Xəbərlər / Saglam həyat
02 dekabr 2017
3 607


Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir. Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

 

Aztəhsil.com xəbər verir ki, Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov bu barədə deyib:

 

"Qida rasionuna daxil olan bir sıra məhsullar müntəzəm qəbul ediləndə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir. Hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Kərə yağından tamamilə imtina etmək olmaz - məsələn, hər səhər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Son araşdırmalar nəticəsində müəyyən edilib ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun səviyyəsi daha da artır.

 

Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyator, yəni immuniteti stimullaşdıran və möhkəmləndirən maddələrlə zəngin tərəvəzdir. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferonun yaranmasına kömək edən çoxlu maddələr var.

 

Brokkoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindir. Betakarotin selikli qişaları, xüsusən də ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

 

Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Tərkibindəki A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir, orqanizmdən radionukleidlərin xaric olunmasına kömək edir.

 

Sarımsaq, soğan, qıtıqotu kökünü tərkibi xeyli miqdarda fitonsidlərlə zəngindir. Fitonsid maddələr immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.

 

İmmunitetin gücləndirilməsində dəniz məhsulları - balıq, krevet və s. böyük rol oynayır. Qızıl balıq, ton və digər balıqlarda orqanizm üçün faydalı hesab edilən maddələr - Omeqa-3 yağ turşuları və s. var. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və immuniteti yaxşılaşdırır. Onları tərəvəz və göyərtilərdən hazırlanmış təzə salatlara da əlavə etmək olar.

 

Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul edilən qidaların tərkibində yarmaların - qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s. olması, zərərli kimyəvi, radioaktiv maddələr və şlakların orqanizmdən xaric olmasına, immunitetin möhkəmlənməsinə kömək edir.

 

Emal olunmamış taxıl və dənli bitkilərin tərkibindəki qida maddələrinin miqdarı emal olunanlarla müqayisədə qat-qat artıq olur. Bal, arı südü, arı tozu və propolis təbii immunostimulyatorlar sayılır və onlardan müntəzəm istifadə edilməsi yaxşı nəticə verir.

 

Limon, portağal, naringi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində olan çoxlu miqdarda askorbin turşusu orqanizmi infeksiya, soyuqdəymə və digər zərərli faktorların təsirindən qoruyur. İtburnu və cökə çayı orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qış mövsümünə bizi hazırlayan qidalar — SİYAHI və FOTOLAR

Qış mövsümünə bizi hazırlayan qidalar — SİYAHI və FOTOLAR

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

Yaddaşı gücləndirir, sinirləri qoruyur– ŞABALIDIN BİLMƏDİYİNİZ FAYDALARI

Yaddaşı gücləndirir, sinirləri qoruyur– ŞABALIDIN BİLMƏDİYİNİZ FAYDALARI

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Səhər acqarına bir qaşıq yeyin – MİN BİR DƏRDİN DƏRMANI

Səhər acqarına bir qaşıq yeyin – MİN BİR DƏRDİN DƏRMANI

Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN

Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN

İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin – ÜRƏYİ QORUYUR

İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin – ÜRƏYİ QORUYUR

Təzyiqi stabil saxlayır, arıqlamağı asanlaşdırır -HƏR GÜN 2 STƏKAN YEYİN

Təzyiqi stabil saxlayır, arıqlamağı asanlaşdırır -HƏR GÜN 2 STƏKAN YEYİN

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?

Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?

Dünyanın ən faydalı qidasıdır, çoxlu yeyin... - Professordan MƏSLƏHƏT

Dünyanın ən faydalı qidasıdır, çoxlu yeyin... - Professordan MƏSLƏHƏT

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Səhərlər ac qarına bir qaşıq için – MÖCÜZƏVİ YAĞ

Səhərlər ac qarına bir qaşıq için – MÖCÜZƏVİ YAĞ

Xərçəng olmamaq üçün hər gün bir stəkan için - ARAŞDIRMA

Xərçəng olmamaq üçün hər gün bir stəkan için - ARAŞDIRMA

Kitab Oxuyarkən Daha Yaxşı Anlamağınız Üçün İçməli Olduğunuz 5 Çay Növü

Kitab Oxuyarkən Daha Yaxşı Anlamağınız Üçün İçməli Olduğunuz 5 Çay Növü

Bir qaşıq bala istiot qatıb yesəniz- TƏBİİ VASİTƏ

Bir qaşıq bala istiot qatıb yesəniz- TƏBİİ VASİTƏ

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Armudun üstünə bal töküb yesəniz... – 6 FAYDASI

Armudun üstünə bal töküb yesəniz... – 6 FAYDASI

Bu qidalardan yeyin, dərmana ehtiyac olmayacaq - SİYAHI

Bu qidalardan yeyin, dərmana ehtiyac olmayacaq - SİYAHI

"Gülən fındığ"ın həyatverici keyfiyyətləri

"Gülən fındığ"ın həyatverici keyfiyyətləri

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...