BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər
Bakı Ali Neft Məktəbinin (BANM) 20 tələbəsi Türkiyədə 2 ay ərzində təcrübə istehsalat proqramında olublar.
"Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 2 nəfər SOCAR-ın İstanbulda yerləşən baş ofisində, "Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 14 nəfər və "Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 1 nəfər İzmirdə "Petkim Petrokimya Holdinq” şirkətində və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 3 nəfər İzmirdə "Star” neft emalı zavodundatəcrübə keçiblər.
Ali Məktəbin rektoru Elmar Qasımov təcrübə proqramından qayıdan tələbələrlə görüş keçirib, tələbələrin həmin dövr ərzində qazandıqları praktiki biliklərlə bağlı məruzəsini dinləyib.
Proqramda iştirak etmiş aktiv tələbələrdən Səidə Ələsgərova və Ləman Sadıqlı hazırladıqları təqdimatla təcrübənin ümumi gedişatı ilə bağlı məlumat veriblər. Təcrübə proqramında Türkiyənin ODTU, İTU, Boğaziçi və digər universitetlərindən olan tələbələr də iştirak edib. Proqramın ilk iki həftəsində tələbələr həm "Petkim”, həm də "Star”da təhlükəsizlik təlimləri keçiblər. Sonrakı həftə isə onlar "Xarizmatik liderin 7 xüsusiyyəti”, "Layihələrin idarə olunması”, "Zamanın idarə olunması” kimi təlimlərdəiştirak ediblər. Proqramın ikinci mərhələsində isə tələbələr sahələr üzrə bölünərək 10 zavod və 3 laboratoriyada olublar.
BANM-in tələbələri təcrübə proqramı ərzində yeni layihələr üzərində çalışıb, sahə üzrə müxtəlif dizaynlar verib və tətbiq ediblər. Ali Məktəbin tələbələri Türkiyədə olduqları müddət ərzində BANM-in digər universitetlərdən fərqləndirən çoxlu üstün cəhətlərinin olduğunu müşahidə etdiklərini bildiriblər. Əlavə olaraq onlar bildiriblər ki, BANM-də hazırlanan gənc mütəxəssislər ekstremal şəraitdə işə uyğunlaşmaqda, adaptasiyada, yenilikləri mənimsəməkdə və problemləri həll etmə tezliyində daha rəqabətə davamlıdırlar. Məhz bunun üçün tələbələr Ali Məktəbin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda Elmar Qasımov tələbələri keçdikləri təcrübə proqramı münasibətilə təbrik edib. Rektor tələbələrin həmin proqramda iştirakı, fəallığı və bilik göstəriciləri ilə bağlı SOCAR, "Petkim” və "Star”-ın rəhbərliyindən onun ünvanına gələn müsbət fikirlərə görə bütün iştirakçılara təşəkkürünü bildirib.
BANM-in tələbələri Səngəçal terminalında olublar
Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir
İlin rekordu və ilin ixtisası
Rektor Prezident təqaüdçüləri ilə görüşüb
İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib
ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır
Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir
BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub
BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib
BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb
BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır
Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”
BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”
Tələbələr üçün şad xəbər- 30 tələbə...
Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək
BANM-də EBSCO-nun növbəti təlimi keçirilib
Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu
Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?
Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər
Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı - ən çox azərbaycanlılardır