Xəbərlər / İKT / Texnologiya
17 noyabr 2017
2 680


“WhatsApp”da yeni səsyazma funksiyası sınaqdan keçirilir

"WhatsApp” messencerinin yaradıcıları səsli mesajların yeni funksiyasını sınaqdan keçirirlər.

 

Məlumata görə, onun hazırkı səsli mesajlardan ciddi şəkildə fərqlənəcəyi bildirilir.

 

İndi səsli mesaj yazmağa başlayan kimi "WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzən interfeys göstərəcək. İstifadəçi yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq. Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlarınıza baxmaq imkanı olacaq.


Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulub. Birincisi, fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, səsyazma zamanı mesaj yazmaq və başqa çatlara keçmək mümkün olmayacaq. Əks halda, bu, səs yazısının avtomatik silinməsinə gətirib çıxaracaq.

Məqalə Göndər








Загрузка...