Xəbərlər
30 oktyabr 2017
2 266


Suraxanı məktəbləri narkomaniyaya qarşı maarifləndirildi

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir. 


Aztəhsil.com azadinform.az-a istinadən xəbər verir ki, Suraxanı rayon 76 və 285 saylı tam orta məktəblərində həyata keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, Suraxanı rayon polis idarəsinin əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. 


Tədbirdə çıxış edən polis polkovniki Namiq Həsənov narkomaniya bəlasından danışıb. Bildirib ki, bu bəlanın yayılmasında gənclər önəmli rol oynayır. Buna görə də, gəncləri narkomaniya bəlası ilə bağlı məlumatlandırılması zəruridir. N.Həsənov narkomaniyanın qarşısının alınması ilə bağlı Azərbaycanda da davamlı işlər həyata keçirildiyini bildirib:


"Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir.


Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir".  


N.Həsənovun sözlərinə görə, bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub:


"Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur".  


N.Həsənov onu da vurğulayıb ki, həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində Suraxanı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Həmçinin qaynar xətt yaradılıb ki, bu vətəndaşların narkomaniya ilə bağlı məlumatları asanlıqla aidiyyəti qurumlara çatdırılmasında mühüm rol oynayır. Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Məktəblilərə sosial bəlanın zərərli cəhətlərindən danışıblar

Məktəblilərə sosial bəlanın zərərli cəhətlərindən danışıblar

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Bakıda 11-ci sinif şagirdi məktəbdə bıçaqlanıb

Bakıda 11-ci sinif şagirdi məktəbdə bıçaqlanıb

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığı keçiriləcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığı keçiriləcək

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib

Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

BDU-da oxuyan qızların mobil telefonları oğurlandı

BDU-da oxuyan qızların mobil telefonları oğurlandı