Xəbərlər / Psixoloq / Valideyn
30 noyabr 2017
3 135


Uşaqlarda intellektin inkişafı

Uşaqlarda intellektin inkişafı

İnsan fiziki qüvvəyə və intelektual qabiliyyətlərə sahibdir. Beş hissiyyat orqanı maddi dünyadakı cisimlərin xassələrini əks etdirir. Bu zaman insanın intelektual qabiliyyətləri həqiqətin qavranılmasına, real həyatın dərkinə cavabdehdir. Bu iki tip qabiliyyətlərin birləşməsi bəşəriyyətə maddi və mənəvi mədəniyyətlərin ən yüksək zirvəsinə çatmağa imkan verir.


İnsanın intellektual qabiliyyətlərini beş tipə bölmək mümkündür.


1. Ümumi qabiliyyətlər – beş fiziki hissiyatlarla ruhun qabiliyyətləri arasında aralıq mövqedə durur; bu fiziki duyğunun və ya qavrayışın təfəkkürə keçdiyi həmin sahədir.

 

2. Təxəyyülün gücü – təxəyyüldə müxtəlif predmetləri, obraz və vəziyyətləri ifadə etmək və yaratmaq qabiliyyətidir.

 

3. Düşüncənin gücü – real predmetləri, xarici aləmdəki hadisələri əks etdirir.

 

4. Dərketmənin gücü – predmet və hadisələrin mahiyyətini dərk etməyə imkan verir.

 

5. Yaddaşın gücü – insanın təsəvvür etdiklərini, haqqında düşündüklərini və dərk etdiklərini saxlayır və mühafizə edir.


Şəxsiyyətin idrak prosesi – psixoloji biliklərin ən mürəkkəb və sirli sahələrindən biridir. Mütəxəssislər tərəfindən bu sahədə yüzlərlə kitab və məqalələr yazılmışdır. Bu mənbələrdə onlar qabiliyyətlərin inkişafının necə getdiyini izah etməyə cəhd edirlər. Lakin elmdə təcrübəsi olmayan adamlar üçün orada yazılanları dərk etmək olduqca çətindir.

 

Bununla belə ataların və anaların bu problemə marağı böyükdür. Biz bundan sonrakı bir neçə məqalədə predmeti dərk etmə səviyyəsinə və biliyinə uyğun olaraq insan qabiliyyətlərinin inkişafı və formalaşması probleminin bəzi cəhətləri üzərində qısa da olsa dayanmağa cəhd edəcəyik. Lakin arzumuz budur ki, oxuyucu ancaq burda yazılan qədəri ilə kifayətlənməsin, bu məsələ haqqında özləri düşünsünlər.

Məqalə Göndər








Загрузка...