Xəbərlər
03 noyabr 2017
2 113


"Quran"ın nadir nüsxəsi sərgiyə çıxarılır: Peyğəmbərin dövründə yazılıb?

"Quran"ın nadir nüsxəsi sərgiyə çıxarılır: Peyğəmbərin dövründə yazılıb?

İslamın müqəddəs kitabı olan "Quran”ın nadir və qədim surətinin bu yaxınlarda sərgiyə çıxarılacağı gözlənir. "Newsweek” dərgisi yazır ki, Birləşmiş Ərəb Əmirlikliklərində Şarca kitab yarmarkasına çıxarılacaq 1350 illik bu sənəd "Quran”ın eramızın 468-645-ci illərə aid əlyazmasının surətidir. Onun "Quran”ın dünyada ən qədim surətlərindən olduğu bildirilir.


Sənəd beynəlxalq ictimaiyyətə ilk dəfə təqdim olunacaq. O, bir neçə il öncə İngiltərənin Birminhem Universitetinin arxivlərində peyda olub. İslamşünaslar sənədlərin Məhəmməd Peyğəmbər dövrünə aid olduğunu da istisna etmirlər.


PEYĞƏMBƏRİN DÖVRÜNDƏ YAZILIB?


"İslam dininə görə, Məhəmməd Peyğəmbər "Quran” surələrini 610-632-ci illərdə vəhy şəklində alıb. Bu perqamentlər üzərində aparılan sınaqlar üzə çıxarıb ki, perqamentin dərisindən hazırlandığı heyvan Məhəmməd peyğəmbərin dövründə, ya da ondan az sonra yaşayıb”, – Birminhem Universitetində xristianlıq və islam üzrə professor David Thomas deyib.


Əlyazma erkən ərəb əlifbası olan hijazi qrafikasında, heyvan dərisindən olan 4 perqament üzərində yazılıb və 1930-cu illərdən universitetin arxivlərində unudulub qalıbmış, 2015-ci ildə üzə çıxarılıb. Ekspertlərin qənaətincə, sənədin azından, İslamın ilk üç xəlifəsinin dövrünə aid olduğu dəqiqdir.


İndi tədqiqatçılar bir məsələni müəyyənləşdirməyə çalışırlar – bu səhifələr Parisdə saxlanan digər nadir "Quran” əlyazmasının bir hissəsidirmi. Həmin əlyazmada məhz dörd səhifə çatışmır. O, Napoleon ordusu 19-cu əsrin əvvəlində Afrikanı tutanda Misirdən Avropaya aparılıb.


İLK TAM VERSİYANIN BİR HİSSƏSİ DƏ OLA BİLƏR


Bəzi alimlərin fikrincə, bu əlyazma "Quran”ın ilk tam, Məhəmməd Peyğəmbərin dostu Əbu Bəkrin topladığı versiyasının bir hissəsi də ola bilər. Bu versiyanın müasir müsəlmanların oxuduğu "Quran”a oxşar olduğu bildirilir.


Sözügedən əlyazma İngiltərədə sərgilənəndə xeyli populyarlıq qazanıb. Əlyazma Birminhem Muzey və Sənət Qalereyasında altı ay nümayiş olunub.


"Bu sərgi özəlliklə, müsəlman icmalarının diqqətini çəkib, ona 65 min ziyarətçi baş çəkib”, – Birminhem Muzeylərində İslam və Cənubi Asiya İncəsənəti üzrə kurator Rebecca Bridgman deyib.


Dünyada ən böyük Şarca kitab yarmarkası 1982-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərində keçirilir. Bu il burada 1,5 milyon kitab satışa çıxarılacaq.


Ziyarətçilər qədim əlyazmada yazılanlarla tanış olmaqdan ötrü interaktiv sensorlu ekranlardan istifadə edə biləcəklər. (azadliq.org)

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

ATA və ANA - Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”-VİDEO

ATA və ANA - Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”-VİDEO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

İslam dini sığortanı qadağan edirmi?

İslam dini sığortanı qadağan edirmi?

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

İran dərsliyində Ermənistanla bağlı biabırçı yalan - FOTO

İran dərsliyində Ermənistanla bağlı biabırçı yalan - FOTO

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO