600-dən yuxarı balla tələbə adını qazananlar arasında internat məktəblərinin məzunları da var
Təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar internat məktəblərində də təhsilin keyfiyyətnin yüksəldilməsinə müsbət təsirini göstərib. Son altı ildə Təhsil Nazirliyinin tabeliyindəki internat məktəblərini 4 min 291 nəfər bitirib. Onlardan 265-i ali məktəblərə, 197-si kolleclərə və 736-sı isə ilk peşə ixtisas təhsili müəssisələrinə daxil olub.
Hər il olduğu kimi, bu tədris ilində də 600-dən yuxarı balla ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər arasında internat məktəbinin məzunları da var. Bu şagirdlərin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarına hazırlıqları dərsdən sonra həmin məktəblərin müəllimləri tərəfindən aparılır.
Aztəhsil.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva azətac-a müsahibəsində deyib.
Onun sözlərinə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil aldıqları zaman təhsil haqqından azaddırlar.
Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq müraciəti əsasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanun qəbul edilib.
Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi
Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI
Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama
Xüsusi internat məktəbləri üçün müvafiq pəhriz menyuları hazırlanıb
Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi
İnternat məktəbinə mediatur təşkil edilib
Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb
Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI
669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY
Orta ixtisas təhsili müəssisələrinə 9 min 3 nəfər qəbul olunub
Abituriyentlərin nəzərinə- Qəbul imtahanlarında dəyişiklik olacaq?
Texniki Universitetdə ciddi pozuntular aşkarlandı
Gələn il imtahan necə keçiriləcək? - DİM-dən mühim AÇIQLAMA
Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır
Valideynlərini itirən gənclər işlə təmin edilib
“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb
Kolleclərə tələbə qəbulu elan edilib
Ali məktəblərə qəbul olanların sayı açıqlandı
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib
Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir
Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...