Xəbərlər / Psixoloq / Müəllim
14 noyabr 2017
6 166


Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Məlumdur ki, təkcə məktəb psixoloqları yox, DQ-dən keçmiş müəllimlər və digər pedaqoji kadrlar 2018-ci ilin yanvar ayını gözləyir. Şübhəsiz, daha intizarlı və narahat olanlar məktəb psixoloqlarıdır. Bütün əlavə ödənişlərdən məhrum edilərək sonuncu təhqir səviyyəli əmək haqqına sahib məktəb psixoloqlarını digər vəziyyətdə təsəvvür etmək də mümkün deyil.


Uzun vaxtdır ki, bizlər bu problemə müxtəlif istiqamətlərdən yanaşmışıq, bütün rəsmi və qeyri-rəsmi yanaşmaları irəli sürüb təhlil etmişik. Artıq bu qrup məktəb psixoloqlarının professional fəaliyyətlərini və işlərini nümayiş etdirən "poliqona"da çevrilib. Halbuki müəllimlərin və digər pedaqoji kadrların təmsil olunduqalrı qruplarda fəaliyyət və işləri nümayiş etdirmək üçün bu cür paylaşımlar edlimir, TN-i tənqid edir və hətta, həddlərini də aşırlar. Əvəzində məhz, onların əmək haqqları artır və heç bir işlə məşqul olmayan və artıq lazımsız ştatlara çevrilmişlərin vəzifə maaşlarını də iki dəfə qaldırırlar. Öz aralarındakı söhbətlərində təhsili və TN-i idarə edənləri "axmaq quldurlar" adlandıran məktəb müdiriyyətinin də əmək haqlarını iki dəfə qaldırırlar və bir az qalıb ki, bu təhqirin səbəblərini də Psixoloji Xidmətdə və məktəb psixoloqlarında axtarmaq istəyirlər.


Məni narahat edən problem əmək haqqı artımına Sizlərin inanmaması və söylənilən məbləğlərə qeyri-ciddi yanaşmanızdır. Halbuki burada heç bir qeyri-adilik yoxdur. Psixoloq ştatı həm Azərbaycanda, həm də dünyada yüksək məbləğli əmək haqqı dərəcələrinə malikdir. Azərbaycanın Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində digər dövlət və qeyri-dövlət təşkilatlarında çalışan psixoloqların əmək haqqı dərəcələrinə baxa bilərsiniz (Bax: "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası - VTİSK"). Təbii, Təhsil sistemində də psixoloqun əmək haqqı dərəcələrinin daha yüksək və xüsusi seçilən olması isə daha məqsədəuyğundur. Çünki bu sahədə psixoloqun fəaliyyətinə və professional işinə daha çox tələbat var. Göründüyü kimi, məktəb psixoloqlarının vətəndaş və maddi hüquqları qüvvədə olan fəaliyyət Əsasnaməsinə və dövlətin əmək qanunvericiliyinə görə kobud şəkildə pozulub.


Sizlər isə bu kobud qanun pozuntusunun hətta, kecikmiş bərpasına belə təəccüblənir və inanmırsınız, pozulmuş maddi hüquqlarınızın primitiv bərpasına görə həyəcanlanır və təəccüb hissi keçirirsiniz. İndiki vəziyyətdə ümumtəhsil sistemində məktəb psixoloqu ən azı 450-550 AZN əmək haqqı almalıdır. Bu rəqəmə sadəlövhlər və müasir təhsil sistemindən xəbəri olmayanlar təəccüblə və kinayə ilə yanaşa bilərlər.

 

Bütün dünyada olduğu kimi Azərbaycanın ümumtəhsil sistemində də məktəb psixoloqları dərs deyə bilməzlər və yaxın gələcəkdə bu proses tamamilə təhsil sisteminə tətbiq olunacaq, belə olan halda digər əlavə ödənişlərdən məhrum məktəb psixoloqunun vəzifə maaşı yalnız və yalnız bu səviyyədə və bundan yüksək olmalıdır. Üstəlik,professional fəaliyyəti və psixologiya kabinetinə xidməti böyük dəftərxana xərcləri tələb edən məktəb psixoloquna "Əlavə ödəniş"də verilməlidir. Ona görə Sizlərdən xahiş edirəm 2015-ci ildən Sizlərə veriləsi olan əmək haqqını yanvardan ödənilməsini heç bir təəccüblə və narahatlılıqla qarşılamayın. Bu Sizlərin primitiv haqqıdır.


Digər bir problemə də münasibət bildirmək istəyirəm: qrupda əmək haqqı artımı ilə və digər informasiyalar verilir. İlk növbədə, əmək haqqı ilə artımı ilə bağlı onu deyə bilərəm ki, məndə də bu haqda real informasiya var, hətta, məktəb psixoloqlarının yeni əmək haqqı dərəcələrinə verilən iş stajı illərini və tələbləri də görmüşəm, onlar çoxdan hazırdır, ola bilsin onlara müəyyən dəyişiliklər edilə də bilər. Nə olsun? Bu o demək deyildir, bu realdır və dəqiqdir. Əmək haqqı artımları indiki vəziyyətdə və həmişə çox ciddi rəsmi proses sayılır. Ona görə, bu haqda ciddi birmənalı informasiyalarla paylaşmaq düzgün deyil.


İkinci yanaşma "təşkilatçı" müavin ştatlarının ləğvi ilə bağlıdır. Çox qəribədir, TN məktəblərdə hətta, əhəmiyyətsiz müavin vəzifələrini və digər pedaqoji kadrları görmürmü? Amma bu ştatın ləğvi ilə bağlı informasiya ciddi sayıla bilməz, çünki Bakı Şəhəri üzrə Təhsil İdarəsi 03.10.2017-ci il tarixli işə qəbul müsabiqə elanında psixoloqlarla bərabər "təşkilatçı" müavin vəzifələrinə də işə qəbul elanı verib. Ləğv olunası ştata necə işə qəbul keçirilə bilər? Göründüyü kimi, hər informasiya ciddi və real informasiya kimi qəbul oluna bilməz.

Sizlərə can sağlığı və səbr diləyirəm!

 

Shukran Dadayev

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Məktəb direktorunun əsas bacarıqlarından biri   Direktorun stolüstu kitabından....

Məktəb direktorunun əsas bacarıqlarından biri Direktorun stolüstu kitabından....

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında

OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında