Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
02 dekabr 2017
4 092


Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb.

 

İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.

 

Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.


Ölkəmizdə bu cür oyunların uşaqlara ziyan verməməsi üçün hansı qabaqlayıcı addımları atmaq lazımdır?

 

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sonxeber.az-a açıqlamasında bildirib ki, "mavi balina"ya oxşar çox sayda belə oyunlar mövcuddur.

 

Sadəcə bu məşğuliyyətin spesifik xüsusiyyəti ondan ibarətdir ki, onun fəaliyyətini və ölkədə yayılmasının qarşısını almaq üçün bəlli bir ünvanı yoxdur. Bu şəbəkə, internet eləcə də müxtəlif sosial şəbəkələr üzərindən bir qrup insanları bir-birinə cəlb etməklə yayılan oyunlardır. Bu məşğuliyyət növü uşaqların psixologiyasına ciddi şəkildə mənfi təsir edir.

 

Onun sözlərinə görə, azyaşlı uşaqlar arasında geniş yayılmış təhlükəli olan bu oyunların zərərlərindən qorunmaq üçün ciddi maarifçilik işləri aparılmalıdır. Cəmiyyətin bütün üzvləri bu problemin qarşısını almaq üçün səfərbər olmalıdırlar. Digər tərəfdən düşünürəm ki, təhsil müəssisələri bu məsələ ilə bağlı tədbir görməlidirlər. Bu hadisələr daha çox uşaqların evdəki kompyuterlərində məşğul olduqları zaman ortaya çıxır.


O.Gündüz vurğulayıb ki, Ailə Qadın Problemləri üzrə Dövlət Komitəsi, Elektron Təhlükəsizlik Mərkəzi birgə bu sahədə maarifçilik işi aparmalı, müəyyən edilmiş tədbirlər həyata keçirməlidirlər. Çünki "mavi balina" adlanan bu oyun əvvəlki klassik oyunlar kimi deyil, bu daha çox son nöqtənin problemidir. Yəni, valideyn, müəllim həmrəyliyi ortaya qoyulmalıdır.


İntihara səbəb olan bu məşğuliyyət növləri ilə mübarizə aparmaq üçün sosial şəbəkələrdə, digər media resurslarında onların necə yayılması ilə bağlı monitorinq aparılmalıdır. Cəmiyyətin bütün üzvləri bu problem üçün səfərbər olmalıdırlar".


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə sorğuya cavab olaraq bildirilib ki, Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən "Mavi balina" adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir .


Belə ki, sosial şəbəkələrdə müəyyən "hashtag" və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir.


Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filter tətbiq edir, müxtəlif dillərdə "mavi balina" adı altında yaradılan "hashtag"ları bloklayır.


İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm "Aztelekom" həm də "Baktelecom" internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə "Təhlükəsiz İnternet" xidməti təqdim edir.


Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.


Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir.


Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri "qara siyahı"ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, "qara siyahıya" daxil edilən resursu aktivləşdirmək də olar.


Nazirlik tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edir. Eyni zamanda valideynlərin uşaqların psixiloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur.


Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur.


Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir.


Valideynlər övladlarının "Mavi balina" oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin polis əməkdaşları "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyularla bağlı müvafiq araşdırmalar aparıb, həmin məktəblilərlə söhbət edilib. Məlum olub ki, şagirdlər adı qeyd olunan internet oyunundan istifadə etməyib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Mavi yumurtaların faydaları- Min dərdin dərmanıdır

Mavi yumurtaların faydaları- Min dərdin dərmanıdır

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Nazirlikdən mobil telefon istifadəçilərinə xəbərdarlıq: Yeni təhlükəli virus yayılıb

Nazirlikdən mobil telefon istifadəçilərinə xəbərdarlıq: Yeni təhlükəli virus yayılıb

Nazir: “Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur”

Nazir: “Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

"Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?

"Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT