Xəbərlər
08 noyabr 2017
2 511


Uşaq bağçalarına leş əti verilir? - Ekspertdən şok iddialar

Bazarda satış üçün nəzərdə tutulan qanunsuz at əti aşkar olunub. Bazara kifayət qədər şübhəli at əti gətirilərək "inək əti” adı ilə alıcılara satılır. Beləliklə istehlakçılar aldadılır. 


Son bir həftədə 350 kiloqrama yaxın satış məqsədilə qanunsuz at əti aşkar olunub. Noyabrın 2-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi "Qazel” markalı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş, ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkar olunub.


Bundan əvvəl Bərdə rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb. Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 atın mədə-bağırsağı, başları, ətdən ayrılmış sümüklər, dərilər, at dırnaqları, 100 kq sümüklü at əti (atın bud ətləri) və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ət kəsimi ləvazimatları aşkar olunub.


Növbəti mənşəyi bilinməyən at əti Naftalan şəhərində aşkar edilərək götürülüb. Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov həmin ət məhsulunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.


Aztəhsil.com xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, adətən, at xəstə olduğuna görə kəsilir:


"Bu ətlər təhlükəlidir, yəni bu ət Azərbaycan üçün ənənəvi deyil. Çox təəssüflər olsun ki, bu sahədə problemlər həll olunmur. Ona görə həll olunmur ki, dövlət orqanlarının bu sahədə vahid fikri yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi ictimaiyyət arasında məlumat yaydı ki, it, at, eşşək əti də satmaq olar. Bir şərtlə ki, üzərində nə əti olduğu yazılsın, istehlakçı aldadılmasın. Bu orqan belə əti aşkarlayanda sadəcə, şəxsi cərimələyib buraxır. Dövlətin digər orqanı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi isə belə halları müşahidə edəndə əti ekspertizaya verirlər, şəxsləri həbs edirlər. Dövlət orqanlarının bu məsələyə fərqli münasibəti ona gətirib çıxarır ki, kim necə gəldi, harada gəldi müxtəlif növ ət kəsib sata bilər. Hesab edirəm ki, qida təhlükəsizliyi məsələsini bu quruma həvalə etmək olar. Çünki onlar bu yaxınlarda bazarda saxta spirtli içki aşkarladılar və onlara hüquqi qiymət verdilər.


Hazırda bununla bağlı həbslər var”. QHT rəhbərinin sözlərinə görə, təəssüflər olsun ki, bazarda kifayət qədər leş əti də satılır: "Təəssüf ki, bunu tam ifşa etmək mümkün olmur. Bunlar təkcə at əti deyil, ənənəvi olmayan digər heyvan ətləridir. Ölmüş heyvan ətləri gətirilir və bunlar uşaq bağçalarına qədər gedib çıxır. Hesab edirəm ki, hökumətin bununla bağlı birmənalı siyasəti olmalıdır. At əti Azərbaycanda yeyilməyən ətlər siyahısında olmalıdır. Bu əti dədə-babalarımız da heç vaxt yeməyiblər. Ölkədə at, eşşək ətinin satışı dayandırılmalıdır. İnsanlar böcək də, it əti də yeyə bilərlər. Amma ölkədə yeyilən və yeyilməyən siyahı yoxdur. Bizim ənənələrimiz, mentalitetimiz və mətbəximiz at ətinə uyğun deyil. Məsləhət görürəm ki, bu əti dadmasınlar”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

Naftalan və Goranboyda kurqanlar aşkar edildi

Naftalan və Goranboyda kurqanlar aşkar edildi

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

BDU-da oxuyan qızların mobil telefonları oğurlandı

BDU-da oxuyan qızların mobil telefonları oğurlandı

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

MTRŞ sədri: “Reytinq asılılığı özəl kanallarda verilişlərin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır”

MTRŞ sədri: “Reytinq asılılığı özəl kanallarda verilişlərin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır”

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

Beyləqan icra başçısı cəzalana bilər- saxta diplomlunu vəzifəyə qoyduğuna görə

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov