Xəbərlər
03 noyabr 2017
8 922


Dünyanın 15 ən maraqlı yeri... - FOTOLAR

Dünyanın bir çox yerləri var ki, onlar gözəlliyi və qeyri-adiliyi ilə hər kəsi heyran edir.


Aztəhsil.com moderator.az-a istinadən indi təqdim etdiyi fotolarda dünyanın ən gözəl mənzərəli yerləri əks olunub.


Pəri bacaları

Bu qəribə konus şəkilli qüllələr Türkiyənin Kapadokiya bölgəsində yerləşir. Bir neçə milyon il bundan əvvəl püskürən vulkan zamanı ətrafı vulkanik kül bürüyüb, külək və yağış bu yumşaq külü eroziyaya uğradaraq bərk bazalt formalı pəri bacalarını yaradıb. 

 

Halong körfəzi, Vyetnam

Bu möhtəşəm ərazi əhəngdaşı dirəkləri, mağaraları və qövsləri ilə əhatələnmişdir. Bu qayalar 500 milyon il bundan öncə dənizin təkrar artıb - azalmasından sonra formalaşmışdır. Bu əraziyə çoxunda insan yaşamayan 1600-dən artıq ada və adacıqlar daxildir. Rəvayətə görə əjdahalar işğalçıları Vyetnamdan uzaqda saxlamaq üçün buranı yaratmışdılar. 

 

Saxaranın gözü, Mavritaniya

Rəsmi olaraq "Richat Quruluşu” olaraq bilinən "Sahara Gözü” yuxarıdan bir alma kimi görünür. Sahara səhrasında yerləşən təxminən 50 km məsafədə kub şəkilli bir qaya formasıdır. Haçansa meteorit düşməsi ilə yarandığı  düşünülsə də, yüksəlmiş qaya parçalarından yarandığı və sonradan eroziyaya məruz qaldığı qeyd edilir. 

 

Böyük mavi çuxur, Beliz

Bu nəhəng quyunun son buzlaşma zamanı dənizin səviyyəsinin dəyişməsi ilə suyun altında mövcud olan böyük əhəngdaşı mağarasının dağılması ilə meydana gəldiyi qeyd edilir. Mağaradan tapılan böyük stalaqtit və stalaqmitlərdən (yeraltı mağaralarda olan sütünlar) keçmiş dövrün iqlimlərinə aid qiymətli məlumat əldə etmək mümkündür. 

 

Maori Qaya Parçaları, Yeni Zelandiya

Nəhəng tısbağa mərmilərini xatırladan bu kürəşəkilli qaya parçaları  Yeni Zelandiyanın Koekohe  çimərliyində yerləşir.  Bu qaya parçaları  60 milyon il əvvəl dəniz dibinin çöküntülərində formalaşmağa başlamışdır. İncinin bir qum dənəsi ətrafında yığılması kimi  karbonatlar da mərkəzi bir nüvə ətrafında birləşmişdir.  Maori inanclarına görə bu qaya parçaları bir yelkənli qayığın qəzaya uğraması nəticəsində sahilə çıxan balqabaq və ilanbalığı səbətlərin qalıqlarıdır. 

 

Göyqurşağı dağları, Çin

Bu Göyqurşağı dağları dağılmış rəsm boyasına bənzəyir. Çinin Qansu əyalətində tapılan Göyqurşağı dağlarının (Danxia) relyef forması milyonlarla il ərzində laylı tortun dilimləri kimi qırmızı qumdaşı süxurlarından formalaşmışdır.

 

Daş Meşəlik, Çin

Əhəngdaşılı tiyə kimi bu sütunların bir çoxu 10 m-dən hündür daşlardan ibarət meşə landşaftına bənzər landşaft formalaşdırır. Region YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Daş meşələri 270 milyon il bundan dayaz dənizin yerində formalaşıb. Qumdaşı və əhəngdaşılar dənizin hövzəsində yığılıb və sonra qalxmağa məruz qalmışlar. Daşların indiki formaya düşməsində isə küləklərin, suların böyük rolu var. 

 

Ay vadisi, Argentina

İsti və kələ-kötürlü, çətin keçilən bu ərazi eynən ayın səthini xatırladır. Lakin burada çoxlu qiymətli fosil (canlı orqanizmlərin daşlaşmış qalıqları-red.) qəbristanlığı mövcuddur. Ən qədim dinozavrların, balıqların, amfibiyaların, sürünənlərin və 100-dən çox bitki növünün fosili tapılmışdır. Həmçinin nəhəng daşa dönmüş ağac gövdələri də var.

 

Qaya dalğaları, Avstraliya

Bu əyri qaya 14 metr yüksəklikdə və 110 metr uzunluqdadır. Qərbi Avstraliyada "Hyden” Vəhşi Təbiət Parkının şimal hissəsində yerləşən bu nəhəng qranit hissələrin 2.7 milyard yaşı var. Qaya dalğalarının suyun qranit üzərində hərəkəti ilə meydana gəldiyi düşünülür. Üzərindəki rəngarəng zolaqlar yağış suyunun arxası ilə buraxdığı minerallardan hazırlanıb.


Şokolad təpələri, Filippin

Filippində Bohol əyalətində bu əhəngdaşı kurqanların sayı 1500-ə yaxındır. Onlar adətən ot ilə əhatələnir, amma quru mövsüm zamanı tutqun-qəhvəyi rəngli sahəyə çevrilirlər. 1988-ci ildə Şokolad Təpələri Filippinin üçüncü Milli Geoloji Abidəsi elan edilib. 

 

Nəhəng Bəndlər, Şimali İrlandiya

Bu kütləvi altıbucaqlı qara bazalt sütunlar pilləkən kimi böyüyür və düzgün bir şəkildə hissələnir. 40.000-dən çox sayı vardır. Onlar ehtimal 50-60 milyon il əvvəl vulkanik fəaliyyətdən sonra meydana gəlib. Sütunlar ehtimal ki, püskürən lava soyuyandan sonra formaya düşmüşdür. 

 

Brays kanyonu, Yuta milli parkı, ABŞ

Kolorado Yaylasında Yuta Ştatının cənubunda Brays Kanyonu təbii amfiteatrdır. Yerli Amerikalılar onu görünüşünə görə "kanyonda kişi kimi dayanan qırmızı qayalar”  deyə adlandırır. Bu formalar qaya çatlarında suyun təkrar donması və əriməsi nəticəsində yaranır. Bəzi sütünların hündürlüyü 10 mərtəbəli binadan daha hündürdür. 

 

Vermillion qayaları, Arizona ABŞ

Turistlər arasında məşhur "Vermillion Cliffs”ərazisi dərin kanyonlar və dik qayalıqlar ilə zəngindir. Həm də dalğalı qumlu daşlardan ibarət olan formaların məskənidir. Bu relyef forması Kolorado yaylası üzərində yerləşir və qırmızı rəngi qumlu daşlardan alır. Günün müxtəlif zamanlarında qayaların rəngləri dəyişir.

 

Kristal mağaralar, Meksika

Bu mağara nəhəng qılınc kimi gips kristallarının toplanmasından yaranıb. Formalar 300 m dərinlikdə Meksikada Çiyaya ştatında yerləşir. Bu, qurğuşun və gümüş tapmaq üçün qazma işi aparan iki qardaş tərəfindən aşkarlanıb. Bu nəhəng kristalların yaranma səbəbi kimi mağaralardan axan  gips tərkibli yeraltı suları qaynar maqmanın qızdırması və sonradan soyuması ilə formalaşması qeyd edilir. 

 

San Andreas Fayı, Kaliforniya

Bu təxminən 1300 km uzunluğunda olan yer qabığında bir nəhəng çatdır. Çat xətti 30 milyon il əvvəl iki böyük tektonik tavanın (plitələr) - Sakit okean və Şimali Amerikanın toqquşmasından sonra meydana gəlmişdir. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yaxın illərdə məhv olacaq 7 böyük şəhər

Yaxın illərdə məhv olacaq 7 böyük şəhər

COĞRAFIYADAN  25   TEST

COĞRAFIYADAN 25 TEST

Ölümündən sonra milyonlar qazanan məşhurlar - SİYAHI

Ölümündən sonra milyonlar qazanan məşhurlar - SİYAHI

BİTMƏYƏN TIXACLARIN ŞƏHƏRİ BAKIDA NƏ QƏDƏR AVTOMOBİL VAR?

BİTMƏYƏN TIXACLARIN ŞƏHƏRİ BAKIDA NƏ QƏDƏR AVTOMOBİL VAR?

52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO

52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Eynşteynin xoşbəxtlik düsturu Satıldı

Eynşteynin xoşbəxtlik düsturu Satıldı

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

"Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”- Rafiq Əliyevdən DƏQİQLƏŞDİRMƏ

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Bu il 159 milyon manatlıq kompüter və elektron məhsul istehsal olunub

Bu il 159 milyon manatlıq kompüter və elektron məhsul istehsal olunub

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?

Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

9 yaşlı June elm aləmini şok etdi

9 yaşlı June elm aləmini şok etdi

Eynşteynin xoşbəxtlik resepti 1,56 milyon dollara SATILIB

Eynşteynin xoşbəxtlik resepti 1,56 milyon dollara SATILIB

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

“Microsoft” işçilərinə ağaclarda ev tikir- VİDEO

“Microsoft” işçilərinə ağaclarda ev tikir- VİDEO

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Facebook işləmədi- Nə baş verir?

Facebook işləmədi- Nə baş verir?

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı