Xəbərlər / İKT / Texnologiya
07 dekabr 2017
2 264


"Whatsapp" dan hamının gözlədiyi 2 yenilik - Artıq buna ehtiyac olmayacaq...

WACAO və ya "Whatsapp” Söhbət Assistenti adlandırılan yeni sistem toplanan bütün mesajları xülasələyərək, bütün mesajların tək-tək oxuma problemini ortadan qaldıracaq.


Məlumata görə, bu sistemi iki dost Vivek Bombatkar ve Sidhart Ramachandran hazırlayıb. Yenilik tezliklə istifadəçilərə təqdim olunacaq.


Bu əməliyyatın yerinə yetirilməsi olduqca asandır. Məsələn qrup yazışmalarındakı söhbətlərin qısa xülasəsini görmək istəyirsinizsə, WACAO  söhbətini açdıqdan sonra "xülasələ” yazıb, qrupun adını daxil etmək gərəkdir. WACAO sizə söhbətin qısa xülasasini təqdim edəcək və siz bütün yazılanları oxumaq məcburiyyətindən qurtulacaqsınız.

 

Qeyd edək ki, "Whatsapp” yaradıcıları  xarici vətəndaşların rahat ünsiyyəti üçün tərcümə proqramı yaratmağı da yaxın zaman üçün planlaşdırır.

Məqalə Göndər








Загрузка...