Xəbərlər, Mədəniyyət
17 noyabr 2017
491

Azərbaycanın ilk rok-operası yazıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb.


Nazirlikdən verilən məlumata görə, iki il müddətində ərsəyə gələn "Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. Operanın adı məşhur "Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan "Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.


Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, ingilis, italyan, çex dilində mətnlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.


Operanın müəllifi Rizvan Sədirxanov yeni əsərin öz marağının bəhrəsi olduğunu bildirib:

 

"Hələ 40 il əvvəl əsərin ilk variantını dostum Azad Hacıyevlə işləmişdim. Həmin dövrdə 25 dəqiqəlik əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş oldu ki, cənab nazir Əbülfəs Qarayevin təklifi ilə bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına göstəriş verildi. Ümid edirəm ki, əsər tamaşaya qoyulandan sonra ictimaiyyət və musiqisevərlər tərəfindən daha maraqla qarşılanacaq”.


"Səyyah Sindibad”da tanınmış ifaçılar yer alıb. Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.


Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur.


Bir saat 40 dəqiqəlik əsər Azərbaycan musiqisində yenilikdir. Çünki burada musiqinin bütün janrları yer alıb.

Rok-operanın 2018-ci ildə səhnələşdirilməsi nəzərdə tutulur.










Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Müslüm Maqomayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində xatırlanacaq

Müslüm Maqomayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində xatırlanacaq

Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva payızı” beynəlxalq musiqi festivalında səsləndiriləcək

Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva payızı” beynəlxalq musiqi festivalında səsləndiriləcək

BSU-da

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Heydər Əliyevi Bakıya çağıran müraciəti imzalayan 91 nəfər ziyalı- SİYAHI

Heydər Əliyevi Bakıya çağıran müraciəti imzalayan 91 nəfər ziyalı- SİYAHI

Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR

Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

Leyla Əliyeva:-

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov