Xəbərlər, Psixoloq, Valideyn, MÜƏLLİM
14 noyabr 2017
1600

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Gələcəkdə öz ayaqları üstündə möhkəm dayanmaq üçün yola çıxan balacalardan ailə və müəllimlərinin tələbləri yüksəkdir. Məktəb dövründən başlayan bu hekayə universitet və daha sonrakı pillələrdə uşaqların həm də böyüməyinə yardım edir. Uşaq öyrəndikcə müvəffəqiyyəti artır. Hər qazanılan uğur uşağın şəxsiyyətinə böyük təsir edir. Ona görə də valideynlər uşağın şəxsiyyətinə zərər vermədən öz potensiallarını düzgün şəkildə istifadə etməkdə onlara yardımçı olmalıdırlar. 


Dərsdə uğur qazanmaq üçün:


1. Zəka səviyyəsi – ağlından düzgün istifadə etmək uşaqlara verilən ən böyük hədiyyədir. Məsələn, nəzərə alaq ki, məhsuldar torpaqlarda biz daha çox əkin becərə bilirik. Lakin torpaq məhsuldar deyilsə və bizə heç bir xeyri yoxdursa, onda biz bir neçə yollarla onu məhsuldar edə bilərik. Amma hər şeydən əvvəl biz torpağın tərkibində nəyin çatışmadığını öyrənməliyik və bir çox əlavə dəstəklərlə onu məhsuldar hala gətiririk. Bəzən nisbətən zəif uşaqlardan yüksək nəticələr gözləyirik və onları öz istəklərimizlə tək başına qoyuruq. Bu da uşaqların dərslərlə əlaqəsinin tamamilə pozulmasına səbəb olur. Uşaqlar özlərini yetərsiz hiss etməyə başlayırlar. Nəzərə alaq ki, müvəffəqiyyət təkcə riyaziyyatı yaxşı bilməklə qazanılmır.


2. Psixoloji xəstəliklər – bildiyimiz kimi, öyrənmək beynin həyata keçirtdiyi funksiyadır. Diqqət əskikliyi, hiperaktivlik beynin öyrənmək funksiyasını zəiflədir. Dərs oxumayan, tənbəlliklə günahlandırılan uşaqlar bu səbəbdən zəiflik göstərirlər.


3. Ailə həyatı və stress – İşləmək enerji tələbatı çox olan bir beyin funksiyasıdır. Uşaqların hər zaman mənəvi dəstəyə ehtiyacı var. Ailə problemləri uşağın bütün motivasiyasını və enerjisini ala bilər. Problemli ailələrdə valideynlər uşaqların dərsdəki uğurlarıyla çox da maraqlanmırlar. Ailədəki hər hansı kiçik bir problem belə, uşağın dərslərinə təsir edir. Xüsusilə də yaxşı qiymətlər alan uşağın birdən-birə zəifləməsi ailə problemlərindən xəbərdarlıq edər. Valideynlər uşağın dərsləri ilə nə qədər yaxından məşğul olarsa, həmçinin məktəbdə nələr etdiyi ilə maraqlanarsa, uşağa məktəbin nə qədər vacib olduğu ilə bağlı bir siqnal vermiş olar. 


4. Dostlar qazanmaq — Məktəbdə savadlı bir şagird olmaq, böyüklər tərəfindən yüksək qiymətləndirilmək və dəstəklənmək bir çox uşaq üçün olduqca vacibdir. Digər tərəfdən də uşağın dostlarının onun savadına verdiyi qiymət də çox önəmlidir. Tədqiqatlar göstərir ki, sinifdə hamı tərəfindən tənbəl sayılan və güclü diqqət əskikliyi olan uşaq müalicə aldıqdan sonra özünü sinif yoldaşları arasında təsdiqləməyə başlamış və tənbəl statusu yox olaraq öyrənmək motivasiyası daha da artmışdır. 

 

Sevinc Əlizadə 
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri