Xəbərlər
31 oktyabr 2017
2 136


“Facebook” insanları dinləyir?

İstifadəçilər kütləvi şəkildə "Facebook”u telefon danışıqlarını dinləməkdə ittiham ediblər.


Aztəhsil.com the sherbrooke times-a istinadən verdiyi xəbərə görə, istifadəçilər bildirirlər ki, sosial şəbəkə əldə etdiyi məlumatlardan öz reklam siyasətində yararlanır.


"Facebook”un vitse-prezidenti Rob Qoldman ittihamlara cavab verib. "Mən "Facebook”da reklama baxıram. Biz sizin mikrofonlarınızdan reklam üçün istifadə etmirik və heç vaxt istifadə etməmişik”, – deyə o, bildirib.


Bəzi istifadəçilər isə qəribə təsadüflərlə qarşılaşdıqlarını deyirlər. "Biz otaq yoldaşlarımızla klinik sınaqlarda iştirak etmək barədə müzakirə aparırdıq.


Bir qədər sonra biz "Facebook”da klinik sınaqlar barədə reklam gördük”, – deyə bir nəfər yazıb. Digəri isə qeyd edib ki, evində pişik saxlamaq istəyib:


"Mən bu haqda heç nə yazmamışdım. Lakin pişik yeməyi barədə bildirişlər almağa başladım”.

Məqalə Göndər








Загрузка...