Xəbərlər / İKT / Texnologiya
21 noyabr 2017
2 341


"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək

"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək

"Apple” korporasiyasının rəhbəri Tim Kuk son müsahibəsində yeni "VisualDx” əlavəsi haqqında danışıb.

 

Məlumata görə, bu əlavəni alimlər mühəndis və proqramçılarla birgə yaradıblar.

 

"VisualDx” şəkil əsasında xəstəliklərin müəyyən edilməsinə yönəlib. Hazırda əlavə həkimlərin sınağından keçirilir, ancaq onu istənilən arzu edən şəxs yükləyə bilər.

 

"VisualDx” müasir maşın tədrisi texnologiyasına malikdir. Əlavə insan dərisinin vəziyyətini və xəstəlikləri müəyyən edir. Əgər proqram xəstəliyi müəyyən edə bilmirsə, o zaman oxşar simptomlarla mümkün xəstəliklərin siyahısını tərtib edir. Bu isə həkimlərin işini ciddi şəkildə asanlaşdıracaq.

 

Hələlik "VisualDx”-i həkimlər istifadə edirlər. Ancaq hər bir arzu edən bu əlavəni "Google Play” və ya "AppStore” rəsmi mağazalarından yükləyə bilər.

 

Qeyd edilir ki, proqram istifadəçilərə bu və ya digər xəstəliklərə görə həkimə müraciət etməli olduğunu, yoxsa söhbətin adi səpkidən və ya allergiyadan getdiyini müəyyən etməkdə kömək edəcək. 







Загрузка...