Xəbərlər / İKT / Texnologiya
27 noyabr 2017
3 435


Sakit yuxunu təmin edən qulaqcıqlar hazırlanır

Sakit yuxunu təmin edən qulaqcıqlar hazırlanır

ABŞ-ın "Bose” şirkəti keyfiyyətli səs üçün audiokomponentlər, qulaqlıqlar, akustik sistemlər və bir çox digər qurğular istehsal edir. 

 

Aztəhsil.com xəbər verir ki, şirkət ilk dəfə istehlakçıların sakit yuxusunu təmin edən xüsusi qulaqcıqlar hazırlayıb.

 

2018-ci ilin fevralında satışa çıxarılacaq bu qurğular bütün yad səs-küyləri udmaqla yanaşı, həm də öz sahibinə sakitləşdirici səslər təqdim edir. Bunun üçün qulaqcıqlar "Bluetooth” vasitəsilə smartfona qoşulur və mobil əlavənin köməyi ilə idarə olunur. Bundan başqa, qulaqcıqlar zəngli saat siqnalı funksiyasına da malikdir.

 

"Kraudfaundinq” şirkətinin köməyi ilə "Bose” qulaqcıqların istehsalı üçün planlaşdırılan 50 min dolların əvəzinə doqquz dəfə çox vəsait toplanıb. İlkin sifarişlər üzrə qadcetin dəyəri 150 dollar təşkil edir. Qurğunun seriya versiyası isə 250 dollar dəyərində olacaq.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: