Xəbərlər
08 dekabr 2017
3 043


Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilərlər.


Aztəhsil.com xəbər verir ki, bunu trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanunda da təhsilin fasiləsizliyinin təmin edilməsi məsələsi var:

 

"Bu gün bunun həyat keçirilməsi orta ixtisas təhsili müəssisələrinin məzunları üçün daha real görünür. Bununla bağlı nazirlikdə müəyyən işlər görülür. Amma bu, hələ mümkün deyil".


S.Gözəlov bildirib ki, bunun üçün ilk növbədə ali məktəb və kolleclərin ixtisaslarının unifikasiyası vacibdir:

 

"Başqa sözlə, kollecdəki ixtisasla ali məktəbdəki ixtisasın adı eyni olmalıdır. Buradakı fərq sadəcə təhsil müddətlərinin müxtəlifliyində olmalıdır".


S.Gözəlov əlavə edib ki, ali təhsil müəssisələrində keçirilən fənlərin sayı çox, orta ixtisas təhsili müəssisələrində isə azdır:

 

"Unifikasiya ona gətirib çıxaracaq ki, kollecdə keçirilən fənlərin böyük əksəriyyəti həm məzmun, həm də kredit sayı etibarı ilə ali məktəblərdəkilər ilə eyni olacaq. Eyni olduğu halda, tələbə bir fənnin kreditini bir dəfə qazanıbsa, onun bakalavriat səviyyəsində təkrar qazanmasına ehtiyac olmayacaq. Bu isə o deməkdir ki, tələbə bakalavriat səviyyəsi üzrə təhsil almağa başlayanda artıq həmin bakalavriat proqramının bir hissəsini subbakalavrda mənimsəmiş və onlara görə kreditini ödəmiş olacaq".


S.Gözəlov əlavə edib ki, bunun hesabına da kollec məzunu olmuş və ali məktəbdə təhsil alan tələbənin təhsil müddəti qısalacaq. Yəni tələbə 2,5-3 il müddətinə artıq bakalavriat səviyyəsini bitirmiş olacaq.


Nazirlik rəsmisi hesab edir ki, bu, həm təhsilin fasiləsizliyinin təmin olunmasına, həm təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də tədris resurslarından, elmi-pedaqoji heyətin potensialından ortaq şəkildə istifadəyə imkan verəcək:

 

"Ali təhsil müəssisələrinin bir qisminin nəzdində artıq kolleclər fəaliyyət göstərir. Bu məsələnin kollecləri olan belə universitetlərdə həyata keçməsi daha realdır".


S.Gözəlov əlavə edib ki, yeniliyin nə vaxt reallaşacağını konkret demək mümkün olmasa da, yaxın illər ərzində baş tutacağı gözlənilir:

 

"Çünki Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin fasiləsizliyinin təmin olunması məsələsi qoyulub. Ona görə də düşünürəm ki, yaxın illər ərzində bu məsələ reallaşa bilər. Qərar qəbul olunacağı təqdirdə kolleci nailiyyətlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etmədən qəbul oluna biləcəklər".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu ali məktəblərin prorektorları attestasiyadan keçiriləcək

Bu ali məktəblərin prorektorları attestasiyadan keçiriləcək

Təhsil Nazirliyindən prorektorlarla bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən prorektorlarla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Bu universitet tələbələrinə 4 il ərzində iki diplom verəcək

Bu universitet tələbələrinə 4 il ərzində iki diplom verəcək

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI