Xəbərlər / İKT / Texnologiya
30 noyabr 2017
1 941


“YouTube” yeni funksiya sınaqdan keçirir

“YouTube” yeni funksiya sınaqdan keçirir

"YouTube” video xidməti "Reels” adlanan yeni funksiyanı sınaqdan keçirir.

 

Məlumata görə, yeni funksiya "İnstagram” və "Snapchat”dəki "Stories” funksiyasına uyğun olacaq.

 

Bu məqsədlə əlavə bölmə ayrılacaq və istifadəçi ora öz "Reels”ini yükləyə biləcək. "Stories”dən fərqli olaraq, "YouTube”dakı qısa "tarixçələr” 24 saat sonra yoxa çıxmayacaq. Bundan başqa, istifadəçi bir neçə "Reels” yarada bilər və onların hər birində 30 saniyəlik bir neçə rolik yerləşdirmək olar.

 

Videonu rəng filtrləri, mətn, musiqi və stikerlərlə tamamlamaq da mümkündür.

Məqalə Göndər








Загрузка...