Xəbərlər / H/N sənədlər / Valideyn / Müəllim
21 noyabr 2017
18 873


Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Uşaq və gənclərin əsas təhsilinin həyata keçirilməsində şagirdlərin elmlərin əsaslarına yiyələnərək, dərin və möhkəm bilik almalarında, onlarda vətənə məhəbbət hissinin aşılanmasında, yüksək milli əxlaqi keyfiyyətlərinin, mənəvi dəyərlərin formalaşmasında, məsuliyyət, intizam tərbiyə edilməsində, məktəblilərin hüquq və estetik, fiziki tərbiyəsində, sağlamlığının qorunmasında məktəbə və ailəyə kömək məqsədi ilə ümumtəhsil məktəblərində valideyn komitəsi yaradılır.


Məktəb və sinif valideyn komitələri öz işində ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnaməni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuranın qərarlarını, məktəb direktorunun və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur.


1.Valideyn komitəsinin işinin məzmunu və vəzifələri:


-uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə kömək göstərir;

-uşaqların vaxtında əsas icbari təhsilinin həyata keçirilməsində məktəbə və valideynlərə kömək göstərir;

-şagirdlər və valideynlər arasında pedaqoji və psixoloji biliklərin təbliğinə kömək edir;

-məktəblərdə milli-əxlaqi və mənəvi dəyərlərin inkişaf etdirilməsi və bu prinsiplər üzrə yaşamaq üçün daxili tələbatın formalaşmasına, onlarda şüurlu intizam, davranış mədəniyyəti, böyüklərə hörmət tərbiyəsi üzrə məktəbin həyatında fəal iştirak edir;

-müəllim nüfuzunun artırılmasında, təlimə məsuliyyətli münasibət tərbiyəsində, məktəblilərin asudə vaxtının məzmunlu təşkilində məktəb və ailəyə kömək edir;

-özünəxidmət vərdişlərinin inkişafına, yeniyetmələrin məktəbdə və ailədə əmək tərbiyəsinin və peşəyönümü işinin təşkilinə imkan yaradır;

-məktəblilərin meyl və qabiliyyətlərini, valideynlərin arzularını nəzərə almaqla şagirdlərin təhsillərini başa çatdırmaq yollarını seçməkdə onlara kömək göstərir;

-valideyn ictimaiyyətini məktəb həyatında fəal iştirak etməyə, onların sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinə cəlb etməyə, şagird özünüidarəsinin inkişafına kömək göstərir;

-uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırır;

-məktəbdə kitab fondunun zənginləşdirilməsinə kömək göstərir;

-məktəblilərdə zərərli adətlərin, uşaq nəzarətsizliyinin, qanun pozuntusunun profilaktikası üzrə işlərdə iştirak edir;

-məktəblilərin sağlamlığının qorunması və möhkəmləndirilməsinə hər vasitə ilə qayğı göstərir.

 

Valideyn Komitəsinin işinin təşkili

 

Məktəb valideyn komitəsi ümumməktəb valideyn yığıncağında (konfransında) bir tədris ili müddətinə seçilir. Onun üzvlərinin miqdarı hər sinif valideyn komitəsinin nümayəndələri nəzərə alınmaqla valideyn yığıncağının (konfransının) qərarı ilə müəyyən edilir, komitənin tərkibindən sədr və katib seçilir.

 

Valideyn komitəsi tədris ili üçün iş planı tərtib edir. Sinif valideyn komitəsi iş planını sinif rəhbəri, ümumməktəb valideyn komitəsi və məktəb direktoru ilə razılaşdırır.


Valideyn komitəsinin qərarları komitə üzvlərinin yarıdan az olmayaraq iştirak etdiyi iclasda adi səs çoxluğu ilə qəbul edilir.


Ümumməktəb valideyn komitəsinin (yığıncağı) ildə iki dəfədən, sinif valideyn yığıncaqları isə ildə 4 dəfədən az olmayaraq çağrılır.


Ümumməktəb valideyn komitəsi üzvlərinin rəhbərliyi altında məktəbdə işin ayrı-ayrı bölmələri üzrə müvvəqəti komissiyalar yaradıla bilər.

 

Məktəbin direktoru valideyn komitəsinin qərarı ilə razılaşmadıqda mübahisəli məsələ rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən həll edilir.

 

Valideyn komitəsi öz iclaslarını protokollaşdırır, sənədlər məktəbdə saxlanılır.

 

Valideyn Komitəsinin hüquqları

 

Valideyn komitəsi aşağıdakı hüquqlara malikdir:


-məktəbin fəaliyyətinə kömək göstərilməsi məsələləri üzrə məktəb müdiriyyəti ilə birgə müvafiq təşkilatlara müraciət etmək;

-məktəb işinin yaxşılaşdırılması üzrə təkliflər vermək;

-məktəb işinin vəziyyəti və perspektivləri haqqında direktorun və sinif rəhbərlərinin məlumatlarının müzakirəsində iştirak etmək;

-məktəblə hami müəssisə arasında əlaqələrin möhkəmləndirilməsini və qarşılıqlı münasibətlərin təşkilini özünə mühüm vəzifə hesab etmək;

-uşaqların tərbiyəsinə, müvəffəqiyyətlərinə görə valideynləri mükafatlandırmaq, həmçinin onların tərbiyəsinə laqeyd yanaşan valideynlər üzərində ictimai təsirə nail olmaq, məktəbin pedaqoji şurasına təkliflər vermək və həmin məsələlərlə bağlı valideynlərin iş yerlərində müəssisənin müdiriyyətinə və ictimai təşkilatlara xahiş ilə müraciət etmək;

-icbari təhsil fondunun bölgüsündə iştirak etmək.

 

Ümumməktəb valideyn komitəsinin sədri pedaqoji şuranın üzvü hesab edilir və komitənin fəaliyyəti ilə bağlı olan məsələlərin həllində səlahiyyətə malikdir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

MƏKTƏB SƏNƏDLƏŞMƏSİ - ümumməktəb sənədləri hansılardır ?

MƏKTƏB SƏNƏDLƏŞMƏSİ - ümumməktəb sənədləri hansılardır ?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri