Xəbərlər / Müəllim
24 noyabr 2017
1 609


“Ali təhsildən gözləntilər” - Bu gözləntilərin reallaşması təhsilimizə nə vəd edir?

“Ali təhsildən gözləntilər” - Bu gözləntilərin reallaşması təhsilimizə nə vəd edir?

 (Düşüncələr, mülahizələr)


"Heç bir millət qılınc və tüfənglə qabağa getməyib. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür”.

 

Görkəmli maarifçi, ədib Nəriman Nərimanovun ötən əsrin ilk illərində səsləndirdiyi bu fikir bütün dövrlər üçün yeni və aktualdır. Bəşər övladının yol gəldiyi minillik tarix subut edir ki,hərbi yolla heç bir millət inkişafa nail ola bilməyib. Dünyaya ağalıq iddiasında olan fatehlərin-İsgəndər Zülqəreyn, Çingiz xan, Teymur Ləng, Qacar, Lenin, Hitler kimi minlərlə qaniçənlərin milyonların qanı bahasına tamam olan hərbi yürüşləri millətlərinin inkişafına yox, zəif düşməsinə, yox olmasına gətirib çıxartdı. Tarix subut etdi ki, qan üzərində qurulan heç bir imperiya daimi deyil. Daimi olan yalnız elm və ondan düzgün, faydalı istifadədir ki, bunu da dahi N.Gəncəvi hələ XII əsrdə bəyan edib.

 

Qüvvət elmdədir,başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz!

 

Bəli, milllətlərin inkişafı elmdən, elmin inkişafı isə onun necə təşkil edilməsindən keçir. Bu mənada Respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarın mövzusu da təkcə media və təhsil işçiləri üçün deyil, bütün cəmiyyət üçün düşündürücüdür. "Ali təhsildən gözləntilər”! Nədir gözləntilərimiz, hansı dəyişiklər elmin inkişafına təkan verəcək, hansı problemlər inkişafı əngəlləyir?

 

Seminar son 4 ildə ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinin mediayaya və ictimaiyyət nümayəndələrinə açıqlanması məqsədi daşıdığından əksər təhsil və media ekspertləri tədbirə qatılmışdı. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdiri Yaqub Piriyevin təqdimatı narahatlığa ciddi əsasın olmadığını, illər üzrə qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə olunduğunu göstərdi. Belə ki, bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib.

 

Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayının əhəmiyyətli dərəcədə artaraq 5410 nəfər təşkil etməsi, ingilis dilində tədris olunan ixtisaslara qəbul olunan tələbələrin sayının ikiqat artması də ürəkaçan faktlardandır.


Amma təqdimatın geniş müzakirəsi göstərdi ki, hələ qarşıda cox ciddi vəzifələr durur və diqqət yetirməli problemlər çoxdur. Ali məktəblərdə dərs vəsaitlərinin keyfiyyətindən tutmuş təcrübi məşğələlərin təşkilinə qədər onlarla məsələ təhsil, media işçilərinin, media ekspertlərinin iştirakı ilə geniş müzakirə edildi. Ən yaddaqalan məqam da bu idi ki, ilk dəfə olaraq ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərlərinə də müzakirəyə qatılmaq, fikir və mülahizələrini çatdırmaq imkanı yaradılmışdı. Bölgədə yerləşən ali təhsil ocaqlarının bu günkü durumu barədə söylənilən fikirlər məncə seminara səmimi ruh qatdı.

 

”Ali təhsildən gözləntilər” in müzakirəsi, səslənən təklif və mülahizələrin reallaşması isə təkcə təhsil işçiləri üçün deyil, bütövlükdə ölkə üçün əhəmiyyətlidir. Çünki bu gün ali təhsil müəssisəsinə aşağı balla qəbul olunan, seçdiyi ixtisasın sirlərinə yiyələnə bilməyən məzun sabah cəmiyyətin başağrısına çevrilir və millətin elmindən, elmli övladlarından gözləntilərimiz reallaşmamış qalır.

 

Nəticədə xəstələrimiz müalicə üçün xaricə üz tutur, vacib layihələrin reallaşdırılması üçün peşəkar mütəxxəssislər xaricdən cəlb edilir, Nobel arzumuz ürəyimizdə qalır. Elə məhz buna görə də "Ali təhsildən gözləntilər” adlı seminarın həm təşkili, həm də irəli sürülən ideyaların vaxtında reallaşdırılması bu ölkənin tərəqqisi, inkişafı üçün vacibdir və davamlı keçirilməsi məqsədə müvafiqdir.

“Ali təhsildən gözləntilər” - Bu gözləntilərin reallaşması təhsilimizə nə vəd edir?

“Ali təhsildən gözləntilər” - Bu gözləntilərin reallaşması təhsilimizə nə vəd edir?

“Ali təhsildən gözləntilər” - Bu gözləntilərin reallaşması təhsilimizə nə vəd edir?

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nazirlik:  ali məktəblərə qəbul olunanların bal göstəricisi artıb

Nazirlik: ali məktəblərə qəbul olunanların bal göstəricisi artıb

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”