Müslüm Maqomayevin vəfatından 9 il ötür
Bu gün Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Müslüm Maqomayevin vəfatından 9 il ötür.
Müslüm Maqomayev 1942-ci ilin avqustun 17-də Bakı şəhərində anadan olub. O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. Bundan başqa, 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. M.Maqomayev 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Dahi sənətkarın uğurları bununla da bitmir. Bir müddət sonra o, Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarının hazırlanmasında iştirak edir. Sənətçimiz 1966-cı ildə Parisin "Olimpiya" salonunda ilk konsertini verib.
O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib və bir il sonra, 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə isə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
M. Maqomayev bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Sənətçi hələ 1970-ci illərdən həyatını estrada ilə bağlamışdı. Bu bağlılıq ona görünməmiş populyarlıq qazandırıb. O, keçmiş SSRİ-nin hər yerində çıxışlar edir və stadionlarda konsertlər verirdi. Televiziyalar onun konsertlərinə geniş yer ayırırdı. Sənətçinin bütün qramoffon valları böyük tirajla buraxılıb.
Onu da qeyd edək ki, M.Maqomayevin ən böyük arzularından biri də İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişib və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilib. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.
Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxıb. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açıb. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçib və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayıblar.
O, Eldar Quliyevin filminə də musiqi yazırdı. Bundan başqa, o, rejissor Qleb Drozdovun sifarişlərini də yerinə yetirməyə çalışırdı. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqini də o, bəstələyib. Onu da xatırladaq ki, özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
İlk dəfə olaraq 1971-ci ildə sənətkar haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.
Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək
ADPU-da “Bizi tanıyın!” layihəsi çərçivəsində növbəti konsert proqramı
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur
Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov
AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub
Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO
Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR
ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi
Səməd bəy Mehmandarovun doğum günüdür
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib
Azərbaycana Ağır itki
Bu gün Hüseyn Cavidin doğum günüdür
AzMİU-da "Məzun Günü" keçirilib
BDU-nun kafedra müdiri vəfat etdi
Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?
Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib
Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib
Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb
Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?
28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir
Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü
Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ