Xəbərlər, Psixoloq, MÜƏLLİM
11 dekabr 2017
1948

Müəllim şagirdi döyə bilərmi? -EKSPERT RƏYİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Vaxtilə uşaqlarını məktəbə qoyarkən müəllimə "əti sənin, sümüyü mənim” deyən valideynlər müəllimin övladını döyməsinə razı olsalar da, hətta bunu uşağının tərbiyəsi üçün vacib saysalar da müasir dövrümüzdə bu məsələyə tamamilə fərqli yanaşılır, uşaqların fiziki təsirə məruz qalmaları yolverilməz hesab edilir.

 

Nəzərə çatdıraq ki, Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında, eləcə də ölkəmizdə qəbul olunmuş "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında da uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik, fiziki cəza və s. kimi "tərbiyə vasitələri” yolverilməz sayılır. Onların təzyiqlərə, diskriminasiyaya məruz qalmasının qarşısına sədd çəkilir. Ancaq bütün bunlara baxmayaraq, yenə də vaxtaşırı olaraq məktəblərdə uşaqların bəzi müəllimlər tərəfindən döyülməsi halları baş verir və bu, toxunduğumuz məsələni gündəmə gətirir.

 

Belələri adətən şagirdlərə əl qaldırmalarının səbəblərini onların həddindən artıq nadinc, sözəbaxmayan, çətin uşaq olmaları, dərsi pozmaları, sinifdə özlərini apara bilməmələri, heç bir tərbiyə vasitəsinin onlara təsir etməməsi ilə əlaqələndirirlər. Deyirlər ki, belə uşaqlara təsir etmək üçün məktəbin, müəllimin əlində kifayət qədər təsirli vasitələr yoxdur. Lakin, bizim fikrimizcə, bu arqumentlər də müəllimin şagirdə əl qaldırmasına əsas verə bilməz.

 

Bəs, bu haqda mütəxəssislər və müəllimlər nə fikirdədir? 


Şahlar Əsgərov, təhsil eksperti- Ulu öndər Heydər Əliyevin bir kəlamında deyilir: "Bizim ölkənin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır”.

 

Göründüyü kimi, təhsil üçün zəruri məsələ gənclərə dövrün tələbinə uyğun nələrisə öyrətmək, kafi məsələ kimi isə necə öyrətməkdir. Çünki biz savadlı olsaq, hər şeyimiz olacaq, savadsız olsaq hər şeyi əlimizdən alacaqlar. Demək, bizim üçün əsas şərt savadlı olmaqdır. Bu məqsədə çatmaq üçün elmi-pedaqoji metodlardan istifadə edilir. "Qulaqburma” metodu da bu məqsədə-savadlı olmağa qulluq edir. Savadlı olmağın resepti dövlətlər üçün eyni deyildir. Çünki dünya dövlətlərində düşüncə fərqlidir. Sovet dövründə də cəza təqdir edilmirdi, amma cinayət də sayılmırdı.

 

Güman edirəm ki, "qulaqburma olmaz” tezisi bizim pedaqoji təfəkkürün məhsulu deyil, xaricdən gələn ideoloji şüardır. Bu metod digər pedaqoji metodlarla bərabər fiziki cəza, fənni dərindən mənimsəmə məqsədi daşıyır. Sadəcə olaraq, düşüncə tərzi müxtəlf olduğundən eyni hadisəyə baxış da müxtəlifdir. Bu fərqləri doğuran səbəb nədir? Dünya dövlətləri BMT tərəfindən üç qrupa bolünür: I dünya dövlətləri, II dünya dövlətləri və III dünya dövlətləri. Bu dövlətlərdə həyat tərzləri çox fərqlidir, çünki əhalinin iqtisadi, mədəni, təhsil səviyyələri müxtəlifdir. İnkişaf səviyyəsinə görə Türkiyə, RF, Çin, İran, Azərbaycan, Gürcüstan və s. kimi dövlətlər II qrup ölkələrə aiddir.

 

Qrup daxilində dövlətlərin təhsil göstəricilərini müqayisə etmək çox əhəmiyyətlidir, qruplararası müqayisə çox zərərlidir. İnkişaf etmiş dövlətlərdə "qulaqburma yoxdursa, biz də də olmasın” yanaşmasını düzgün hesab etmək olmaz. Biz özümüzü II dünya dövlətləri ilə müqayisə etməliyik. Bu dövlətlərdə əminəm ki, təhsildə "qulaqburma” metodundan istifadə edilib və bəzilərində indi də edilir. Məsələn, bugünkü Avstriyanın təhsil qaydaları keçmişdəki qaydalardan çox fərqlidir.

 

Yəqin ki, o zaman da uşaqları ya dərs üstündə, ya da tərbiyə səbəbindən cəzalandırıblar. Yəni, qorxu faktorundan istifadə ediblər. Qərb ölkələrində müəllimlər xəz paltoda məktəbə gələ bilməz, ona görə ki, öz şagirdləri tərəfindən yumurta atəşinə tutularlar ki, sən vəhşi heyvanın ölümünə səbəbkarsan. Bununla bərabər, ABŞ-ın bir çox ştatlarında, Sinqapurda, Cənubu Koreyada təhsildə cəza verməyə qadağa yoxdur. Ona görə ki, qorxunun müalicə etmə xassəsi var. Bunu din də deyir, beynəlxalq təcrübə də. Bizdə el misalı var: "Qızını döyməyən, dizini döyər”. 


İnkişaf etmiş ölkələrdə təhsil dərk edilmiş həqiqətdir. Yəni, məktəbdə həm subyekt (müəllim), həm də obyekt (şagird) dərsə şüurla yanaşırlar. Hər kəs başa düşür ki, uşaq məktəbə oxumağa yox, öyrənməyə, başa düşməyə yox, mənimsəməyə gedir. Uşağa pulla qiymət yazdırmaq heç kəsin ağlına gəlmir. Heç kəs övladını pulla ali məktəblərə yerləşdirmir. Gənclər elm, sənət öyrənmənin hikmətini dərindən dərk edirlər. Gənclər ürəkləri istədiyi müəllimləri, sinifləri, fənləri seçdiklərinə görə, həvəslə dərsə gedirlər, öyrənirlər və dərsdən yayınmırlar. "Qulaqburma” metoduna, zora ehtiyac qalmır. II dünya ölkələrində bəzi müəllim, şagird və valideyn üçün təhsil dərk edilməmiş həqiqətdir. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim öz məsuliyyətini anlayır, şagird isə anlamır. İnanıram ki, biz də I dünya ölkəsinə çevriləndə, nəinki məktəbdə şagirdlərə qulaqburması verməyəcəyik, heç sahibsiz itləri belə güllələməyəcək və ovdan da imtina edəcəyik.


Vidadi Bağırov, təhsil eksperti -Zaman-zaman qəzetləri, internet səhifələrini, radio və televiziya efirlərini müəllimin şagirdi döyməsi ilə bağlı xəbərlər bürüyür. Hara gedirsənsə, kimlərlə görüşürsənsə hamı ondan danışır.

 

Düşünürəm ki, bu da təbiidir. Axı bir tərəfdən hər kəsin övladları, yaxud da ki, bu və ya digər dərəcədə yaxınları məktəbdə oxuyurlar. Heç kəs də övladlarının və yaxınlarının kimlərsə tərəfindən, elə müəllimlər tərəfindən də fiziki təzyiqlərə məruz qalaraq xəsarət almaları və gələcəkdə çoxlu xəstəliklərə gətirib çıxara biləcək psixoloji gərginlik keçirmələrini istəməz. Uşaqlara qarşı edilən zorakılıq hərəkətləri nəticəsində yarana biləcək xəstəliklər gələcəyin atası və anası olacaq uşaqlarımızın şəxsində qüsurlu nəslin yaranmasına, geniş mənada xalqımızın genefonduna vurulan bir zərbə olacaq.

 

Digər tərəfdən isə zorakılığın qurbanı olan uşaqlar gələcəkdə cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilə bilməyəcək və onlarda hər bir məsələnin güc yolu ilə həll edilə biləcəyi kimi yanlış bir vərdiş, xarakter formalaşacaqdır. Hansı prizmadan baxılarsa müəllimin şagirdə fiziki güc tətbiq etməklə döyməsinə bəraət qazandırmaq olmur və hər bir halda müəllim bu məsələdə məsuliyyət daşıyır. Bu həm pedaqoji, həm hüquqi baxımdan belə qəbul olunur.

 

Odur ki, müəllim həmkarlarımız bütün hallarda əsəblərinə, psixoloji durumlarına nəzarəti itirməməli, yaşla bağlı olaraq şagirdlərdəki şıltaqlıq və uyğunsuzluqları ustalıqla düzgün məcraya yönəltməlidir. Əks təqdirdə, yarana biləcək xoşagəlməz hadisələr müəllimin özünə də, işlədiyi kollektivə də başucalığı gətirmir. Belə hallar ümumən müəllimlik adına, məktəb adına böyük bir ləkəyə çevrilir, onsuz da "əskisi tüstülü olan” məktəbi bir az da hörmətdən salır. Əlbəttə, bir insan kimi fikirləşəndə müəllimin də əsəblərinin bir sonu, tarıma çəkiləcəyi məqam var və onu da bir bioloji varlıq olaraq başa düşmək olar. Amma elə peşələr var ki, orada dözümlülük və səbrin alternativi yoxdur. Bu peşələrdən biri də müəllimlikdir və onu seçən adamlar da müəllimliyin tələb etdiyi qaydalara uymalıdır, bu kimi xoşagəlməz insidentlərin yaranmasına heç bir halda rəvac verməməlidir. 

 

Narınc Rüstəmova, uşaq psixoloqu- Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Döymək uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir.

 

Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaqın inkişafına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox, daha kinli olur. Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy göstərməsinə gərək duymur. Döyülmək uşaqda döyənlərə qarşı aqressiya formalaşdırır.

 

Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır və ona qarşı güvənini sarsıdır.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz: