Xəbərlər
02 noyabr 2017
464

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Azərbaycan Texniki Universitetinin (Universitet) tələbə qəbulu planı bakalavr təhsil pilləsi üzrə 2015/2016-cı tədris ilində 33 ixtisas üzrə 92,7%, 2016/2017-ci tədris ilində 84,3%, magistratura təhsil səviyyəsi üzrə müvafiq olaraq 47,0% və 54,0%, Universitetin gəlirləri 2015-ci ildə 100,8%, 2016-cı ildə 97,5%, 2017-ci ilin 6 ayı ərzində 54,4% yerinə yetirilib.

 

Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, Hesablama Palatasının audit yoxlaması nəticəsində aşkarlanıb. Sənəddə qeyd edilib ki, Azərbaycan Texniki Universitetinin xərclər smetası isə müvafiq olaraq 95,3%, 89,6%, 36,9% icra olunub.

 

2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 26,7%-nin akademik borcu qalıb, 17,5%-i  imtahan sessiyasını əla, çox yaxşı və yaxşı qiymətlərlə başa vura bilib.

 

Bu göstərici magistratura təhsil səviyyəsi üzrə 9,5% və 43,1%, "SABAH” tədris qrupları üzrə 7,2% və 60,8% olub. Audit dövrünün əvvəlinə ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min  manat və  36,8 min ABŞ dolları borc məbləği mühasibat uçotunda  debitor borc kimi əks etdirilməyib, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmayıb. 

 

Universitet tərəfindən bəzi hallarda Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilib, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılıb.

 

"Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında” qanunun tələblərinə əməl edilməyərək, bu kateqoriyadan olan və akademik borcu olan, həmçinin Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın tələblərinə əməl edilməyərək Azərbaycan Respublikasının vətəndaşı olmayan tələbələrə təqaüd ödənilib. 







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

SABAH qruplarına informasiya texnologiyaları mühəndisliyi üzrə tələbə qəbulu elan olunub

SABAH qruplarına informasiya texnologiyaları mühəndisliyi üzrə tələbə qəbulu elan olunub

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi