Xəbərlər, Ekspert
08 dekabr 2017
410

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Elşən Qafarov: "26 ildir müstəqilik, amma hələ də ölkənin təhsil sistemində tərbiyə konsepsiyası yoxdur”

Ağdaşda 12 yaşlı uşağın intiharı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Xəbər verildiyi kimi 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Bir neçə aydır ki, dərsdən sonra "Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub da diqqəti cəlb edib. Son dərəcə mükəmməl yazılan məktubda bunlar qeyd edilib: 

"Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa, İsmayıl, qızı olsa Zəhra adı verin”. 

7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharını məşhur ”Mavi Balina” oyunu ilə əlaqələndirənlər də var. Ailə üzvləri bunu təkzib etsə də, kənd camaatının dediyinə görə, uşaq hansısa intellektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb.

Azyaşlının intihardan əvvəl yazdığı məktub sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Müzakirələrdə indidən azyaşlıların beyinlərinin dinlə yuyulduğu, dindən xəbəri olmayan "molla”ların dilindən bu sahədə "bilgi”lərə yiyələnmələri etirazla qarşılanıb. Bu cür "molla”ların dilindən uşaqlara dini mövzuda hər hansı bir şeyin aşılana biləcəyi məqbul sayılmayıb. Hesab olunur ki, islam dini ilə bağlı yetərli biliklərə malik olmayan bu cür "molla”lar azyaşlıları fanatizmə yuvarlaya bilərlər. Ekspertlər hesab edir ki, müqəddəs dinimiz intiharı pislədiyi halda kiminsə "din üçün intihar” etməsi anlaşılmır. Bu o deməkdir ki, din bu adamlara düzgün öyrədilmir. Əvvəlcə mollanın uşağa nə öyrətdiyi araşdırılmalıdır. Bundan əlavə uşağa din yaşına uyğun şəkildə aşılanmalıdır.

Ümumilikdə isə dinin düzgün tədris olunması üçün bunun orta məktəblərdən aşılanması vacib sayılıb. Ekspertlərin fikrincə, orta məktəblərdə dinin əsaslarını tədris etmək çağırışı çox zaman iki əsas problemlə üzləşir. Birincisi odur ki, məsələ hələ öz siyasi həllini tapmayıb. İkincisi isə dərs necə həyata keçiriləcək, proqram necə tərtib olunacaq, maliyyəni məsələsi necə həll ediləcək suallarına cavab verilməlidir. 

Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı təhsil "Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu məsələni uşağın dini biliklər alması ilə əlaqələndirmək absurddur: 

"26 ildir müstəqilik, amma hələ də ölkənin təhsil sistemində tərbiyə konsepsiyası yoxdur. Bu gün ümumilikdə təhsil alanların təlim-tərbiyə prosesi nəyə əsaslanır, bununla bağlı konsepsiya yoxdur. Problem bundadır. Digər bir məsələ odur ki, valideynlər və məktəb tərəfindən maarifləndirmə işi çox zəif aparılır. Bu gün yetkinlik yaşına çatmayan uşaqlarda smartfon telefonlar var. Onlar müstəqil şəkildə bütün internet saytlarından istifadə edir, bu da uşaqların tərbiyəsinə təsir göstərir. Bundan əlavə məktəb-valideyn münasibətlərinin, əməkdaşlığının düzgün qurulmaması da bu məsələlərə mənfi təsirini göstərir. Tərbiyəyə əsasən üç amil - ailə, məktəb və ailədənkənar mühit təsir edir. Şagirdlərimizin ailə və ailədənkənar mühitdə hansı təsirlərə məruz qalması ilə bağlı müəllim-valideyn əməkdaşlığı olmadığı üçün məlumat olmur. Bu boşluqlardan isə faciələr baş verir.
 
Təklif edirəm ki, ilk növbədə tərbiyə konsepsiyasına imza atılsın. Daha sonra ümumtəhsil məktəblərində valideyn-məktəb əməkdaşlığını sistem şəklinə sala bilən təlimatlar verilməli və bununla bağlı bütün regionlarda istər güc strukturları, istərsə də KİV nümayəndələri vasitəsilə maarifləndirmə işləri aparılmalıdır. 12 yaşlı uşağın intiharı nə ilkdir, nə də son... Nə qədər ki tərbiyə konsepsiyası qəbul olunmayıb, valideyn-məktəb əməkdaşlığı sistem halına salınmayıb, bu faciələrin sayı zaman-zaman artacaq”.

Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladan ekspert deyib ki, dinin məktəblərdə tədrisi həm müasir dünyəvi istiqamətə ziddir, həm də sözügedən məsələdə problemin həlli deyil: 

"Düşünürəm ki, dini dərslər deyil, dini dünyagörüşlə əlaqədar "Həyat bilgisi” fənni var ki, orada dinlə bağlı müəyyən mövzular salmaq olar. Ayrıca olaraq dinin tədrisi məqbul deyil. Məncə, bu heç nəyi dəyişməyəcək. Azərbaycan tolerant ölkədir. Dini məktəblərə dövlət kifayət qədər dəstək göstərir. Eyni zamanda bu məktəblərə həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir. İslam dini 1400 ildir ki, yaranıb. Bundan sonra da "Quran”da olan elmin ortaya qoyulası bir şeyi yoxdur. Orta məktəblərdə "Həyat bilgisi” fənnini bir qədər də dini mövzularla zənginləşdirmək olar. Amma bu tək bir dərsliklə həll olunası məsələ deyil. Burada həm KİV, həm də qeyri-hökumət təşkilatları fəal olmalıdır”.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Məktəblilər

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

İnternetdə

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm

Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"

Ağdaşda 7-ci sinif şagirdinin intiharında

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda məktəbli niyə intihar edib? -

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Məktəbliləri ölümə sürükləyən

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Uşağa

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu