Xəbərlər, Psixoloq, Valideyn, MÜƏLLİM
09 dekabr 2017
810

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Məktəb təşvişi nədir?

Məktəb qorxusu (həyəcanı, təşvişi) məktəbə qarşı hiss edilən ifrat qorxu və həyəcan hissidir. Bu hissin əsas səbəbi uşağın valideynlərdən və emosional olaraq bağlandığı insandan ayrılmasıdır. Uşaqlarda məktəb haqqında az miqdarda qorxu və həyəcanın olmasını normal qəbul etməyimizə baxmayaraq, bəzi uşaqlar bu hissi həddən artıq şiddətli yaşayırlar. Şiddətli qorxu səbəbi ilə uşağın məktəbə getməkdən imtina etməsi və ya ağlayaraq getməsi məktəb qorxusu pozuntusunun əsas diaqnostik əlamətidir.

Məktəb qorxusu olan uşaqların ortaq cəhətləri

Bu uşaqlarda sosial ünsiyyət qurmaqda çətinlik çəkmə, qapalı və utancaq olmalarına tez-tez rast gəlinir. Müvəffəqiyət qayğısı ilə yaşayırlar, sözə qulaq asan, evdə özlərini qəbul etdirən xarakter özəllikləri vardır. Bu uşaqlar ailələrinə, ələxsus da, analarına çox bağlı olurlar.Valideynsiz bir yerə getmək, hər hansı bir işi görməkdən boyun qaçırırlar. İstədikləri şeylər həmin an həyata keçməsə, hansısa hiyləli bir metoda əl atmaqdan çəkinməzlər.

Məktəb qorxusunun əlamətləri

Əlamətlər yaşa görə fərqlənsə də, bəzi əlamətlər demək olar ki, bütün yaş qruplarında özünü göstərir. Səhərlər ortaya çıxan üzdəki qorxu ifadəsi, məktəbə getməkdə istəksizlik, yalvarmaq, cəza verilməsinə baxmayaraq məktəbə getməyi rədd etmə, ağlamaq, əsəbi davranışlar, qarın ağrısı, baş ağrısı, qusma, halsızlıq kimi əlamətlər tez-tez rast gəlinir. Bu əlamətlər məktəbə yaxınlaşdıqca maksimum səviyyəsinə qalxır və dərs sonrası evə qayıdarkən, eləcə də şənbə və bazar günləri yavaş-yavaş itib getməyə başlayır.

Valideynlərin üzərinə düşən öhdəliklər

Uşaq məktəbə getmədən əvvəl ona bu barədə məlumat verməli və məktəb gəzdirilməli, uşaq məktəbə girməkdən boyun qaçırsa belə ən azından məktəbin həyətində olmalı, həmin an evə qayıdılmamalı, uşaqla qorxuları barədə danışılmalı, müzakirə edilməli, məktəbə gedəcəyi gün uşağa əlavə həyəcan yaradılmamalı və sıradan bir gün kimi rəftar edilməlidir.

Müəllimlərin üzərinə düşən öhdəliklər

Müəllimlər bu cür uşaqların valideynlərinə dərs sonuna qədər sinifdə oturmalarına şərait yaratmalı, uşağın sinifdə qalma müddəti əvvəlcə bir saat, sonra yarım gün, daha sonra isə tam dərs müddəti olaraq mərhələli şəkildə artırılmalı, uşağın müvəffəqiyətləri mükafatlandırılmalıdır.

Müdaxilə

Müdaxilə məsələsində iki əsas yanaşma üsulu var: psixoterapiya və dərman vasitəsi ilə müalicə. Hər iki müdaxilə metodunun məqsədi uşağın məktəb qorxusunu aradan qaldırmaq və onun dərs fəaliyyətini qaydasına salmaqdır.[url=http://]http://[/url]






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaqlarla davranış tərzi -

Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Uşağa

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlarda qorxu və

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Ölümü uşaqlara necə izah edək?

Ölümü uşaqlara necə izah edək?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri