Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib.
Aztəhsil.com xəbər verir ki, İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən azərtac-a bildirilib ki, iclasda 2018-ci ildə çap olunacaq yeni orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub.
İclasda bildirilib ki, 2017-ci il noyabrın 1-də AMEA Rəyasət Heyəti "Yeni orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq Orfoqrafiya Komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20-dək ziyalı və dilçi alim daxildir.
M.Nağısoylu çıxışında vurğulayıb ki, Dilçilik İnstitutu dilçilik üzrə qurumdur. Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır.
Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib. Sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, ekspress- ekspres), -"iyyət” şəkilçisinin yazıda "–iyət” kimi təsbit olunması (cəmiyət, fəaliyət) müzakirəyə çıxarılıb. Həmçinin tərkibində "ilə” qoşması olan sözlərin bitişik yazılması (etibarilə, münasibətilə, tamamilə) da diqqətə çatdırılıb.
Qeyd edək ki, təkliflər ilkin müzakirədə irəli sürülüb. Orfoqrafiya qaydaları ilə bağlı müzakirələr bundan sonra da keçiriləcək.
Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF
Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək
AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib
Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır
Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”
AMEA-da yeni TƏYİNATLAR
AMEA-nın iki institutuna yeni direktor seçiləcək
İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq
AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir
Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək
AMEA-nın bir institutu digərini ittiham edib
Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib
DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir
Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF
Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb
"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli
"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir
Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”
LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib
ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib
Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI
MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib