Xəbərlər / İKT / Texnologiya
27 noyabr 2017
3 217


15 ən yaxşı smartfon - REYTİNQ

15 ən yaxşı smartfon - REYTİNQ

2017-ci ilin 15 ən yaxşı smartfonunun reytinqi dərc edilib. 


Məlumata görə, bu barədə mütəxəssislərin araşdırmasından məlum olub. 


Birinci yeri Cənubi Koreyanın "Samsung Galaxy S8” smartfonu tutub. İkinci yerə isə "Samsung Galaxy S8 Plus” cihazı layiq görülüb. 


Qeyd edilir ki, Cənubi Koreya istehsalçısının iki modeli əla dizayna və texniki xüsusiyyətlərə, həmçinin ən yaxşı qiymət və keyfiyyət birləşməsinə malikdir.


Reytinqin "bürüncü” "Google Pixel 2” smartfonuna verilib ki, o da ən yaxşı displey və kamerası sayəsində irəli çıxıb. 


Bununla belə, "Apple”in yeni smartfonu reytinqin dördüncü sırasında yer alıb. Bununla belə, "iPhone X” ən bahalı smartfon kimi tənqid edilib. Ancaq mütəxəssislərin fikrincə, bu smartfon bütün təriflərə layiqdir.

 

"Apple”in digər smartfonu "iPhone 8 Plus” doqquzuncu yeri tutub və bu şirkət üçün ənənəvi olan bahalığı ilə seçilir. Bununla belə, bu smartfonun bir qədər köhnəlmiş dizaynı mövcuddur.  


15 ən yaxşı smartfonun reytinqində həmçinin "Samsung Galaxy Note 8”, "LG V30”, "LG G6”, "OnePlus 5T”, "Huawei Mate 10 Pro”, "Google Pixel 2 XL”, HTC U11, "iPhone 8”, "Honor 9”, "Sony Xperia XZ Premium” kimi smartfonları da yer alıb.

Məqalə Göndər








Загрузка...