Bakıda “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində İkinci Beynəlxalq Təlim Konfransı keçirilir
Avropa Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə həyata keçirdiyi "Öyrənməyi öyrənək” layihəsi çərçivəsində Bakıda İkinci Beynəlxalq Təlim Konfransı başlayıb.
Layihə şagirdlərin təlim keyfiyyətinin yaxşılaşdırılmasında maraqlı olan müəllim, direktor və digər təhsil işçiləri üçün nəzərdə tutulub.
Dünyanın müxtəlif ölkələrindən təhsil işçilərinin iştirak etdikləri
konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva təhsil naziri Mikayıl Cabbarovun müraciətini oxuyub. Nazir müraciətində bildirib ki, təhsil alanların savadlı şəxs kimi formalaşması müəllimdən asılıdır. Müəllimlərin bilik və bacarıqlarını davamlı artırmaları vacibdir, bu müəllimlər daha böyük nəticələr əldə edirlər. Son illər Təhsil Nazirliyi müəllimlərin peşəkarlığının artırılması, innovativ fəaliyyətin stimullaşdırılması, müsbət təcrübələrin tətbiqi istiqamətində məqsədyönlü iş aparılır. Bu istiqamətdə hər il 5 faiz yenilik tətbiq olunsa, ciddi nəticələr əldə etmək mümkündür. Ümid edirik ki, bu konfrans təhsil işçilərinin gözləntilərini doğruldacaq.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov çıxış edərək bildirib ki, məktəb, təhsil sistemi yenilənməlidir. Dünyanın inkişaf etmiş ölkələri bu yolla inkişafa nail olub. Biz yeni üsulları tətbiq etməliyik. Artıq müəyyən uğurlar göz önündədir. Əgər 3-4 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetini 500-dən çox bal toplayan 5-6 tələbə seçirdisə, bu il belə tələbələrin sayı 281 nəfərdir. Onlar ali məktəbə qəbul zamanı ilk yerə müəllim ixtisasını yazıblar. İlk növbədə, təhsilin məzmununun yeniləşdirilməsinə ehtiyac var. Övladlarımıza daha yaxşı təhsil vermək istəyən müəllimlər internetdən də yeni təlim üsulları öyrənir, daim üzərlərində çalışırlar. Müəllimlərin gündəlik fəaliyyəti, fədakarlığı qəhrəmanlıqdır. Azərbaycanda qarşıya qoyulan böyük məqsədlərə çatmaq üçün insan kapitalı lazımdır. Bu insan kapitalını isə müəllimlər yetişdirəcək. Bizim vaxtilə dərs keçdiyimiz forma artıq qəbul olunmur. Artıq şagirdlərə öyrənməyi öyrətmək lazımdır.
İkinci Beynəlxalq Təlim Konfransında əsas məruzəçilərdən Leyn Klark "Real öyrənmə” mövzusunda çıxış edib. O bildirib ki, şagirdlərə əvvəlcə məktəbdənkənar öyrənməyi öyrətmək lazımdır. Kitablar artıq son bilik mənbəyi deyil, şagirdlər başqa mənbələrdən də bilik ala bilərlər. Veb-saytlar, audiokasetlər, kompüterlər, planşetlər də bilik mənbəyi kimi istifadə edilə bilər. Məktəb təkrar biliklərə yiyələnən şagirdlər yetişdirməməlidir. Şagirdlər innovativ olmalıdırlar. Uşaqlar öyrənməyi sevməlidirlər. Onlar öyrəndiklərini istifadə edə bilməsələr, bunun faydası yoxdur. Uşaqlar daha çox cəmiyyətə fayda verən fərdlər kimi yetişməlidirlər. Bəzi müəllimlər şagirdlərə öyrənmək bacarıqlarını, düşünməyi öyrədirlər. Ancaq, ilk növbədə, şagirdlərə öyrənməyi öyrətmək lazımdır və şagirdlər məktəbdən çıxanda öyrənməyi bilməlidirlər.
Konfransın Böyük Britaniyadan olan məruzəçisi Mətt Bromli "Öyrənməni reallaşdır” mövzusunda məruzə ilə çıxış edib. O, təhsilin insanları birləşdirən dəyər olduğunu vurğulayaraq deyib: "Şagirdlərin öyrənməli olduğu məsələlərə diqqət yönəltməsinə nail olmalıyıq. Şagirdlər bilməlidirlər ki, öyrənmək səy tələb edir. İnsanlar problemləri həll edərkən bəzən səhv edirlər, ancaq bundan qorxmaq lazımdır. Səhv etməsək, öyrənmək istədiklərimizi öyrənə bilməyəcəyik. Səhv etmək istəməyənlər bacarıqlarını artırmaq istəməyənlərdir”.
Konfrans "Tədqiqatın düşüncə və öyrənmə ilə kəsişdiyi yer - hər bir müəllimin bilməsi vacib olan məsələ!” mövzusunda seminarla davam edib.
Qeyd edək ki, konfrans iki gün davam edəcək. Noyabrın 18-də isə konfransdan sonra "master klass” seminarlar təşkil olunacaq.
“Öyrənməyi öyrənmək” konfransı başlayır
Bakıda “Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı keçiriləcək
“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir
“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi
Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir
İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək
Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA
Ənənəvi təlimin imkanları.
Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər
“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir
İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib
ADPU-da məktəb direktorları ilə görüş keçirilib
Müasir təlimin 7 prinsipi
Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb
Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ
Gəncədə təhsil işçilərinin konfransı keçirilib
Müəllimlər üçün beynəlxalq seminar keçirilib
Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları
Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək
BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib
"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"
ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib