Xəbərlər
16 iyun 2016
4 877


Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladıAzərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO
 
 
Azərbaycanın ikinci sənaye və mədəniyyət paytaxtı olan Gəncədə "Gəncəçay" Park-bulvar Kompleksinin ərazisində istifadəyə verilən "Kitab evi" kitab satışından da çox mütaliənin təbliğinə xidmət edir. Bu fikirlər Azərbaycanın ən böyük "Kitab evi”nin açılışı münasibəti ilə keçirilən tədbirdə səsləndirilib. Qeyd olunub ki, günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən "Kitab evi” mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir. Açılış mərasimində iştirak edən Gəncə şəhər icra başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq 15 iyun milli qurtuluş gününü münasibəti ilə təbriklərini çatdırıb, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını qeyd edib. Daha sonra Gəncə Ədəbi mühitinin dünayaya bəxş etdiyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi böyük mütəfəkkirlərin vətənində regionun ən böyuk "Kitab evi” nin açılmasının heç də təsadüfi olmadığını vurğulayıb və buranın ziyalıların, ictimaiyyət nümayəndələrinin, xüsusən də gənclərin sevimli məkanına çevriləcəyinə əminliyini ifadə edib.
Fəaliyyətini "Kitabevim.az" layihəsi üzərində quran bu kitab mağazası digər kitab mağazalarından xeyli fərqlənir. Açılış mərasimində bu haqda iştirakçılara ətraflı məlumat verən "Kitabevim.az” layihəsinin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, Gəncədəki yeni kitab evinin özəlliyi burda Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə minlərlə kitabın yer alması və müxtəlif guşələrin olması oxucuların mütaliəsinə geniş imkanlar yaradacaq. "Qoy-götür” və ”Bukinist” şöbələrinin gənclərin mütaliə həvəsini xeyli artıracağını vurğulayan layihə rəhbəri mağazada istifadəçilərin sərbəst mütaliəsi üçün şərait yaradıldığını da vurğulayıb. Bildirilib ki, "Qoy-götür” şöbəsinin üstünlüyü onun oxucular tərəfindən təmin olunmasıdır, yəni oxucu bura bir kitab hədiyyə etməklə "Kitab evi"nin üzvünə çevrilir. Bundan sonra isə o, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən vaxt istədiyi kitabı götürüb oxuya bilər və müəyyən müddətdən sonra geri qaytararaq mütəmadi olaraq digər kitabları seçə bilər. "Bukinist" guşəsində isə oxucular nəşr ili çox köhnə olan nadir və orijinal kitablarla tanış olmaq və onları əldə etmək imkanı qazanacaqlar.
"Kitab evi”ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün kitab-kafe, müxtəlif multimedi vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub.
"Kitab evi"ndə eyni zamanda "Günün, həftənin, ayın kitabı” adlı guşələr oxucular üçün çox böyük güzəştlərə təklif olunacaq. Gənclərdə kitaba marağı artırmağı daha çox hədəfə aldıqlarını vurğulayan layihə rəhbəri tələbələrin ilboyu tələbə biletlərini təqdim etməklə 15-25 faizlik endirimlərdən yararlana biləcəklərini deyib.
Tədbirdə diqqətə çatdırılıb ki, Gəncədədə yeni istifadəyə verilən "Kitab evi” Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək.
"Kitab evi" hər gün səhər saat 9-dan axşam saatlarınadək kitabsevərlərin ixtiyarında olacaq. "Kitab evi”nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kompaniyası nəzərdə tutulub.
Orxan Cabbarlı
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Vətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90

Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil