyə başqa uşaqlara olar, amma mənə yox?! Və insan böyüdükdə nəinki öz, həm də başqa uşaqlarla münasibətdə aralarına ciddi sədd qoyur. Axı o, artıq uşaq deyil, "böyükdür”.


- Travma - "Düşünmə". Bu cür "əmrləri” valideynlər bu ifadələrlə verə bilərlər: "Özünü ağıllı kimi göstərmə”, "az düşün, ondansa iş gör”, "bəsdir, buludların üzərində gəzdin” və s. Bu cür göstərişlərlə böyüyən şəxs çox zaman hər hansı bir strateji əhəmiyyəti olan problemi həll edə bilməkdə aciz qalır.


- Travma - "Heç kimə inanmaq olmaz, sən ancaq mənə inanmalısan”. Valideynlərinin "heç kimə inanma, bütün insanlar yalançıdır” ifadələrini eşidən uşaq bu cür düşünməyə başlayır : "bütün ətrafdakılar düşməndirlər, hamı yalançı, vəfasız və namərddirlər”. Gələcəkdə bu insanların inamla bağlı həm şəxsi həyatlarında, həm də iş həyatlarında çox ciddi problemləri ola bilər.


- Travma - "Etmə”. Həddindən çox qayğıkeş və ehtiyatlı valideynlər adi bir hərəkətləri də etməyə icazə vermirlər. Məsələn, "Əlini pişiyə vurma, cırmaqlayar”, "ağaca dırmaşma, yıxılarsan”.  Nəticədə uşaq hər hansı bir qərarı təkbaşına verməkdən qorxur. Gələcəkdə isə hər hansı yeni bir işə başlamaq üçün çətinlik çəkir, həddindən artıq ehtiyat və tərəddüd içində olur.


Fərqində belə olmadığımız uşaqlıq dövründə aldığımız  psixoloji mənəvi travmalar gələcək həyatımıza da təsirsiz ötüşmür. Gördüyümüz kimi, uşağın gələcəyi, sağlam böyüməsi məhz valideynlərdən asılıdır. Ona görə də mənəvi travma, emosional hisslər yaşayan uşağa vaxtında yardım edilməli, qarşısı alınmalıdır. Gələcəkdə bu cür neqativ travmalardan əziyyət çəkən şəxs isə ən əsası bundan həmişəlik qurtulmaq üçün qərar verməlidir. Bunun üçünsə bir neçə il psixoterapevt yanına getməli, yaxud psixoloji konsultasiyalardan keçməlidir.

 

Əgər bunları da etməyə imkanı yoxdursa, evdə fərdi şəkildə psixotexnika deyilən metoddan – kitablar yükləməklə problemin öhdəsindən gələ bilər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...